İlham Əliyev Aşağı Köndələnçay su anbarında - YENİLƏNİB - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olublar.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına su anbarının texniki göstəriciləri barədə məlumat verilib.

Bildirilib ki, ümumi tutumu 9,5 milyon kubmetr olan bu su mənbəyi 62 min hektar sahəni suvarmağa imkan verirdi.1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident və xanımı Füzuliyə səfər etdi - FOTO - YENİLƏNİB


İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən ermənilər təsərrüfat işlərində suya ciddi ehtiyac olduğu mövsümlərdə suyun qarşısını kəsir, daşqınlar zamanı, yaxud suya ehtiyac olmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaradırdılar.

Prezident İlham Əliyev isə qeyd edib ki, bura artıq Azərnbaycan xalqının maraqlarına xidmət edəcək:

"Bura Köndələnçay su anbarıdır. Uzun illər düşmənin əlində idi. Uzun illər biz bu sudan məhrum idik. İkinci Qarabağ müharibəsindən sonra artıq bizim əlimizdədir və bundan sonra Azərbaycan xalqının maraqlarına xidmət edəcək.

Bu su anbarı ulu öndər Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində inşa edilmişdir. Bunun əsas məqsədi Füzuli rayonunda kənd təsərrüfatının inkişafı idi və minlərlə hektar torpaq bu anbar vasitəsilə suvarılırdı. Biz Vətən müharibəsindən sonra həm Suqovuşan su anbarını nəzarətə götürdük, həm də Köndələnçay su anbarı bizim əlimizdədir. Artıq bu anbarların gələcək istismarı ilə bağlı müvafiq göstərişlər verildi.

Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır. Bizim bütün su ehtiyatlarımız, çaylarımız, göllərimiz, su anbarlarımız - bu sərvətimiz indi bizim əlimizdədir. Bu sudan səmərəli şəkildə istifadə etmək üçün yeni kanalların çəkilməsi və köhnə kanalların bərpası məqsədilə artıq vəsait də ayrılıb, müvafiq göstərişlər verildi və geniş proqram icra edilməyə başlanmışdır.

Köndələnçay su anbarına mən bir müddət bundan əvvəl bir heyət göndərmişdim. Bu anbarın vəziyyəti araşdırıldı və həyat bu bölgəyə qayıdandan sonra əlbəttə ki, biz bu sudan istifadə edəcəyik. İşğal dövründə mənfur düşmən bizi sudan məhrum etmişdi. Sərsəng su anbarı, Suqovuşan su anbarı düşmənin əlində olduğuna görə 100 min hektar torpaq susuz qalmışdı və bir neçə rayonda su təminatını yaxşılaşdırmaq üçün yüzlərlə subartezian quyusu qazılmışdır.
 

Ağdam, Tərtər, Bərdə, Yevlax, Goranboy və digər rayonlar Tərtərçayın suyundan məhrum edilmişdi. Mənə bu yaxınlarda verilən məlumata görə, Vətən müharibəsindən sonra 30 min hektardan çox sahəyə Suqovuşan su anbarından su verilməyə başlanmışdır.


Eyni zamanda, Ağdam rayonunda Xaçınçay su anbarı da bizim nəzarətimizdədir, işğaldan azad edilib və o su anbarı bu su anbarından həcm baxımından daha böyükdür. Bir daha demək istəyirəm ki, bizim bütün su ehtiyatlarımız araşdırılır, təhlil edilir və gələcəkdə bizə böyük üstünlük verəcəkdir.

