Ərdoğanın Azərbaycana səfərinin iqtisadi ƏHƏMİYYƏTİ - ŞƏRH

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gəlir. Qardaş dövlətin rəhbərinin bu səfəri əvvəlkilərdən fərqlidir: Türkiyə Prezidenti Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa şəhərinə gedəcək. 

Bizim.Media xəbər verir ki, məsələni “Facebook” hesabında şərh edən millət vəkili Vüqar Bayramov olduqca strateji əhəmiyyət daşıyan bu səfərin iki ölkə arasında iqtisadi əlaqələrin də dərinləşməsinə gətirib çıxaracağını qeyd edib: 
 

“Strateji əhəmiyyət daşıyan bu səfər sadəcə iki ölkə arasında ticari dövriyyənin genişlənməsinə deyil, eyni zamanda qarşılıqlı sərmayə qoyuluşlarının da artmasına imkan yaracaq. Son illər Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yönəldən ölkələrdən birinə çevrilib.


Azərbaycan Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12.5 milyard dollar investisiya yatırıb. İmzalanmış müqavilələri nəzərə aldıqda Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşu yaxın zamanlarda 20 milyard dollaradək yüksələcək. Göründüyü kimi, son illər bütün iqtisadi istiqamətlərdə iki ölkə arasında əməkdaşlığın güclənməsi müşahidə olunub”.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan Azərbaycan parlamentində çıxış edəcək


Deputat xatırladıb ki, bu il martın 1-dən Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minıb. Saziş 15 mal qrupunu əhatə edir:

“Bu sazişdən sonra iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artacağı gözlənilir. Pandemiyanın təsirlərinə rəğmən ötən il də iki ölkə arasındakı ticarət dövriyyəsi əhəmiyyətli səviyyədə olub. 4.5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar idi. Bütövlükdə, son illər Azərbaycan ilə Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub. Belə ki, 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 33 faiz 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb. Belə ki, ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyar 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub.

2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb. 2021-ci ildə Azərbaycan Türkiyəyə 8 milyard kub metr mavi qaz nəql etməyi planlaşdırır. Artıq ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər”. 


Vüqar Bayramov onu da əlavə edib ki, Türkiyəni təmsil edən şirkətlər Qarabağın bərpa və yenidənqurmasında fəal iştirak edir:

“Türkiyə Prezidentinin səfərindən sonra qardaş ölkə şirkətlərinin infrastruktur layihələrində daha fəal iştirak edəcəyi gözlənilir. Bütövlükdə, region üçün strateji əhəmiyyət daşıyan bu səfər ölkələr arasında iqtisadi münasibətlərin inkişafına xüsusi təkan verəcək”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Daha iki səfirimizlə bağlı SƏRƏNCAM

Daha iki səfirimizlə bağlı SƏRƏNCAM

Avstriyadakı səfirimiz geri çağırıldı – Prezidentdən SƏRƏNCAM - FOTO

Avstriyadakı səfirimiz geri çağırıldı – Prezidentdən SƏRƏNCAM - FOTO

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Kürdə çimərkən batan yeniyetmə xilas edildi – Vəziyyəti ağırdır

Kürdə çimərkən batan yeniyetmə xilas edildi – Vəziyyəti ağırdır

Güləşçilərimiz dünya çempionatını 6 MEDALLA başa vurdular

Güləşçilərimiz dünya çempionatını 6 MEDALLA başa vurdular

“Putin məni təbrik etmədi” - Paşinyan

“Putin məni təbrik etmədi” - Paşinyan

Toyda gəlinin hərəkətinə mat qalan bəy – VİDEO

Toyda gəlinin hərəkətinə mat qalan bəy – VİDEO

Ət doğrayarkən oğlunun ölümünə səbəb olan anaya HÖKM OXUNDU

Ət doğrayarkən oğlunun ölümünə səbəb olan anaya HÖKM OXUNDU

Neymar Braziliya millisindəki karyerasını BAŞA VURDU

Neymar Braziliya millisindəki karyerasını BAŞA VURDU

Azərbaycanın daha bir güləşçisi fəxri kürsüyə qalxdı

Azərbaycanın daha bir güləşçisi fəxri kürsüyə qalxdı

Yaponiyada yenidən ZƏLZƏLƏ OLDU

Yaponiyada yenidən ZƏLZƏLƏ OLDU

Magistratura üzrə 4 minə yaxın plan yeri BOŞ QALDI

Magistratura üzrə 4 minə yaxın plan yeri BOŞ QALDI

Hidayət Süleymanov Monteneqroda tutularaq Azərbaycana gətirildi

Hidayət Süleymanov Monteneqroda tutularaq Azərbaycana gətirildi

Bakıdakı dünya çempionatında növbəti uğur: Əli Cavadlı gümüş qazandı - FOTO

Bakıdakı dünya çempionatında növbəti uğur: Əli Cavadlı gümüş qazandı - FOTO

Baş nazirdən qaz təchizatı obyektləri ilə bağlı MÜHÜM QƏRAR

Baş nazirdən qaz təchizatı obyektləri ilə bağlı MÜHÜM QƏRAR

Xalq artisti Habil Əliyevin adı musiqi məktəbinə VERİLDİ

Xalq artisti Habil Əliyevin adı musiqi məktəbinə VERİLDİ

Avtomobil kreditləri bahalaşdı — Yeni rəsmi faiz dərəcələri

Avtomobil kreditləri bahalaşdı — Yeni rəsmi faiz dərəcələri

Magistratura imtahanının nəticələri ELAN OLUNDU

Magistratura imtahanının nəticələri ELAN OLUNDU

Ağır xəstəliyi olanlar üçün yeni İMKAN - Kimlər üçün əlçatan olacaq?

Ağır xəstəliyi olanlar üçün yeni İMKAN - Kimlər üçün əlçatan olacaq?

Seda Sayan: “Haluk Leventə güvenmirdim” – FOTO

Seda Sayan: “Haluk Leventə güvenmirdim” – FOTO

Azərbaycanda yetişdirilən samuray arıları ilk dəfə təbiətə buraxılıb

Azərbaycanda yetişdirilən samuray arıları ilk dəfə təbiətə buraxılıb

Miqrasiya sahəsində yeniliklər jurnalistlərə təqdim olundu – FOTO

Miqrasiya sahəsində yeniliklər jurnalistlərə təqdim olundu – FOTO

Zelenski münasibətlər gərginləşəndən sonra ilk dəfə Polşaya GETDİ - FOTO

Zelenski münasibətlər gərginləşəndən sonra ilk dəfə Polşaya GETDİ - FOTO

Netanyahu Zelenski ilə görüşmək istəməyib- KİV

Netanyahu Zelenski ilə görüşmək istəməyib- KİV

End of content

No more pages to load

RADİO