Rusiyanın hücumuna NATO-dan gözlənilməz CAVAB - III Dünya Müharibəsi Polşadan BAŞLAYIR?

Rusiyanın Polşa ərazisinə PUA hücumundan sonra bir müddət susqunluq nümayiş etdirən NATO ölkələri deyəsən artıq fəaliyyətə keçməyə başlayıblar. Polşa müdafiə naziri Vladislav Kosiniyak-Kamışın sözlərinə görə, ABŞ-a məxsus 38 ədəd “M1A2 Abrams” tankı və 14 ədəd texniki təminat maşınının daha bir partiyası Polşaya təhvil verilib.

Fransa Prezidenti Emmanuel Makron da 3 ədəd “Rafale” qırıcısının Polşaya göndəriləcəyini bəyan edib. Onun dediyinə görə, bu qərar, həm Polşanın hava məkanının, həm də Avropanın Şərq cinahının müdafiəsini gücləndirmək məqsədi daşıyır.
 

MÖVZU İLƏ BAĞLI:

Polşanı müharibəyə cəlb etmək planı AKTİVLƏŞDİRİLDİ – Böyük savaş nə zaman BAŞLAYACAQ?


Bu addımlar NATO-nun kollektiv müdafiə - “bir üzv hücuma məruz qalarsa, hamısı cavab verir”, prinsipinin təsdiqi kimi dəyərləndirilir.

Bundan başqa, sentyabrın 10-da Polşa Prezidenti Karol Navrotski ilə telefon danışığı zamanı ABŞ Prezidenti Donald Tramp bu ölkədə Amerika hərbi mövcudluğunun saxlanılacağını vurğulayıb.

Bundan əvvəl isə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış əlavə Amerika hərbi kontingentini qəbul etməyə tam hazır olduqlarını bəyan edib.

Qeyd edək ki, hazırda Polşa ərazisində 10 minə yaxın ABŞ əsgəri var.

Bütün bunlar NATO ilə Rusiya arasında gərginliyin pik həddə çatdığının göztəricisidir. Bu həm də müharibənin genişlənəcəyi, digər ərazilərə keçəcəyi təqdirdə, Polşanın II Dünya Müharibəsində olduğu kimi yenə də əsas plazdarma çevrilə biləcyindən xəbər verir.

III Dünya Müharibəsi də Polşadan başlayacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bu məsələdə hər hansı bir narahatlığa ehtiyac görmür:

“Son PUA hücumundan sonra Fransanın Polşaya külli miqdarda silah göndərməsi qeyri-mümkündür. Avropa ölkələri, o cümlədən Fransa silah göndərən olsaydı, Kiyev bu qədər əziyyət çəkməzdi. Polşanın başına da bu işlər gəlməzdi. Üstəlik Fransanın o qədər silahı da yoxdur. Ukraynaya verilən silahların belə 70-75 faizi Amerikanındır. Son danışığa görə Avropa ölkələri pulla Amerikadan silah alıb Ukraynaya verməli idilər. Ancaq burada da elə bir fəallıq görünmür”.

Ekspert deyir ki, nə Avropa Polşaya külli miqdarda silah verəcək, nə də Üçüncü Dünya Müharibəsi başlayacaq:

“ABŞ-da Polşaya rus dronlarının hücumuna sakit reaksiya verib. Onun sakit reaksiya verdiyi bir hadisəyə digər dövlətlərin kəskin reaksiya verməsi isə qeyri-mümkündür. Bu səbəbdən heç bir narahatlığa ehtiyac yoxdur. Ukraynada baş verənləri III Dünya Müharibəsinin başlanması kimi qiymətləndirməsək, Polşa hadisələrindən sonra hərbi əməliyyatların miqyasının böyüməsi ehtimalı yox dərəcəsindədir. Ukrayna bir müddət də vuruşacaq. Son nəticədə ABŞ-ın təzyiqi və Avropanın yaxasını kənara çəkməsilə Kiyev sülhə məcbur ediləcək. Yaxın bir-bir il yarım ildə bizi gözləyən hadisələr bunlar olacaq”.

Tarixi Polşa təcrübəsi

Politoloq Tural İsmayılov isə qeyd edir ki, müasir geosiyasi şəraitdə Polşanın coğrafi mövqeyi və NATO-dakı rolu onu Şərq-Qərb gərginliyinin mərkəzinə çevirir:

“Tarixi təcrübə göstərir ki, böyük güclər arasında çəkişmələrdə Polşa ərazisi dəfələrlə strateji əhəmiyyət daşıyıb. Bu gün ABŞ və Fransa tərəfindən Polşaya hərbi yardımı nəzərdə tutan qarşılıqlı təhlükəsizlik sazişinin imzalanması və Polşanın Rusiya və Belarusla sərhədə 40 minə yaxın hərbçi göndərmək qərarı regionda gərginliyin artdığını göstərir”.

Həmsöhbətimiz bildirir ki, NATO-nun Şərq cinahının gücləndirilməsi strategiyası çərçivəsində Polşa hərbi bazalar və silah anbarları üçün əsas yerdə durur:

“Rusiya ilə Ukrayna müharibəsi zamanı Polşanın Qərbdən Şərqə logistik körpü rolunu oynaması onun əhəmiyyətini daha da artırıb”.

III Dünya Müharibəsi bu halda başlaya bilər

Bununla belə ekspert düşünür ki, III Dünya Müharibəsinin Polşadan başlanması ehtimalı bir sıra geosiyasi faktorlardan asılıdır:

“Birincisi, Rusiya-NATO münaqişəsinin lokal mərhələdə qalıb-qalmaması, ikincisi, digər aktorların -Çinin, İranın müdaxilə dərəcəsi, üçüncüsü isə nüvə silahının istifadə edilib-edilməməsi məsələsidir.

Polşanın NATO-nun 5-ci maddəsinə əsaslanaraq kollektiv müdafiə hüququna sahib olması regionda hər hansı təcavüzün avtomatik olaraq Atlantik İttifaqının bütün üzvlərini cəlb etməsini tələb edir. Bu, lokal münaqişənin qlobal müharibəyə çevrilməsinin əsas mexanizmidir”.

Politoloqun fikrincə, bütün hallarda nüvə silahına malik dövlətlər arasında birbaşa toqquşma ehtimalının aşağı olması səbəbindən münaqişə daha çox "vəkil müharibələri" və hibrid əməliyyatlar formatında davam edə bilər:


“Polşanın coğrafi mövqeyi onu bu proseslərdə vacib, lakin həlledici olmayan faktor kimi saxlayır. Beləliklə, Polşanın III Dünya Müharibəsinin ilk mərhələsində iştirak edəcəyini demək olar, lakin münaqişənin məhz bu ölkədən başlayacağını deyə bilmərik. Müasir çoxtərəfli təhdid mühitində müharibə bir neçə cəbhədə eyni vaxtda başlaya və fərqli formatları ala bilər”.

Rüfət Sultan, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çörək UCUZLAŞACAQ?

Çörək UCUZLAŞACAQ?

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Vətən müharibəsinin XRONİKASI – 2 oktyabr –VİDEO

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Bu 3 ayda doğulanlara nağıl kimi oktyabr ayı VƏDİ

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Trampdan ETİRAF: “İranla müharibə ABŞ-ın sursat ehtiyatlarını azaldıb”

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

Azərbaycan-Yaponiya münasibətləri müzakirə edildi - FOTO

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

End of content

No more pages to load

RADİO