ABŞ Prezidenti Donald Tramp İranla müharibənin ölkənin bəzi sursat növləri üzrə ehtiyatlarının azalmasına səbəb olduğunu etiraf edib.
Bizim.Media xəbər verir ki, Tramp bu barədə “Time” jurnalına müsahibəsində danışıb.
“Bəzi sursat növlərinin sayı hazırda digərləri ilə müqayisədə bir qədər azdır”, – ABŞ lideri bildirib.
Tramp əlavə edib ki, ABŞ arsenallarının yenidən doldurulması və hərbi istehsalın genişləndirilməsi məqsədilə “Raytheon” və “Lockheed Martin” də daxil olmaqla aparıcı müdafiə şirkətləri ilə razılaşmalar əldə olunub.
ABŞ prezidenti həmçinin bildirib ki, İranla “məqbul saziş” əldə olunmasa, Vaşinqton aralıq seçkilərindən sonra İrana qarşı zərbələri bərpa edə bilər.
Bizim.Media