Azərbaycandan Britaniya deputatlarına ETİRAZ

Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə bu ölkənin parlament üzvləri Cim Şennon və Lord Alton tərəfindən iyunun 18-də "İsveçrə Sülh Təşəbbüsü"nə ictimai bəyanatla etdikləri müraciətə cavab olaraq onlara etiraz məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Bölgəmizdə sülh və sabitliyin təmin olunmasına dəstək verən beynəlxalq ictimaiyyət nümayəndələrinin marağını yüksək qiymətləndiririk. Bununla belə, davamlı sülh üçün bütün bəyanatların və təşəbbüslərin faktlara, beynəlxalq hüquqa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanması çox vacibdir. "Dağlıq Qarabağ" (Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi mövcud deyil) üçün "İsveçrə Sülh Təşəbbüsü"nə ictimai bəyanatla etdiyiniz müraciətə cavab olaraq faktları diqqətinizə çatdırmağı zəruri hesab edirik".
 

Məktubda diqqətə çatdırılır ki, Qarabağın Ermənistan tərəfindən işğalı zamanı bir milyona yaxın azərbaycanlı məcburi köçkünə çevrilib: "Bu, Xocalı soyqırımı da daxil olmaqla, ağır cinayətlər, o cümlədən şəhər və kəndlərin sistematik şəkildə dağıdılması (urbisid), mədəni və dini irsin (kulturisid), eləcə də ətraf mühitə ciddi ziyan vurulması (ekosid) ilə müşayiət olunub.


Təəssüf ki, bütün bu illər ərzində dünya bu insanların dərdinə demək olar ki, diqqət ayırmayıb. Bundan əlavə, Ermənistan işğal etdiyi ərazilərdə qəsdən minalar yerləşdirib və bunun nəticəsində Azərbaycan dünyada minalardan ən çox zərər çəkən ölkələrdən birinə çevrilib. Belə ki, bu minalar dinc sakinləri öldürməyə və yaralamağa davam edir, məcburi köçkünlərin geri qayıtmasını və yenidənqurma işlərini gecikdirir".

Cavab məktubunda deyilir ki, Ermənistanın hərbi təcavüzünün digər faciəvi nəticəsi isə hələ də itkin düşmüş sayılan, o cümlədən qadın və uşaqlar da daxil olmaqla, təxminən dörd min azərbaycanlı vətəndaşın taleyinin həll olunmamış qalmasıdır. Ermənistan onların taleyinə aydınlıq gətirə biləcək kütləvi məzarlıqların yerlərini göstərməkdən imtina edir.

"Bundan əlavə, erməni siyasi liderləri uzun zamandır azərbaycanlılara qarşı etnik nifrəti qızışdırır və təşviq edir. Keçmiş erməni prezidentləri açıq şəkildə etnik təmizləməni müdafiə edən bəyanatlar verib, azərbaycanlıların zorla qovulmasını və Xocalı soyqırımını dəstəkləyiblər. Bu cinayətlərə baxmayaraq, Ermənistanda heç kim məsuliyyətə cəlb olunmayıb və müharibə cinayətkarları hələ də qəhrəman kimi qəbul olunurlar.

İşğal illərində məcburi köçkün düşmüş azərbaycanlı əhali böyük əzab-əziyyətlərə məruz qalıb, lakin beynəlxalq ictimaiyyət onların vəziyyətinə kifayət qədər diqqət yetirməyib. Onların geri qayıtmaq hüququna, təhlükəsizliyinə və ləyaqətinə məhəl qoyulmayıb, humanitar ehtiyacları lazımi səviyyədə qarşılanmayıb".

Məktubda deyilir ki, Azərbaycan hazırda beynəlxalq hüquqa, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı dörd qətnaməsinə tam uyğun olaraq öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib.

