KTMT üzv ölkələrinin Astana görüşündə bu təşkilatın Baş katibi məsələsi ətrafında yaranan qalmaqal nəticə vermədi. Belarus prezidentinin təklifinə və israrına baxmayaraq Putinin susqunluğu nəticəsində məsələnin 6 dekabrda Sankt -Peterburq görüşündə həll olunacağı bəyan edildi. Dekabrın 9-da Ermənistanda parlament seçkiləri təyin olduğundan baş nazir əvəzi Nikol Paşinyan əvvəl elan etdi ki, vaxtı olmadığından Sankt-Peterburqa müavini gedəcək. Sonra Rusiya prezidenti Vladimir Putinlə danışıb Baş katib məsələsinin başqa vaxta keçirilməsini, Ermənistanın namizədi olmayacağı təqdirdə siyasi rəqiblərinin ölkədə qarışıqlıq salacaqları barədə xəbərdarlığını etdi. Rusiya prezidenti də canla-başla Paşinyana söz verdi ki, Sankt-Peterburq görüşü Avrasiya İqtisadi İttifaqı ölkələrinin qeyri-rəsmi tədbirinə çevriləcək və Ermənistanın baş nazirindən tədbirə təşrif gətirməsini xahiş etdi. Bayaqdan getməyəcəyini elan etmiş Paşinyan fikrini dəyişib, Rusiyanın şimal paytaxtına yola düşdü.
xa0
Sankt-Peterburq görüşü isə faktiki olaraq Ermənistanın təklifi ilə formal xarakter daşıdı və iqtisadi məsələləri, enerji qiymətlərini bir qədər müzakirə edib söhbətləşməklə yekunlaşdı. KTMT-nin baş katibinin Ermənistan nümayəndəsi olmasını əvvəllər ölkənin imic məsələsi kimi dəyərləndirən ermənilər artıq bu işin prinsipial əhəmiyyət daşımadığını deyirlər. Paşinyan Sankt-Peterburqda şəhərin erməni icması ilə görüşündə artıq bu işin 50-ci dərəcəli məsələ olduğunu, hətta Belarusun nümayəndəsinin əbədi olaraq qalmasını söylədi və etiraf edək ki, öz maraqları çərçivəsində düzgün mövqe sərgilədi. Ona görə ki, Paşinyan bizim bəzi mətbuat nümayəndələrinin söylədiyi kimi erməni nümayəndəsinin baş katib olmayacağını Rusiyanın Ermənistanı cəzalandırması kimixa0 qəbul etmir, əsas məsələni və diqqəti Qarabağa yönəldir. KTMT üzvlərindən soruşur ki, Azərbaycan Qarabağ problemini müharibə yolu ilə həll etsə öz sözlərini deyəcəklərmi? Baxmayaraq ki, Qarabağda müharibənin KTMT üzv ölkələrinə hüquqixa0 baxımdan aidiyyatı yoxdur. Azərbaycan Ermənistan ərazisində döyüş aparmır ki, KTMT ölkələri də öhdəliklərini yerinə yetirsin. Amma, bu sualı hələ ki, Paşinyana nə KTMT üzvləri, nə də Azərbaycan rəsmiləri ünvanlamayıb.
xa0
Paşinyanda əvvəlki narahatlıqdan əsər-əlamət yoxdur. O qarşısına qoyduğu məqsədə doğru uğurla gedir. Ona görə ki, nə ölkə daxilində, nə xaricdə buna qarşı çıxan qüvvə yoxdur, olanlar da çox zəifdirlər. Rusiya rəsmiləri də, qeyri-rəsmi şəxsləri də Ermənistana hər cür xidmət göstərməyə hazır olduqlarını, yəni Bakını “İsgəndər”lə vurmağı, Naxçıvanıxa0 Ermənistana peşkəş edəcəklərini vəd verir, Putin iki dəfə KTMT iclasını erməninin xatirinə formal yığıncağa çevirir (bir sözlə, “istəyirsən sənin üçün texnikuma girim”məsələindəolduğu kimi). Narahat ola biləcəyi Qarabağ cəbhəsindən də o qədər inamlıdır ki, hətta gecələr rahat yatdığını da xüsusi vurğulayır.xa0 Rahat yatmağına da dəyər, çünki atəşkəs imzalanandan bu vaxta kimi Ermənistan - Azərbaycan cəbhə xəttində Paşinyanın rəhbərlik etdiyi dövrdəki kimi sakitçilik olmayıb, atəşkəs faktiki pozulmur. Yalnız Paşinyan deyil,xa0 eləxa0 başda Qarabağ erməniləri olmaqla düşmənin hamısı çox rahat görünür. Daxildəki “əks məxməri inqilabçılar” isə xalqın dəstəyilə tam sıradan çıxarılıb.