Biz doğma torpaqlarımıza qayıtmışıq, Füzuliyə qayıtmışıq, Köndələnçay su anbarı bizim əlimizdədir və əbədi bizim əlimizdə olacaq", Dövlət başçısı qeyd edib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olublar.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına su anbarının texniki göstəriciləri barədə məlumat verildi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Daha iki səfirimizlə bağlı SƏRƏNCAM

Daha iki səfirimizlə bağlı SƏRƏNCAM

Avstriyadakı səfirimiz geri çağırıldı – Prezidentdən SƏRƏNCAM - FOTO

Avstriyadakı səfirimiz geri çağırıldı – Prezidentdən SƏRƏNCAM - FOTO

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Kürdə çimərkən batan yeniyetmə xilas edildi – Vəziyyəti ağırdır

Kürdə çimərkən batan yeniyetmə xilas edildi – Vəziyyəti ağırdır

Güləşçilərimiz dünya çempionatını 6 MEDALLA başa vurdular

Güləşçilərimiz dünya çempionatını 6 MEDALLA başa vurdular

“Putin məni təbrik etmədi” - Paşinyan

“Putin məni təbrik etmədi” - Paşinyan

Toyda gəlinin hərəkətinə mat qalan bəy – VİDEO

Toyda gəlinin hərəkətinə mat qalan bəy – VİDEO

Ət doğrayarkən oğlunun ölümünə səbəb olan anaya HÖKM OXUNDU

Ət doğrayarkən oğlunun ölümünə səbəb olan anaya HÖKM OXUNDU

Neymar Braziliya millisindəki karyerasını BAŞA VURDU

Neymar Braziliya millisindəki karyerasını BAŞA VURDU

Azərbaycanın daha bir güləşçisi fəxri kürsüyə qalxdı

Azərbaycanın daha bir güləşçisi fəxri kürsüyə qalxdı

Yaponiyada yenidən ZƏLZƏLƏ OLDU

Yaponiyada yenidən ZƏLZƏLƏ OLDU

Magistratura üzrə 4 minə yaxın plan yeri BOŞ QALDI

Magistratura üzrə 4 minə yaxın plan yeri BOŞ QALDI

Hidayət Süleymanov Monteneqroda tutularaq Azərbaycana gətirildi

Hidayət Süleymanov Monteneqroda tutularaq Azərbaycana gətirildi

Bakıdakı dünya çempionatında növbəti uğur: Əli Cavadlı gümüş qazandı - FOTO

Bakıdakı dünya çempionatında növbəti uğur: Əli Cavadlı gümüş qazandı - FOTO

Baş nazirdən qaz təchizatı obyektləri ilə bağlı MÜHÜM QƏRAR

Baş nazirdən qaz təchizatı obyektləri ilə bağlı MÜHÜM QƏRAR

Xalq artisti Habil Əliyevin adı musiqi məktəbinə VERİLDİ

Xalq artisti Habil Əliyevin adı musiqi məktəbinə VERİLDİ

Avtomobil kreditləri bahalaşdı — Yeni rəsmi faiz dərəcələri

Avtomobil kreditləri bahalaşdı — Yeni rəsmi faiz dərəcələri

Magistratura imtahanının nəticələri ELAN OLUNDU

Magistratura imtahanının nəticələri ELAN OLUNDU

Ağır xəstəliyi olanlar üçün yeni İMKAN - Kimlər üçün əlçatan olacaq?

Ağır xəstəliyi olanlar üçün yeni İMKAN - Kimlər üçün əlçatan olacaq?

Seda Sayan: “Haluk Leventə güvenmirdim” – FOTO

Seda Sayan: “Haluk Leventə güvenmirdim” – FOTO

Azərbaycanda yetişdirilən samuray arıları ilk dəfə təbiətə buraxılıb

Azərbaycanda yetişdirilən samuray arıları ilk dəfə təbiətə buraxılıb

Miqrasiya sahəsində yeniliklər jurnalistlərə təqdim olundu – FOTO

Miqrasiya sahəsində yeniliklər jurnalistlərə təqdim olundu – FOTO

Zelenski münasibətlər gərginləşəndən sonra ilk dəfə Polşaya GETDİ - FOTO

Zelenski münasibətlər gərginləşəndən sonra ilk dəfə Polşaya GETDİ - FOTO

Netanyahu Zelenski ilə görüşmək istəməyib- KİV

Netanyahu Zelenski ilə görüşmək istəməyib- KİV

End of content

No more pages to load

RADİO