ABŞ 200 il əvvəlki doktrinasına geri QAYIDIR – Dünya tarixi dəyişikliyin ASTANASINDA

Pentaqon ABŞ-ın yeni hərbi doktrinası üzərində işləyir. Mətbuata sızan məlumata görə, yeni doktrinada ABŞ dünya jandarmı iddialarından imtina edəcək, yalnız Şimali və Cənubi Amerikanı özünün həyati maraq zonaları sayacaq. Bu faktiki olaraq ABŞ-ın yenidən Monro doktrinasına qayıtması deməkdir. 

Qeyd edək ki, Tramp hakimiyyətə gələn kimi, Kanada və Qrenlandiyanın Amerikaya birləşdirilməsi məsələsini gündəmə gətirdi. Bundan başqa Panama kanalı üzərində nəzarəti yenidən ələ almaq üçün bu ölkəyə təzyiq etdi və nəticədə müəyyən dərəcədə öz istəyinə nail oldu. İndi də Tramp narkotrafiklə mübarizə adı ilə Venesuelaya da təzyiq etməyə çalışır.

Xatırladaq ki, “Monro doktrinası”nın əsası 1823-cü ildə o zamankı prezident Ceyms Monro tərəfindən qoyulub. Bu dokrtina İspaniyanın Amerikadakı keçmiş müstəmləkələrində öz ağalığını yenidən bərpa etmək istəyinə qarşı irəli sürülmüşdü. Ona əsasən ABŞ Avropaın daxili işlərinə qarışmayacağına təminat verir, əvəzində Avropadan Amerika dövlətlərinin daxili işlərinə qarışmamağı tələb edilirdi. Yəni Vaşinqton həmin doktrina ilə “Amerika amerikalılar üçün” ideyasını ortaya atmaqla bu qitəni öz nəzarəti altına almağı nəzərdə tuturdu.

Beləliklə, görünən odur ki,  Tramp adminstrasiyası ABŞ xarici siyasət xəttini dəyişir. Bundan sonra Vaşinqtonun diqqət mərkəzində ancaq Amerika qitəsi olacaq.

Bu dünya siyasətini necə dəyişəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politooq Zərdüşt Əlizadə bildirir ki, ABŞ son zamanlar xeyli zəifləyib:

“Onun dövlət borcu əvvəlki tək böyük işlər həyata keçirməyə imkan vermir. Ona görə də əsas diqqətini yalnız Amerika qitəsinə yönəldəcəyi gözləniləndir. Amma onun bu qitədə uğur qazanacağı da şübhəlidir. Çünki Çin də sözügedən regionda möhkəmlənir. Digər tərəfdən, çətin ki, Kanada, Meksika və digər qitə ölkələri ABŞ-ın hegemonluğunu qəbul etsinlər. Nəticədə ABŞ öz siyasətini gerçəkliyə uyğunlaşdırmağa məcburdur”.

Bununla yanaşı, müsahibimiz ABŞ-ın digər bölgələrdən əl çəkəcəyini də düşünmür:

“ABŞ dünyanın bütün qitələrində ən çox və ən böyük hərbi bazalara malikdir. Bundan onlar çətin ki, imtina etsinlər”.

Politoloq qeyd edir ki Çin öz təsir dairələrini gücləndirməkdə davam edəcək:

“Hazırda dünyada Çin güclənir. O öz təsirini hərbi yolla deyil, iqtisadi, siyasi, texnoloji, elmi yollarla gücləndirir. Elmi patentlərin, ixtiraların sayına görə Çin artıq dünyada birincidir. Çin Asiya qitəsində, Afrikada, hətta Amerika qitəsində belə tədricən qüvvətlənir. Pekinin əsas dərdi Tayvan adasıdır ki, onu birləşdirmək üçün də Rusiya kimi müharibəyə əl atmayacaq. Bundan başqa, Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya kimi güc mərkəzləri də var.

Postsovet məkanında isə həmsöhbətimizin fikrincə, 1956-cı ildən başlanan proses davam edəcək:

“Əvvəlcə SSRİ zəifləyərək, süquta uğradı.İndi də Rusiyanın anoloji tənəzzülü davam edir. Nəticədə Rusiya getdikcə zəifləyəcək. Ukraynada apardığı müharibə onun son səfeh addımıdır. Rusiya postsovet məkanında heç bir birlik yarada bilməyəcək, çünki nümunə olacaq dövlət deyil”.

Rüfət Sultan, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

End of content

No more pages to load

RADİO