Trampdan İlham Əliyevə: “Mən Sizinlə həqiqətən fəxr edirəm” - FOTO/VİDEO

Sentyabrın 23-də Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbul təşkil olunub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Rəsmi qəbulda çıxış edən Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp deyib:

Ermənistan və Azərbaycan. Mən Sizə təşəkkür etmək istəyirəm, dostum. Oradakı münaqişənin iyirmi iki il davam etdiyini dediniz, düzdür, 22 il? Bu 22 il ərzində Siz müharibə şəraitində idiniz.

Prezident İlham Əliyev: Daha da çox.

Prezident Donald Tramp: Bundan da çox?

Prezident İlham Əliyev: 30 ildən artıq. Siz möcüzə yaratdınız, cənab Prezident. Təşəkkür edirəm.

Prezident Donald Tramp: Mən bir neçə dost qazandım. Təşəkkür edirəm. Çox gözəl oldu. Bu gün Yaxın Şərq ölkələrinin liderləri ilə gözəl bir görüş keçirdik. Onlar möhtəşəm insanlardır və mənim dostlarımdır. Biz onları bir araya gətirməli və həmin müharibəyə tez bir zamanda son qoymalıyıq. Bunu tez etmək istəyirik və məncə, biz həqiqətən yaxşı bir plan hazırlamışıq. Məncə, o, tez həyata keçirilə bilər.

Bilmirəm, bunu Sizin planınız qədər tez həyata keçirə biləcəyik ya yox. Bütün bu illər ərzində buna cəsarət lazım idi. Bu, həqiqətən Sizin və yeni dostunuzun sayəsindədir. Həqiqətən yaxşıdır. Necə gedir işlər? Yaxşıdır? Atışma yoxdur? Heç nə yoxdur?

Prezident İlham Əliyev: Xeyr, xeyr. Hər şey tamamilə bitib. Avqustun 8-də buna son qoyuldu.

Prezident Donald Tramp: Mən Sizinlə həqiqətən fəxr edirəm. Siz çox gözəl insansınız.

Mən bu zalda olan bəziləriniz ilə görüşmüşəm, bir çoxunuzu yaxşı tanıyıram. Siz möhtəşəm insanlarsınız. Siz ən yüksək səviyyəli liderlərsiniz. Sizin gördüyünüz işlər möhtəşəmdir. Düşünün, ölkələrinizin milyonlarla əhalisi var və siz bu ölkələrə uğurla rəhbərlik edirsiniz, dünya miqyasında liderlik edirsiniz. Məhz buna görə də buradasınız. Sadəcə demək istəyirəm ki, sizinlə bir yerdə olmaq mənim üçün şərəfdir. Sizinlə əl sıxmağı səbirsizliklə gözləyirəm. Birlikdə bu işlərdən zövq alacağıq. Biz dinc dünyada yaşayacağıq.

Birinci xanım Melaniya Tramp: Mən bu gün günorta “Gələcəyi birlikdə qurmaq” adlı möhtəşəm təşəbbüsə ev sahibliyi etdim. Ümid edirəm ki, bütün birinci xanımlar və həyat yoldaşları gələn il birinci rübdə Ağ Evdə mənə qoşulacaqlar və dünyadakı uşaqlar üçün uğur qazanacağıq.

Təşəkkür edirəm.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

Sumqayıtda məşhur lor həkim həmkarını sertifikatsız işlədirmiş? - VİDEO

Fransız diplomatların saxlanılmasına Əraqçinin CAVABI

Fransız diplomatların saxlanılmasına Əraqçinin CAVABI

Çimərliklərdə gözlənilən HAVA DURUMU

Çimərliklərdə gözlənilən HAVA DURUMU

ABŞ-də 6 mindən çox insan ağır infeksiyaya yoluxdu

ABŞ-də 6 mindən çox insan ağır infeksiyaya yoluxdu

Tramp İrandakı nüvə obyektini vuracağına SÖZ VERDİ

Tramp İrandakı nüvə obyektini vuracağına SÖZ VERDİ

Venesuelada hantavirus həyəcanı: Ölənlər var

Venesuelada hantavirus həyəcanı: Ölənlər var

Azərbaycanda ulduz kateqoriyalı hotellərin sayı artdı

Azərbaycanda ulduz kateqoriyalı hotellərin sayı artdı

Dostluğa ömürlük sadiq qalan 5 BÜRC

Dostluğa ömürlük sadiq qalan 5 BÜRC

“Porsche” sürən kirayədə qalır? İnanan daşa dönsün!” – deyib Vüsaləni əsəbiləşdirdilər

“Porsche” sürən kirayədə qalır? İnanan daşa dönsün!” – deyib Vüsaləni əsəbiləşdirdilər

Tramp: “İranla mənasız görüşlər keçirmək istəmirik”

Tramp: “İranla mənasız görüşlər keçirmək istəmirik”

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Kəlbəcərdəki partlayışda yaralanan şəxs müalicədən İMTİNA ETDİ

Kəlbəcərdəki partlayışda yaralanan şəxs müalicədən İMTİNA ETDİ

"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"

"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"

Gəncə və Samuxdakı zəhərlənmənin dəqiq səbəbi məlum oldu - RƏSMİ

Gəncə və Samuxdakı zəhərlənmənin dəqiq səbəbi məlum oldu - RƏSMİ

Dalğıclar dənizdə batmaqda olan şəxsi xilas etdi

Dalğıclar dənizdə batmaqda olan şəxsi xilas etdi

Gürcüstan klubunun hücumçusu “Şəfa” ilə müqavilə imzaladı

Gürcüstan klubunun hücumçusu “Şəfa” ilə müqavilə imzaladı

17 ildən sonra Trampla yenidən görüşdülər

17 ildən sonra Trampla yenidən görüşdülər

Təbriz və Almatı şəhərləri qardaşlaşacaq

Təbriz və Almatı şəhərləri qardaşlaşacaq

İran səfiri Küveyt XİN-ə çağırıldı

İran səfiri Küveyt XİN-ə çağırıldı

Rodri “Real”a keçmək istəyir

Rodri “Real”a keçmək istəyir

"Avropada müğənnilər məni təkrarlayırlar"

"Avropada müğənnilər məni təkrarlayırlar"

Ermənistan güləşçiləri Azərbaycana gəlir

Ermənistan güləşçiləri Azərbaycana gəlir

İlham Əliyevin Almaniyaya səfərindən VİDEOÇARX

İlham Əliyevin Almaniyaya səfərindən VİDEOÇARX

Pentaqon İranla müharibənin xərcini qarşılaya bilmir - Ehtiyatlar tükənir

Pentaqon İranla müharibənin xərcini qarşılaya bilmir - Ehtiyatlar tükənir

End of content

No more pages to load

RADİO