Şuşada musiqili kompozisiya təqdim olundu

İyunun 15-də Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim edilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan musiqili kompozisiyaya baxıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan Cıdır düzündən paylaşım etdi - FOTO


Musiqili kompozisiyada Azərbaycan Atçılıq Federasiyasının təqdim etdiyi Qarabağ atlarının möhtəşəm çıxışının müşayiətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının, Azərbaycan Dövlət Rəqs ansamblının, “Mirvari” rəqs ansamblının və Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin rəqsləri, “Natiq” ritm qrupunun ifaları təqdim olunub. Proqramda Azərbaycanın və Türkiyənin xalq və bəstəkar mahnıları səslənib.

Tədbir zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ən qədim at cinslərindən olan “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edilib.

“Xarıbülbül” kompozisiyasında Qarabağın rəmzi sayılan iki xarıbülbül gülü birləşərək Azərbaycan ilə Türkiyə arasındakı əbədi dostluq və qardaşlıq münasibətlərini təcəssüm etdirir.

Şuşada təşkil olunan tədbirin qonaqlarına, həmçinin Heydər Əliyev Fondunun “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusu hədiyyə olunub. Topluya ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarklığını və xalçaçılıq sənətini əks etdirən ayrı-ayrı nəşrlər daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Daha iki səfirimizlə bağlı SƏRƏNCAM

Daha iki səfirimizlə bağlı SƏRƏNCAM

Avstriyadakı səfirimiz geri çağırıldı – Prezidentdən SƏRƏNCAM - FOTO

Avstriyadakı səfirimiz geri çağırıldı – Prezidentdən SƏRƏNCAM - FOTO

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Kürdə çimərkən batan yeniyetmə xilas edildi – Vəziyyəti ağırdır

Kürdə çimərkən batan yeniyetmə xilas edildi – Vəziyyəti ağırdır

Güləşçilərimiz dünya çempionatını 6 MEDALLA başa vurdular

Güləşçilərimiz dünya çempionatını 6 MEDALLA başa vurdular

“Putin məni təbrik etmədi” - Paşinyan

“Putin məni təbrik etmədi” - Paşinyan

Toyda gəlinin hərəkətinə mat qalan bəy – VİDEO

Toyda gəlinin hərəkətinə mat qalan bəy – VİDEO

Ət doğrayarkən oğlunun ölümünə səbəb olan anaya HÖKM OXUNDU

Ət doğrayarkən oğlunun ölümünə səbəb olan anaya HÖKM OXUNDU

Neymar Braziliya millisindəki karyerasını BAŞA VURDU

Neymar Braziliya millisindəki karyerasını BAŞA VURDU

Azərbaycanın daha bir güləşçisi fəxri kürsüyə qalxdı

Azərbaycanın daha bir güləşçisi fəxri kürsüyə qalxdı

Yaponiyada yenidən ZƏLZƏLƏ OLDU

Yaponiyada yenidən ZƏLZƏLƏ OLDU

Magistratura üzrə 4 minə yaxın plan yeri BOŞ QALDI

Magistratura üzrə 4 minə yaxın plan yeri BOŞ QALDI

Hidayət Süleymanov Monteneqroda tutularaq Azərbaycana gətirildi

Hidayət Süleymanov Monteneqroda tutularaq Azərbaycana gətirildi

Bakıdakı dünya çempionatında növbəti uğur: Əli Cavadlı gümüş qazandı - FOTO

Bakıdakı dünya çempionatında növbəti uğur: Əli Cavadlı gümüş qazandı - FOTO

Baş nazirdən qaz təchizatı obyektləri ilə bağlı MÜHÜM QƏRAR

Baş nazirdən qaz təchizatı obyektləri ilə bağlı MÜHÜM QƏRAR

Xalq artisti Habil Əliyevin adı musiqi məktəbinə VERİLDİ

Xalq artisti Habil Əliyevin adı musiqi məktəbinə VERİLDİ

Avtomobil kreditləri bahalaşdı — Yeni rəsmi faiz dərəcələri

Avtomobil kreditləri bahalaşdı — Yeni rəsmi faiz dərəcələri

Magistratura imtahanının nəticələri ELAN OLUNDU

Magistratura imtahanının nəticələri ELAN OLUNDU

Ağır xəstəliyi olanlar üçün yeni İMKAN - Kimlər üçün əlçatan olacaq?

Ağır xəstəliyi olanlar üçün yeni İMKAN - Kimlər üçün əlçatan olacaq?

Seda Sayan: “Haluk Leventə güvenmirdim” – FOTO

Seda Sayan: “Haluk Leventə güvenmirdim” – FOTO

Azərbaycanda yetişdirilən samuray arıları ilk dəfə təbiətə buraxılıb

Azərbaycanda yetişdirilən samuray arıları ilk dəfə təbiətə buraxılıb

Miqrasiya sahəsində yeniliklər jurnalistlərə təqdim olundu – FOTO

Miqrasiya sahəsində yeniliklər jurnalistlərə təqdim olundu – FOTO

Zelenski münasibətlər gərginləşəndən sonra ilk dəfə Polşaya GETDİ - FOTO

Zelenski münasibətlər gərginləşəndən sonra ilk dəfə Polşaya GETDİ - FOTO

Netanyahu Zelenski ilə görüşmək istəməyib- KİV

Netanyahu Zelenski ilə görüşmək istəməyib- KİV

End of content

No more pages to load

RADİO