BMT-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə beynəlxalq konfrans KEÇİRİLƏCƏK

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 25 sentyabr 2025-ci il tarixində BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində təşkilatın Nyu York şəhərində yerləşən mənzil qərargahında “Bujival razılaşmasından sonra Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa dekolonizasiya?” adlı beynəlxalq konfrans keçiriləcək.

Bizim.Media xəbər verir ki, konfransda Fransanın Dənizaşırı əraziləri — Kanaki (Yeni Kaledoniya), Qvadelup, Martinik, Reyunyon, Mahoi Nui (Fransız Polineziyası), Fransız Qvianası, eləcə də Niderlandın Boneyra, Aruba, Sen Martin kimi müstəmləkə ərazilərində fəaliyyət göstərən müstəqillik hərəkatlarının liderləri, dekolonizasiya üzrə beynəlxalq ekspertlər, həmçinin əsası Bakıda qoyulmuş Beynəlxalq Dekolonizasiya Cəbhəsinin nümayəndələri iştirak edəcək.
 

Konfransda Fransa tərəfindən “sabitlik və birgə gələcək” kimi təqdim edilən Bujival razılaşmasının əsl mahiyəti müzakirə ediləcək, bu sazişin şərtləri Yeni Kaledoniyanı müstəqilliyə çatdırmalı olduğu Matinyon və Noumea sazişləri ilə müqayisə ediləcək.


Tədbirdə Kanak xalqının nümayəndələri Bujival sazişini niyə rədd etdiklərini geniş ictimaiyyətə açıqlayacaqlar.

Konfransda həmçinin Bujivaldan sonrakı dövrdə Kanaki (Yeni Kaledoniya) və digər Dənizaşırı ərazilərin gələcəyi, Fransa tərəfindən BMT qarşısında götürülmüş, lakin uzun illərdir icra edilməyən öhdəliklərin yerinə yetirilməməsinin beynəlxalq təşkilatların gündəliyində saxlanılması məsələləri, həqiqi dekolonizasiya prosesinə keçidin yolları və bu xüsusda birgə addımların atılması diqqət mərkəzində olacaq.

Konfransın sonunda birgə bəyanatın qəbul edilməsi gözlənilir.

Tədbir bitdikdən sonra koloniyaların təmsilçiləri tərəfindən BMT ofisinin qarşısında dinc etiraz aksiyası keçiriləcəkdir.

Konfransın məkanı və vaxt: BMT-nin Nyu Yorkda yerləşən mənzil qərargahı, 405 E 45th St, New York, NY 10017, Konfrans otağı №7, saat 10:00-da.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

End of content

No more pages to load

RADİO