Azərbaycan və Misir arasında parlamentlərarası münasibətlər müzakirə edildi - FOTO

Mayın 26-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, əvvəlcə Misir Ərəb Respublikası Senatının sədri Milli Məclisin plenar iclas zalı ilə tanış olub.

Sonra qonaqlar Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar. Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq Xatirə kitabını imzalayıb.

Görüşdə Sahibə Qafarova iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu və səmimi dostluq münasibətləri üzərində qurulduğunu qeyd edib. Parlament sədri qonağın budəfəki səfərinin ikinci olduğunu xatırladaraq, səfərin iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə və genişlənməsinə, həmçinin parlamentlərarası münasibətlərin dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələri əhatə edən ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Bildirilib ki, ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər və görüşlər müstəsna rol oynayır. Prezidentlərimiz arasında qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlər əldə olunmuş razılaşmalar və imzalanmış sənədlər əsasında mövcud potensialdan istifadə etməyə şərait yaratmaqla yanaşı, fəal siyasi dialoqu da dəstəkləyərək iki ölkə arasındakı əlaqələrin dinamik inkişafına əhəmiyyətli töhfə verir.

Görüşdə iqtisadi əlaqələrin ikitərəfli münasibətlərdə mühüm yer tutduğu vurğulanaraq Azərbaycan və Misir arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların və kifayət qədər böyük potensialın mövcudluğu qeyd olunub. Eyni zamanda, xalqlarımız arasında mövcud olan ortaq mənəvi dəyərlər, o cümlədən İslam dini və ailə dəyərləri fonunda humanitar əməkdaşlığın da xüsusi əhəmiyyət kəsb etdiyi, son illərdə bu sahədə əlaqələrin uğurla inkişaf etdiyi bildirilib.

Milli Məclisin sədri Azərbaycan ilə Misir arasında ikitərəfli və çoxtərəfli münasibətlərə əhəmiyyətli müsbət təsir göstərən amillərdən biri kimi qanunverici orqanlar arasında qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıb. O, 2023-cü ildə Misirə rəsmi səfərini məmnunluqla xatırlayaraq, bu səfər çərçivəsində keçirilən görüşlərin əhəmiyyətini qeyd edib və parlamentlərarası münasibətlərin dərinləşdirilməsi baxımından dostluq qruplarının birgə fəaliyyətinin rolunu xüsusi olaraq diqqətə çatdırıb.

Azərbaycan Milli Məclisi ilə Misir Senatı arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumunun parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi üçün mühüm hüquqi əsas yaratdığını vurğulayan parlamentin sədri qeyd edib ki, bu sənəd, eyni zamanda, parlamentlərin profil komitələri və aparatları arasında əməkdaşlığın inkişaf etdirilməsinə də töhfə verəcək.

Səmimi qəbula görə minnətdarlığını bildirən Misir Senatının sədri Abdel Vahab Abdel Razeq Azərbaycana rəsmi səfərindən və Milli Məclisdə olmaqdan məmnunluğunu bildirib, Prezident İlham Əliyevlə keçirdiyi görüş və apardığı müzakirələr barədə təəssüratlarını bölüşüb. O, bu görüşün mehriban və səmimi şəraitdə keçdiyini vurğulayıb.

Senatın sədri hazırda Misir və Azərbaycan arasındakı münasibətlərin özünün qızıl dövrünü yaşadığını vurğulayaraq, bunu ölkə başçılarının şəxsi münasibətlərinin, qarşılıqlı səfərlərinin və müntəzəm təmaslarının nəticəsi kimi dəyərləndirib. O, parlamentlərarası əlaqələrin inkişafında bu münasibətlərin mühüm rol oynadığını qeyd edib və qanunverici orqanlar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Söhbətdə beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı fəaliyyətin əhəmiyyəti vurğulanıb, parlamentlərimizin xüsusilə Parlamentlərarası İttifaq, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsindəki birgə fəaliyyəti və qarşılıqlı dəstəyi məmnunluqla qeyd edilib.

S.Qafarova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi barədə ətraflı məlumat verərək, bu qurumun Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunduğunu, hazırda institutlaşma prosesinin davam etdiyini diqqətə çatdırıb. O, qurumun fəaliyyətinə göstərdiyi dəstəyə görə Misir parlamentinə təşəkkürünü bildirib və Şəbəkənin gələcək inkişaf perspektivlərinə dair fikirlərini bölüşüb.

Söhbət zamanı Azərbaycanın 2024-cü ilin dekabrında Misirdə keçirilən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci sammitində təşkilata üzv seçilməsi və bu prosesdə bütün üzvlərin, o cümlədən Misirin də ölkəmizin namizədliyini dəstəkləməsi iki ölkə arasında mövcud olan dostluğun bariz nümunəsi kimi dəyərləndirilib. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə dair inam ifadə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Böyük Britaniya kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Böyük Britaniya kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Kamilə Babayevaya ağır itki

Kamilə Babayevaya ağır itki

Sabah çimərliyə getmək istəyənlər üçün XOŞ XƏBƏR

Sabah çimərliyə getmək istəyənlər üçün XOŞ XƏBƏR

Bərdədə üç avtomobil toqquşdu - Yaralananlar var - FOTO

Bərdədə üç avtomobil toqquşdu - Yaralananlar var - FOTO

Ermənistan Azərbaycana 17 milyon dollar ÖDƏDİ

Ermənistan Azərbaycana 17 milyon dollar ÖDƏDİ

Ceki Çana Bakıda qeyri-adi hədiyyə - VİDEO

Ceki Çana Bakıda qeyri-adi hədiyyə - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Fındığın kiloqramı 7 manat BAHALAŞDI

Fındığın kiloqramı 7 manat BAHALAŞDI

Şəmkirdəki qəzada ölən və xəsarət alanların adları MƏLUM OLDU

Şəmkirdəki qəzada ölən və xəsarət alanların adları MƏLUM OLDU

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Çində o qədər ağac əkdilər ki, SU QITLIĞI yarandı

Xırdalanda 8 avtobus marşrutunun yolu dəyişdirildi - SİYAHI

Xırdalanda 8 avtobus marşrutunun yolu dəyişdirildi - SİYAHI

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Xalq artisti Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edildi – FOTO/VİDEO

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

End of content

No more pages to load

RADİO