Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil- Uzaq Çin indi bizə daha yaxındır

Vətən müharibəsindəki möhtəşəm zəfərdən sonra Azərbaycan beynəlxalq arenalarda daha güclü, daha qətiyyətli, inamlı və özügüvənlidir. Lider faktoru ilə birbaşa bağlı olan bu mühüm amillər ölkəmizi dünya siyasi arenasında tarixin heç bir dönəmində olmadığı qədər aparıcı mövqeyə yüksəldib. Bu baxımdan, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dünən gerçəkləşən tarixi səfəri də çox mühüm əhəmiyyət kəsb edir. Tarixi dostluq, iqtisadi-ticari, siyasi əməkdaşlıq bu gün əlaqələrin yeni mərhələdə daha sürətli inkişafını şərtləndirir ki, cənab İlham Əliyev və cənab Si Cinpin bunu etdilər. Hər iki lider hərtərəfli strateji əməkdaşlıq əlaqələrinin əsasını qoymaqla münasibətlərin dərinləşməsinə yeni nəfəs verdilər.

Geosiyasi oyunlara Pekində daha bir nöqtə qoyuldu



Təbii ki, səfər çərçivəsində diqqəti çəkən əsas məqam isə diplomatik  münasibətlərin 33 illiyi ərəfəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanmasıdır.  Dünyanın supergüclərindən biri olan və artıq gələcəyin ölkəsinə çevrilən Çinlə belə bir mühüm sənədin imzalanması Prezident İlham Əliyevin düşünülmüş, ölkəmizin milli maraqlarına əsaslanan uğurlu xarici siyasət kursunun təntənəsidir. Bəyanatda qeyd olunduğu kimi, tərəflər milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər. Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır, “Tayvanın müstəqilliyi”nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir. Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir.

Bəli, məhz bu tarixi səfərin mahiyyətində dayanan əsas faktorlardan biri Azərbaycana qarşı yönəlmiş geosiyasi oyunlara Pekində daha bir nöqtə qoymaq, eləcə də bölgədə əsas oyunçunun Azərbaycan olduğunu bir daha təsdiqləməkdir. Bu, həm də, Fransa, ABŞ, Rusiya kimi güclərə yeni reallaqların fonunda verilən bir mesajdır.

20 faizdən çox artım



Müasir dövrdə iqtisadi güc yoxdursa, siyasi arenada uğur qazanmaq çox çətindir. Belə olan halda, səninlə heç kim hesablaşmaq istəmir.Məsələn, elə Nikol Paşinyanı götürək. Onun  xaricə etdiyin səfərlər turistik mahiyyətdən başqa bir şey ifadə etmir. Hər iki ölkə bu amili də nəzərdən qaçırmayaraq  yüksək dayanıqlılıq və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün "Bir kəmər, bir yol" təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşıblar. Və ciddi əsaslar da var: son illər qarşılıqlı ticarət dövriyyəsi 20 faizdən çox artıb.

Həmçinin, tərəflər neft-kimya, metallurgiya, tekstil sənayesi, əczaçılıq, maşınqayırma avadanlığı kimi sahələrdə iki ölkənin müəssisələrinin kommersiya əsaslı əməkdaşlığının möhkəmləndirilməsində, dərinləşdirilməsində və genişləndirilməsində dəstəklərini ifadə ediblər.

Xüsusilə, bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq,  təmiz enerji sahəsində qlobal tərəfdaşlığın formalaşması, nəqliyyat infrastrukturunun inkişafı, logistika və daşınmaların səmərəliliyinin artırılması istiqamətində də birgə addımlar atılacaqdır.

Media sahəsində də əməkdaşlıq genişləndiriləcək



Çin-Azərbaycan əlaqələri bizim təmsil olunduğumuz sahələr üzrə də diqqətdədir. Bəyanatda deyilir ki, tərəflər səhiyyə, idman, kinematoqrafiya və televiziya sahələrində əməkdaşlığı genişləndirəcək, gənclər və akademik dairələr xətti üzrə dostluq əlaqələrini artıracaqlar. Hər iki ölkə qarşılıqlı səfərlər, informasiya və təcrübə mübadiləsi vasitəsilə media sahəsində əməkdaşlığın genişləndirilməsini dəstəkləyirlər. Və daha bir mühüm cəhət isə vizaların qarşılıqlı ləğvidir. Məsələ konkret bu cür vurğulanır: “Tərəflər insanlar arasında mübadilənin daha da sadələşdirilməsinə kömək etməyə hazır olduqlarını bildirirlər, bütün sahələrdə əlaqələrin və əməkdaşlığın aktivləşdirilməsi üçün təkan olacaq ümumvətəndaş pasportuna malik şəxslər üçün vizaların qarşılıqlı ləğvi haqqında hökumətlərarası Sazişin razılaşdırılmasını və imzalanmasını alqışlayırlar”.

