Ərdoğan Brüsseldə niyə “Azərbaycana gedirəm” dedi? – ÖZƏL YOZUM

“Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO toplantısı çərçivəsində amerikalı həmkarı Co Baydenlə görüşdən sonra verdiyi açıqlamalarda və suallara cavablarından bu qənaətə gəlmək olar ki, tərəflər arasında mövcud fikir ayrılıqları ortadan qaldırılmadı. Bir görüşlə bütün məsələlərin həll ediləcəyi əvvəlcədən də gözlənilmirdi”.

Bizim.Media xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu “Facebook” hesabında qeyd edib. O, bildirib ki, Vaşinqton nə Suriyada PKK-ya bağlı terrorçulara dəstəkdən vaz keçəcək, nə də Pensilvaniyada rahat həyat sürən Fətullah Güləni Türkiyəyə iadə edəcək:
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan Azərbaycana gəldi - FOTO/VİDEO


“F-35 təyyarələri və S-400 raketləriylə bağlı məsələdə də fikir ayrılığı davam edir. Buna baxmayaraq, iki böyük dövlətin lideri arasında dialoq mühitinin formalaşması tərəflər üçün faydalıdır.

Digər tərəfdən liderlər fikir ayrılığı yaradan mövzuların diplomatlar və hərbçilər səviyyəsində müzakirələrinin davam etdirilməsi zərurətini vurğuladılar. Misal üçün iki dövlət arasında bir çox fikir ayrılığına baxmayaraq, Əfqanıstanda əməkdaşlıq davam edəcək.

Bayden qarşısına məqsəd qoyub ki, bu ilin 11 sentyabrına qədər ABŞ qoşunları Əfqanıstanı tərk etməlidir. Ancaq Vaşinqton və NATO ondan da narahatdır ki, bundan sonra Əfqanıstan yenidən qarışa bilər və illərlə bu ölkədə çəkdikləri əziyyət hədər gedə bilər. Bu baxımdan Türkiyə hərbçilərinin strateji əhəmiyyətli Kabil hava limanında təhlükəsizliyi təminat etməsinə davam etməsi həm ABŞ, həm də NATO-nun xeyrinədir”.

Politoloq qeyd edib ki, Ərdoğan Baydeni Türkiyəyə dəvət edib:

“Bayden keçmişdə Türkiyədə olub. Ancaq Ərdoğan bu dəfə prezident Baydeni Ankarada görmək istəyir. Ərdoğan Baydendən başqa münasibətlərində problem yaşadığı Fransa prezidenti Emmanuel Makron və Yunanıstanın baş naziri Kiryakos Mitsotakislə də görüşdü. Hiss olunur ki, Makron Türkiyə ilə münasibətləri yumşaltmağa çalışır.
 

Ərdoğan da Fransa ilə əməkdaşlığını keçmişdəki axarına qaytarmaq istəyir. Əlbəttə, Türkiyə ilə Fransa arasında müxtəlif bölgələrdə rəqabət davam edəcək. Ancaq bu rəqabəti müvafiq oyun qaydaları çərçivəsində də aparmaq mümkündür. Ərdoğanın Yunanıstanın baş nazirinə də vacib təklifi olub: “Aramızda problem olanda üçüncü dövlətləri bu işə qarışdırmayaq, birbaşa telefon əlaqəsi saxlayaq”, deyə qeyd olunub”.


Politoloqun sözlərinə görə NATO toplantısı başa çatsa da, heç bir lider münasibətlərdə gərginlik istəmədəyini bu toplantıda ortaya qoydu, önəmli olan verilən vədlərin yerinə yetirilməsidir:

“NATO toplantısında Qarabağ barədə fikir mübadiləsi olmadı. Lap yaxşı, dəstək istəmirik, əsas odur ki, bizə mane olmasınlar. NATO bizə mane olmur. Rəcəb Təyyub Ərdoğan Brüsseldəki mətbuat konfransını bu sözlərlə bitirdi: “Azərbaycana gedirəm”. Azərbaycan və Şuşa Ərdoğanı səbirsizliklə gözləyir”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qalib İsrafilov vəzifəsindən geri ÇAĞIRILDI

