Kobaxidzenin məktubu cavabsız QALDI – Gürcüstanda gərginlik yenidən ALOVLANIR

Qonşu ölkədə yenə ara qarışıb. Gürcüstanın paytaxtı Tiflisdə müxalifət partiyaları, QHT-lər, tələbələr və onların tərəfdarlarının iştirakı ilə hökumət əleyhinə kütləvi aksiya keçirilir.

Aksiyaların oktyabrın 4-də keçiriləcək yerli özünüidarəetmə-bələdiyyələrə keçiriləcək seçkilər ərəfəsində təsadüfi deyil. Məlumdur ki, bütün seçkilər dövründə Gürcüstanda ciddi qarşıdurmalar olur. Yada salaq ki, ötən ilin oktyabrında keçirilən parlament seçkilərində ölkədə vəziyyət vətəndaş qarşıdurması həddinə qədər inkişaf etmişdi. Lakin son nəticədə “Gürcü arzusu” partiyası parlamentdə səs çoxluğunu təmin etdi.
 

MÖVZU İLƏ BAĞLI:

Kobaxidze ABŞ-ın Gürcüstana qarşı laqeydliyinə təəccübünü GİZLƏTMƏDİ


Bununla belə həmin günlərdə ölkədə vəziyyət kifayət qədər gərginləşmişdi. Xarici qüvvələrin təşkilatçılığı ilə QHT, media nümayəndələri açıq şəkildə hökümətin istefasını tələb edirdi. Lakin bütün təzyiqlərə, təxribatlara baxmayaraq nəticə dəyişmədi və bir müddət sonra vəziyyət yenidən sabitləşdi.

Bu günlərdə isə vəziyyət yenidən gərginləşib.

Tiflisin küçələri hər gün etirazçılarla dolur. Hədəfsə 4 oktyabrda müxalifətin qələbəsini təmin etmək və son nəticədə “Gürcü arzusu”nun 13 illik hakimiyyətinə son verməkdir. Bunun üçün etirazçılar bütün vasitələrdən istifadə etməyə çalışırlar. Məsələn, “Rustaveli prospekti” hərəkatının lideri Paata Burçuladze hələ bir müddət əvvəl seçkilərdə Gürcüstandakı mövcud hakimiyyəti devirməyə söz verib:

“Oktyabrın 4-ü saat 16:00-da Respublika Meydanına toplaşacağıq, iqtidarın ələ keçirdiyi ölkəni geri alacağıq. 4 oktyabr təkcə etiraz günü deyil, tarixi qələbə günü olacaq”.

Bundan başqa vaxtilə hakim partiya olan “Vahid Milli Hərəkat”ın keçmiş sədri Levan Xabeişvili xalqı “dinc inqilaba” çağırıb.

O hətta Nepaldakı qanlı hadisələrindən sonra hakimiyyət dəyişikliyini xatırladıb:

“Mən hər kəsə müraciət etmək istəyirəm: gəlin Nepal nümunəsindən öyrənək və rejimin korrupsioner məmurlarının saraylarının fotoşəkillərini kütləvi şəkildə yayaq – bu, çox vacib ifşa olacaq”.

Qeyd edək ki, Xabeişvili bir müddət əvvəl dövlət rəsmilərinə və hüquq-mühafizə orqanlarının nümayəndələrinə rüşvət verməyə cəhdə görə həbs edilib.

Görünən odur ki, yaxın günlərdə Gürcüstanda həyat yenidən öz axarından çıxacaq. Artıq xarici dairələr də öz mövqelərini ortaya qoyurlar.

Xatırladaq ki, Gürcüstanın baş naziri bir müddət əvvəl Trampa məktub yazmışdı. Həmin məktubunda Kobixadze xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevlə, erməni baş nazir Nikol Paşniyanın Ağ Evə dəvətinə işarə edərək Trampa Gürcüstanı görməzdən gəlməməyə çağırmışdı.

Ağ Evdən bu məktuba heç bir reaksiya olmadı.

Bu da onu göstərir ki, ABŞ Gürcüstanla münasibətləri yenidən bərpa etməkdə maraqlı deyil. Qarşıdan gələn bələdiyyə seçkilərində Ağ Ev yəqin ki, öz təzyiqlərini göstərəcək.     

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu günlərdə jurnalistlərə açıqlamasında bildirib ki, bizim üçün, cəmiyyət olaraq, müşahidə etdiyimiz bu cür passivlik təəccüblüdür:

“Biz çox istəyirik ki, bu passivliyi başqa rejimə – aktiv rejimə çevirək və nəticə etibarilə strateji tərəfdaşlığın bərpası barədə danışmağa başlayaq. Ümid edirik ki, strateji tərəfdaşlıq yenidən nəzərdən keçiriləcək. Əgər münasibətlər möhkəmlənməsə, düşünürəm ki, Gürcüstan və ABŞ arasında münasibətlərin yenidən korlanmasının qarşısını heç nə almayacaq”.

Nəzərə alaq ki, rəsmi Tiflisə Qərbin təzyiqləri bununla bitmir.

Məsələn, Brüssel son vaxtlar Gürcüstanın siyasi dairələrinə təzyiqlərini artırıb. Səbəb isə LGBT-yə münasibətdir.

Mövzu ilə bağlı danışan Baş nazir deyib ki, Gürcüstanda heç kim Vətəndaş Qeydiyyatı Agentliyində rəsmi şəkildə cinsini dəyişə bilməyəcək.