"Azərbaycan Respublikası müxtəlif etnik və dini qruplar arasında çoxillik sülh şəraitində birgəyaşayış ənənəsinə malik qürurlu, çoxmillətli və çoxkonfessiyalı ölkədir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra heç bir erməni zorla qovulmayıb. Həmin əraziləri tərk edən ermənilər bunu Ermənistanın və keçmiş qanunsuz rejimin apardığı təbliğat nəticəsində könüllü şəkildə ediblər. Bundan başqa, işğal dövründə həmin ərazilərdə yaşayan bir çox erməninin beynəlxalq normalara zidd olaraq qanunsuz yerləşdirildiyi də xüsusi vurğulanmalıdır".

Məktubda qeyd olunur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra ədaləti təmin edir. Humanitar jest olaraq 200-dən çox erməni azad edilsə də, müharibə cinayətlərinə görə məsuliyyət daşıyan şəxslər hazırda Bakıda məhkəmə qarşısındadırlar. Onlar Azərbaycan qanunvericiliyinə əsasən hərbi təcavüz, müharibə cinayətləri, zorla itkin düşmələr, işgəncə və terrorizm kimi ittihamlarla mühakimə olunurlar. Məhkəmə prosesi şəffafdır, hüquqi təmsilçilik təmin edilir və indiyədək pis rəftarla bağlı heç bir şikayət qeydə alınmayıb.
 

Cavab məktubunda deyilir ki, sülh sazişi üzrə danışıqlar yekunlaşıb. Lakin sülh müqaviləsini imzalamaq üçün Ermənistan hələ də Azərbaycan torpaqlarının bir hissəsinə iddialı olan konstitusiyasını dəyişməlidir. Sülhün davamlı olması üçün təkcə Ermənistan hökuməti deyil, həm də xalqı bu iddialardan əl çəkməyə razı olmalıdır.


"Davamlı sülhə doğru irəliləyiş üçün addımların atıldığı bu mühüm məqamda beynəlxalq ictimaiyyət bu prosesi dəstəkləmək üçün bütün səyləri göstərməli və Ermənistanı sülh sazişinin imzalanması üçün son zəruri addımları atmağa çağırmalıdır.

Təəssüflər olsun ki, "İsveçrə Sülh Təşəbbüsü" adlanan bu təşəbbüs heç də faydalı deyil və tamamilə əksinə, iki ölkə arasında kövrək sülh prosesinə zərbə vurur. Eyni zamanda, regiondan kənar siyasətçilərin və parlament üzvlərinin regional dinamikaya dair malik olduqları məhdud məlumatlarla müdaxiləsi və qərəzli bəyanatları iki ölkə arasında ümumi normallaşma prosesinə mənfi təsir göstərir. Ona görə də sizi regionda sülhə mane olan addımlardan çəkinməyə çağırıram".

Məktubda bildirilir ki, beynəlxalq və regional geosiyasi qeyri-sabitliyin artdığı bir vaxtda Azərbaycan qarşılıqlı hörmət, ədalət və beynəlxalq hüquq normalarına riayət əsasında dialoqun tərəfdarı olmaqda davam edir.

"Biz Böyük Britaniya hökumətinin Ermənistan və Azərbaycan arasındakı keçmiş münaqişə ilə bağlı balanslı mövqeyini yüksək qiymətləndiririk. Böyük Britaniya beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib".

Məktubun sonunda deyilir ki, biz Birləşmiş Krallıq parlamentinin bütün üzvlərini, o cümlədən Din və Etiqad Azadlığı üzrə Bütün Partiya Parlament Qrupu (APPG FoRB) üzvlərini bu prosesi dəstəkləməyə və hər hansı xarici müdaxilənin mümkün mənfi təsirlərinə qarşı ehtiyatlı və diqqətli olmağa çağırırıq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Kiyev körpüsü yenə vuruldu - VİDEO

Kiyev körpüsü yenə vuruldu - VİDEO

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

40 yaşdan sonra bu sabundan istifadə edin

40 yaşdan sonra bu sabundan istifadə edin

End of content

No more pages to load

RADİO