Azərbaycan sərhədində süni İNSİDENTLƏR - Ermənistan cavabını ALACAQMI?

“Son bir neçə ay ərzində Ermənistanın "təşəbbüsü" ilə Ermənistan-Azərbaycan dövlət sərhədində bəzi süni gərginliklər və insidentlər yaşanmaqdadır. Təbii ki, yaranmış bu gərginlik və ajiotaj təkcə region ölkələrini deyil, beynəlxalq təşkilatları da narahat etməkdədir. Əslində hər kəs yaxşı bilir ki, vəziyyət nədən ibarətdir?”

Bizim.Media xəbər verir ki, bu sözləri politoloq Samir Hümbətov “Facebook” hesabında qeyd edib.

Onun sözlərinə görə baş vermiş bu insidentdə Ermənistanın xüsusi "payı"nın nə qədər çox olması də hərkəs üçün aydındır:

“Ermənistanın üzv olduğu təşkilatlar da baş vermiş insidentlərə o qədər ciddi yanaşmamaqla yanaşı həm də bunu böyütməyə gərək olmadığını bildirirlər. KTMT Baş katibi Stanislav Zasın söylədiyi fikirləri də bu qəbildən qəbul etmək olar. O, Ermənistan-Azərbaycan dövlət sərhədində baş vermiş insidentlə bağlı məsələyə münasibət bildirərkən deyib ki, Ermənistanın cənubunda Azərbaycanla yeni sərhədin müəyyənləşdirilməsiylə əlaqədar olaraq situasiyanın gərginləşməsi sərhəd insidentidir və KTMT-nin kollektiv müdafiə haqqında nizamnaməsindəki müddəalara müvafiq deyil.

Stanislav Zasın söylədiklərindən belə qənaətə gəlmək olar ki, KTMT Ermənistana izah etmək istəyir ki, sən hər ağlına gələn hadisəni törədib, bizi də həmin hadisədə səni müdadiə etməyimiz üçün məcbur edə bilməzsən. Əgər sərhədlərini pozacaq hansısa hadisə yoxdursa, dilini şirin elə...”

Politoloq əlavə edib ki, KTMT-yə üzv ölkələrdə Belarus və Qazaxıstan Azərbaycanla sıx, siyasi, strateji, eləcə də iqtisadi əlaqələrə malikdir:

“Deməli Ermənistanın belə cavablar alacağı yenə də gözləniləndir. KTMT baş katibi Stanislav Zasın Ermənistanın ümidini belə qırması onu göstərdi ki, erməni yalanları "maraqlı nağıllar" siyahısından çıxmağa başlayıb”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır

Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır

Azərbaycan qızıl ixracından gəlirini KƏSKİN ARTIRIB

Azərbaycan qızıl ixracından gəlirini KƏSKİN ARTIRIB

Daha bir serial eşqi gerçək oldu -Foto

Daha bir serial eşqi gerçək oldu -Foto

Azərbaycanda yaşayan əcnəbilərin sayı AÇIQLANDI

Azərbaycanda yaşayan əcnəbilərin sayı AÇIQLANDI

Avqustda 5 bürc üçün çətinliklər geridə qalacaq

Avqustda 5 bürc üçün çətinliklər geridə qalacaq

İşləyənlərin diqqətinə -Avqustun qeyri-iş günləri

İşləyənlərin diqqətinə -Avqustun qeyri-iş günləri

Miqrasiya Xidmətində süni intellekt tətbiq olunacaq

Miqrasiya Xidmətində süni intellekt tətbiq olunacaq

Məhəmməd Hüseynov vəzifəsindən AZAD EDİLDİ

Məhəmməd Hüseynov vəzifəsindən AZAD EDİLDİ

Məzunlara ŞAD XƏBƏR – Elektron diplomu kimlər nə vaxt ALACAQ?

Məzunlara ŞAD XƏBƏR – Elektron diplomu kimlər nə vaxt ALACAQ?

Əcnəbilərin Azərbaycandan deportasiya səbəbləri açıqlandı

Əcnəbilərin Azərbaycandan deportasiya səbəbləri açıqlandı

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Çempionlar Liqası: "Fənərbağça" Polşada cavab oyununa çıxır

Çempionlar Liqası: "Fənərbağça" Polşada cavab oyununa çıxır

Azərbaycanda yaşama icazəsi üzrə müraciətlərin SAYI ARTIB

Azərbaycanda yaşama icazəsi üzrə müraciətlərin SAYI ARTIB

Fiziki şəxslərin milli və xarici valyutada nə qədər əmanətləri var?

Fiziki şəxslərin milli və xarici valyutada nə qədər əmanətləri var?

Abşeronda 3 aylıq körpə öldü

Abşeronda 3 aylıq körpə öldü

Azərbaycana ən çox hansı ölkələrin vətəndaşları gəlib? – RƏSMİ

Azərbaycana ən çox hansı ölkələrin vətəndaşları gəlib? – RƏSMİ

Zelenski: Ukraynanın indiyədək NATO-ya dəvət olunmamasını başa düşmürəm

Zelenski: Ukraynanın indiyədək NATO-ya dəvət olunmamasını başa düşmürəm

Azərbaycana vizasız səfər edə bilən ölkələrin sayı ARTDI

Azərbaycana vizasız səfər edə bilən ölkələrin sayı ARTDI

Valideynlər üçün yeni DƏSTƏK - Autizm portalı fəaliyyətə başlayıb

Valideynlər üçün yeni DƏSTƏK - Autizm portalı fəaliyyətə başlayıb

Ermənistanda daha bir “daşnak” TUTULDU

Ermənistanda daha bir “daşnak” TUTULDU

Türkiyədə beynəlxalq şəbəkə İFŞA EDİLDİ – 3 azərbaycanlı da var

Türkiyədə beynəlxalq şəbəkə İFŞA EDİLDİ – 3 azərbaycanlı da var

İran Çindən yüzlərlə daşınan HHM kompleksi alacaq? - FOTO

İran Çindən yüzlərlə daşınan HHM kompleksi alacaq? - FOTO

Azərbaycandan "Ukrayna Dəmir Yolları"na DƏSTƏK – FOTO

Azərbaycandan "Ukrayna Dəmir Yolları"na DƏSTƏK – FOTO

“Pəncəli Ürəklər” aksiyası çərçivəsində sahibsiz heyvanlar üçün yuvaların sayı 35-ə çatdı

“Pəncəli Ürəklər” aksiyası çərçivəsində sahibsiz heyvanlar üçün yuvaların sayı 35-ə çatdı

End of content

No more pages to load

RADİO