BMT-nin Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsinin ÖNƏMİ – Ülviyyə Zülfiqardan AÇIQLAMA

2026-cı ilin 17-21 may tarixlərində Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumu baş tutacaq.

Şəhərsalmanın sürətli inkişafı və urbanizasiya ilə bağlı qlobal çağırışlara həsr olunan forum, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) çərçivəsində təşkil olunur.

Forumun BMT-nin Məskunlaşma Proqramı çərçivəsində hansı əsas hədəfləri var və bunun Azərbaycanın şəhərsalma sahəsinə hansı töhfələri ola bilər? Bu cür beynəlxalq tədbirlər, xüsusilə Şəhərsalma Forumları, Azərbaycanın iqtisadi və sosial inkişafına necə təsir göstərə bilər? Hansı mövzular müzakirə ediləcək?

Mövzu ilə bağlı Bizim.Media-nın suallarını siyasi ekspert Ülviyyə Zülfiqar cavablandırıb.

O, sözügedən forumun əhəmiyyətinə diqqət çəkib:

“2021-ci ildə BMT tərəfindən qərar verilən bu forum, ilk dəfə Keniyada keçirilib. Hər iki ildən bir təşkil olunan forumun sonuncusu Qahirədə baş tutmuşdu. Gələn il isə bu mühüm tədbir Bakıda keçiriləcək və paytaxtımız Forumun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edəcək. Forum, sürətli şəhərsalmanın yaratdığı çağırışları müzakirə etmək məqsədini güdür və bu mövzu qlobal səviyyədə aktuallığını qoruyur”.

Ekspert bildirib ki, sürətli və nizamsız şəhərsalma dünya üzrə bir sıra ciddi problemlərə yol açır.

“Təmiz suya çıxış, sanitar şəraitin yaxşılaşdırılması, meşələrin azalması, kənd təsərrüfatı sahələrinin ərazisinin kiçilməsi kimi məsələlər artıq dünya üçün təcili həll tələb edən çağırışlara çevrilib. Eyni zamanda, bu məsələlərə gecəqonduların yaranması və evsizlərin artması da daxildir.
 

Azərbaycanın bu məsələlərə qarşı səmərəli yanaşmaları, xüsusilə irimiqyaslı tədbirlərin keçirilməsindəki təcrübəsi nəzərə alındıqda, ölkəmizin BMT-nin Şəhərsalma Forumuna ev sahibliyi etməsi təbii bir haldır. Azərbaycan təkcə COP29-un keçirilməsindəki təcrübəsi ilə deyil, həm də bu növ beynəlxalq tədbirləri müvəffəqiyyətlə təşkil etməsi ilə beynəlxalq ictimaiyyətin etimadını qazanıb. BMT və digər beynəlxalq təşkilatlar, ölkəmizin təcrübəsindən böyük fayda görür və Azərbaycan regional və qlobal nüfuzunu gücləndirməkdə davam edir.


Azərbaycan şəhərsalma sahəsində uğurlu nəticələrə sahibdir. İşğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhər"i  buna misal olaraq göstərmək olar. Eyni zamanda, kənd təsərrüfatı sahələrinin qorunması və meşələrin bərpası sahəsində həyata keçirilən əhəmiyyətli kampaniyalar, Azərbaycanın ekologiya və şəhərsalma məsələlərinə verdiyi önəmin nümunəsidir”.

Forumda hansı məsələlər müzakirə olunacaq?

Ü.Zülfiqar forumda dünya üzrə şəhərsalma məsələlərinin daha da təkmilləşdirilməsi, təhlükəsiz və yaşana biləcək şəhərlərin qurulması, o cümlədən mənzil təminatının artırılması kimi məsələlərin müzakirə olunacağını vurğulayıb.

“Yerli və beynəlxalq ekspertlər, regional şəhərsalma üzrə mütəxəssislər, habelə vətəndaş cəmiyyəti nümayəndələri bir araya gələrək bu əhəmiyyətli məsələləri geniş şəkildə müzakirə edəcəklər. Bakıda keçiriləcək bu forumun mövzusu "Dünyanın mənzillə təmin edilməsi, təhlükəsiz şəhərlər və icmalar"dır. Hesab edirəm ki, bu tədbir Azərbaycanın beynəlxalq səviyyədəki nüfuzunu daha da artıracaq və COP29 kimi mühüm nəticələrə səbəb olacaq",- deyə o qeyd edib.

Ayşən Rəhim, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Məni "Söylü"yə oxşatmayın

Məni "Söylü"yə oxşatmayın

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Neftin qiyməti ilə bağlı MÜHÜM QƏRAR – 100 milyon barrel bazara çıxarılır

Kiyev körpüsü yenə vuruldu - VİDEO

Kiyev körpüsü yenə vuruldu - VİDEO

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

ABŞ Ordusunda xidmət edən azərbaycanlı xanım: “Komandirlər soyadımı deməyə çətinlik çəkirlər” – MÜSAHİBƏ

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

“Fənərbağça” futbolçuları Bakıda - VİDEO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Bakıda çörək sexində ciddi nöqsanlar aşkarlandı - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

Daha bir tiktoker HƏBS EDİLDİ - FOTO

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

End of content

No more pages to load

RADİO