Bu fikirləri Kobaxidze Brüsselin tövsiyələri, o cümlədən “Ailə dəyərləri və azyaşlıların müdafiəsi haqqında” qanun paketi və “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı şərh verərkən səsləndirib:

“Sizə söz verirəm: əgər bir insan qadındırsa, o, kişi ola bilməz. Və əksinə. Bu, mənim vədimdir”.

Kobaxidze vurğulayıb ki, Brüsselin təzyiqlərinə baxmayaraq, Gürcüstan eynicinsli evliliklərin və cinsiyyətin dəyişdirilməsinin leqallaşdırılması ilə bağlı heç bir qərar qəbul etməyəcək və mövcud qanunların dəyişdirilməsi planlaşdırılmır.

Seçkinin nəticələri indidən bəllidir?

Məlumdur ki, bütün seçkilərdə Qərb bu cür tələblərlə Gürcüstanın üzərinə gəlib. İstənilən nəticə əldə edilmədikdə isə təxribatlar törədilib, seçkilərin nəticələri tanınmayıb. Təsadüfi deyil ki, Qərb artıq 4 oktyabr seçkiləri ilə bağlı mövqeyini ortaya qoyub. Belə ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) gələn ay Gürcüstana keçiriləcək seçkilərə müşahidəçi göndərməyəcək. Bəhanə isə çox bəsitdir. Guya Gürcüstan tərəfi ATƏT/DTHB-yə dəvəti çox gec göndərib.

Əslində isə bu bir mesajdır ki, qurum 4 oktyabr seçkilərinin nəticələrini tanımayacaq. Seçki ilə bağlı “hesabat”sa artıq hazırdır.

Görünən odur ki, yaxın 20 gündə Gürcüstanı çətin sınaq gözləyir. Bu sınaqdan gürcü xalqı və Gürcüstan dövlətinin necə çıxacağını isə zaman göstərəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-da universitetə silahlı HÜCUM – Yaralılar var – FOTO

ABŞ-da universitetə silahlı HÜCUM – Yaralılar var – FOTO

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar

“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar

Hörmüz boğazında EKOLOJİ FƏLAKƏT – Zərər trilyonlarla ölçülür – VİDEO

Hörmüz boğazında EKOLOJİ FƏLAKƏT – Zərər trilyonlarla ölçülür – VİDEO

“Rusiyada orta ömür müddəti 150 ilə çatacaq”

“Rusiyada orta ömür müddəti 150 ilə çatacaq”

Beyləqanda qadın kanalda BATDI

Beyləqanda qadın kanalda BATDI

"Qardaş, kaş bu günü tarixdən silə bilərdim" - VİDEO

"Qardaş, kaş bu günü tarixdən silə bilərdim" - VİDEO

Son çempion mövsümə qələbə ilə BAŞLADI - VİDEO

Son çempion mövsümə qələbə ilə BAŞLADI - VİDEO

Rusiya “pusqu dronları”nı işə saldı – Hücumun ANBAAN VİDEOSU

Rusiya “pusqu dronları”nı işə saldı – Hücumun ANBAAN VİDEOSU

Sentyabrda ulduzu parlayacaq 5 bürc

Sentyabrda ulduzu parlayacaq 5 bürc

Sakinləri ziyana salan hadisə: "Zülmlə almışdıq, bizim günahımız nədir?!" – VİDEO

Sakinləri ziyana salan hadisə: "Zülmlə almışdıq, bizim günahımız nədir?!" – VİDEO

Ukraynada ərzaq qıtlığı DƏRİNLƏŞİR – Əhaliyə ehtiyat toplamaq TÖVSİYƏ EDİLDİ

Ukraynada ərzaq qıtlığı DƏRİNLƏŞİR – Əhaliyə ehtiyat toplamaq TÖVSİYƏ EDİLDİ

"Dünya gözəli" qəfil öldü - (Foto)

"Dünya gözəli" qəfil öldü - (Foto)

İran və Tacikistan arasında TARİXİ ANLAŞMA

İran və Tacikistan arasında TARİXİ ANLAŞMA

Ölümdən möcüzə nəticəsində xilas oldu - ANBAAN VİDEO

Ölümdən möcüzə nəticəsində xilas oldu - ANBAAN VİDEO

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Bioloji yaşı necə hesablamaq olar?

Bioloji yaşı necə hesablamaq olar?

Nüşabə Ələsgərlinin nəvəsi -Foto

Nüşabə Ələsgərlinin nəvəsi -Foto

Sərnişinlərin NƏZƏRİNƏ – Bəzi marşrutların dayanacaqları dəyişdirildi – SİYAHI

Sərnişinlərin NƏZƏRİNƏ – Bəzi marşrutların dayanacaqları dəyişdirildi – SİYAHI

Miqrantlar Moskvadan ÇIXARILIR – Deportasiya olunanların sayında KƏSKİN ARTIM

Miqrantlar Moskvadan ÇIXARILIR – Deportasiya olunanların sayında KƏSKİN ARTIM

Ucarda yük maşınlarının iştirakı ilə AĞIR QƏZA – Ölənlər var – FOTO

Ucarda yük maşınlarının iştirakı ilə AĞIR QƏZA – Ölənlər var – FOTO

“Fransa mediasında Azərbaycanla bağlı hər şey yalandır” - Fransız jurnalistlə MÜSAHİBƏ

“Fransa mediasında Azərbaycanla bağlı hər şey yalandır” - Fransız jurnalistlə MÜSAHİBƏ

Saç boyamadan əvvəl yumaq lazımdırmı?

Saç boyamadan əvvəl yumaq lazımdırmı?

“Mülki əhaliyə qəsdən zərbə endirmirik” – FOTO

“Mülki əhaliyə qəsdən zərbə endirmirik” – FOTO

End of content

No more pages to load

RADİO