Qalib İsrafilov vəzifəsindən geri ÇAĞIRILDI

Daha iki səfirimizlə bağlı SƏRƏNCAM

Daha iki səfirimizlə bağlı SƏRƏNCAM

Avstriyadakı səfirimiz geri çağırıldı – Prezidentdən SƏRƏNCAM - FOTO

Avstriyadakı səfirimiz geri çağırıldı – Prezidentdən SƏRƏNCAM - FOTO

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Kürdə çimərkən batan yeniyetmə xilas edildi – Vəziyyəti ağırdır

Kürdə çimərkən batan yeniyetmə xilas edildi – Vəziyyəti ağırdır

Güləşçilərimiz dünya çempionatını 6 MEDALLA başa vurdular

Güləşçilərimiz dünya çempionatını 6 MEDALLA başa vurdular

“Putin məni təbrik etmədi” - Paşinyan

“Putin məni təbrik etmədi” - Paşinyan

Toyda gəlinin hərəkətinə mat qalan bəy – VİDEO

Toyda gəlinin hərəkətinə mat qalan bəy – VİDEO

Ət doğrayarkən oğlunun ölümünə səbəb olan anaya HÖKM OXUNDU

Ət doğrayarkən oğlunun ölümünə səbəb olan anaya HÖKM OXUNDU

Neymar Braziliya millisindəki karyerasını BAŞA VURDU

Neymar Braziliya millisindəki karyerasını BAŞA VURDU

Azərbaycanın daha bir güləşçisi fəxri kürsüyə qalxdı

Azərbaycanın daha bir güləşçisi fəxri kürsüyə qalxdı

Yaponiyada yenidən ZƏLZƏLƏ OLDU

Yaponiyada yenidən ZƏLZƏLƏ OLDU

Magistratura üzrə 4 minə yaxın plan yeri BOŞ QALDI

Magistratura üzrə 4 minə yaxın plan yeri BOŞ QALDI

Hidayət Süleymanov Monteneqroda tutularaq Azərbaycana gətirildi

Hidayət Süleymanov Monteneqroda tutularaq Azərbaycana gətirildi

Bakıdakı dünya çempionatında növbəti uğur: Əli Cavadlı gümüş qazandı - FOTO

Bakıdakı dünya çempionatında növbəti uğur: Əli Cavadlı gümüş qazandı - FOTO

Baş nazirdən qaz təchizatı obyektləri ilə bağlı MÜHÜM QƏRAR

Baş nazirdən qaz təchizatı obyektləri ilə bağlı MÜHÜM QƏRAR

Xalq artisti Habil Əliyevin adı musiqi məktəbinə VERİLDİ

Xalq artisti Habil Əliyevin adı musiqi məktəbinə VERİLDİ

Avtomobil kreditləri bahalaşdı — Yeni rəsmi faiz dərəcələri

Avtomobil kreditləri bahalaşdı — Yeni rəsmi faiz dərəcələri

Magistratura imtahanının nəticələri ELAN OLUNDU

Magistratura imtahanının nəticələri ELAN OLUNDU

Ağır xəstəliyi olanlar üçün yeni İMKAN - Kimlər üçün əlçatan olacaq?

Ağır xəstəliyi olanlar üçün yeni İMKAN - Kimlər üçün əlçatan olacaq?

Seda Sayan: “Haluk Leventə güvenmirdim” – FOTO

Seda Sayan: “Haluk Leventə güvenmirdim” – FOTO

Azərbaycanda yetişdirilən samuray arıları ilk dəfə təbiətə buraxılıb

Azərbaycanda yetişdirilən samuray arıları ilk dəfə təbiətə buraxılıb

Miqrasiya sahəsində yeniliklər jurnalistlərə təqdim olundu – FOTO

Miqrasiya sahəsində yeniliklər jurnalistlərə təqdim olundu – FOTO

Zelenski münasibətlər gərginləşəndən sonra ilk dəfə Polşaya GETDİ - FOTO

Zelenski münasibətlər gərginləşəndən sonra ilk dəfə Polşaya GETDİ - FOTO

End of content

No more pages to load

RADİO