xa0
Ermənistanın hal-hazırda ən güclü silahı Rusiyanın verdiyi raketlər, silahlar, İranın verdiyi dəstək deyil, Ermənistanın gücü qazandığı “məxməri inqilab”dadır. Sarkisyan hakimiyyəti dünyanın da, elə erməninin özünün də gözündə Moskva tərəfindən hakimiyyətə gətirilmiş, Moskvanın iradəsi ilə siyasət aparan və qorunan, korrupsioner, avtoritar rejim kimi dəyərləndirilirdi. Dünya bu ilin may ayında baş verən “məxməri inqilabı"xa0 demokratiyanın qələbəsi hesab edir və geniş təhlil aparmadan demək olar ki, Ermənistanın beynəlxalq imicixa0 kifayət dərəcədə yüksəlib. İndiyədəkxa0 erməni diasporasının hesabına, anti türk mövqeyində olan qüvvələrin apardığıxa0 təbliğatın gücünə Ermənistana verilən dəstklə, Paşinyan inqilabından sonra verilən dəstəyin arasında yerlə-göy qədər fərq var. Moskvanın iradəsindən kənar hakimiyyətə gəlmiş qüvvələri Qərb birmənalı özünə yaxın bilir və ABŞ-dan, Avropadan Ermənistana səfər edənlərin sayı və sanbalı göz önündədir.xa0xa0
Bu günlərdə ABŞ Senatının xarici məsələlər üzrə Komitəsində Trampın təqdimatı ilə Azərbaycana göndəriləcək səfir Erl Litserbergin namizədliyinin müzakirəsi təxirə salınıb. Erməni mətbuatı bunu “çox gözəl informasiya” hesab edir və Amerikadakı erməni milli konqresinin ABŞ Senatında təsirinin artması kimi dəyərləndirir. Bu həqiqətən də belədir. Senatda dinləmələr zamanı beynəlxalq əlaqələr Komitəsinin aparıcı nümayəndəsi, ermənilərin dostu Bob Menendes perspektiv səfir Litsenbergeri məcbur edib vəd versin ki, Azərbaycan tərəfdən Qarabağ məsələsində hər hansı bir hərbi ritorika, hərəkət görərsə Azərbaycan hakimiyyətinə çağırış edib təmas xəttində vəziyyəti gərginləşdirməkdən çəkinməyi tövsiyyə edəcək.
Qərbin Ermənistana dəstəyi bütün sahələrdə davam edir, Rusiya da faktiki nazı ilə oynayır. Bu, sadəcə baş vermir, yuxarıda dediyimiz kimi düşmənin indi ən böyük “silahı” demokratik dəyərlərlə ölkənin idarə olunması, illərlə mövcud olmuş korrupsiyaya qarşı mübarizə aparması,xa0 Moskvanın təsirindən çıxmaq üçün atdığı ehtiyatlı hərəkətləri və sairədir. Qeyd olunanlara Paşinyan hakimiyyəti sonadək əməl edəcəkmi, demokrat pərdəsinin yalan mahiyyəti söküləcəkmi.., bunu zaman göstərəcək, çünki bir əldə həm Qərbi, həm Rusiyanı tutmaq müvəqqəti xarakter daşıyır, gəminin iki limandan birinə yan alması əvvəl-axır baş verəcək. Hələ ki. erməni hiyləgərliyi, erməni xisləti imkan verir ki, sözü həm Amerikada keçsin, həm də Rusiya da...
Azərbaycanınxa0 Qarabağ siyasətində, ümumiyyətlə siyasətində ciddi, fundamental dəyişikliklər aparmasına ehtiyac var. Əks halda Qarabağ məsələsinin həllində beynəlxalq təklənməyə məruz qala bilərk.
İlham İsmayılxa0