Qardaşlaşdıq




Bu gün terrorizm, separatizm və ekstremiz milli təhlükəsizliyə və regional sabitliyə ciddi hədədir. Çinlə bu məsələlərdə də bigə mübarizə yoluna çıxırıq. Eyni zamanda, narkotik cinayətləri, transmilli mütəşəkkil cinayətkarlıqla, həmçinin kibertəhlükəsizlik kimi çağırışlarla birgə mübarizə aparılacaq.

Günün digər bir yaxşı xəbəri də Çindən gəldi. Belə ki, Çinin Urumçi şəhəri ilə Naxçıvan şəhəri qardaşlaşdı. Bu, Naxçıvan kimi dünya mədəniyyətinin beşiyi, Böyük İpək Yolunun mərkəzi olan tarixi bir şəhərin diqqət mərkəzinə düşməsi, tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Çin universitetləri ilə Naxçıvan universitetləri arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasına qapı açır.

Bir yerdə kiçik insanların böyük kölgələri varsa...



P.S. Böyük Çin filosofu və mütəfəkkiri Konfutsi deyirdi: “Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil”. Bu gün yeni dövrün liderləri olan cənab İlham Əliyev və cənab Si Cinpin həm gələcyə yol tapdılar, həm də yol açdılar... Makron kimi ədəbazlar isə yoldan çəkilməyə məhkumdurlar, çünki kiçik insanların kölgəsini böyüməyə qoymaq olmaz: Bir yerdə kiçik insanların böyük kölgələri varsa, deməli o yerdə günəş batır. Biz isə bu gün Azərbaycanın dünyaya günəş kimi doğduğunun bir daha şahidi olduq... Çünki biz böyüyük!

Sahil Tahirli, “Naxçıvan MR Televizya və Radio Verilişləri” QSC-nin sədri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Samvel Karapetyan Kipr və Rusiya vətəndaşlığından niyə imtina etmir? – VİDEO

Samvel Karapetyan Kipr və Rusiya vətəndaşlığından niyə imtina etmir? – VİDEO

Trampın arzusu 500 milyona BAŞA GƏLƏCƏK - FOTO

Trampın arzusu 500 milyona BAŞA GƏLƏCƏK - FOTO

Şuşa bu gün – “Danışan şəhər”in dəyişən siması – FOTO

Şuşa bu gün – “Danışan şəhər”in dəyişən siması – FOTO

400 min və 2 mənzil... - “QANPULU” DAVASI

400 min və 2 mənzil... - “QANPULU” DAVASI

Rusiyada yanacaq qiymətlərini belə GİZLƏTDİLƏR

Rusiyada yanacaq qiymətlərini belə GİZLƏTDİLƏR

Sərnişin təyyarəsi eniş edərkən dronla toqquşdu – FOTO

Sərnişin təyyarəsi eniş edərkən dronla toqquşdu – FOTO

İlham Əliyev: “Venesuelada zəlzələdə çoxsaylı insan tələfatı bizi son dərəcə sarsıtdı”

İlham Əliyev: “Venesuelada zəlzələdə çoxsaylı insan tələfatı bizi son dərəcə sarsıtdı”

“1xBet” platformasında qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - VİDEO

“1xBet” platformasında qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - VİDEO

Elvinin “Qarabağ”dan gedişi YENİDƏN GÜNDƏMDƏ

Elvinin “Qarabağ”dan gedişi YENİDƏN GÜNDƏMDƏ

"Ağlıma gəlməzdi ki, bu günləri görərəm" - VİDEO

"Ağlıma gəlməzdi ki, bu günləri görərəm" - VİDEO

XƏBƏRDARLIQ: Avropadakı anomal istilərdən relslər deformasiyaya uğrayır, asfalt əriyir

XƏBƏRDARLIQ: Avropadakı anomal istilərdən relslər deformasiyaya uğrayır, asfalt əriyir

Rojerio Santos yenidən “Kəpəz”ə QAYIDA BİLƏR

Rojerio Santos yenidən “Kəpəz”ə QAYIDA BİLƏR

Krımda yanacaq və işıq böhranı dərinləşir - Əhaliyə TƏCİLİ ÇAĞIRIŞ – VİDEO

Krımda yanacaq və işıq böhranı dərinləşir - Əhaliyə TƏCİLİ ÇAĞIRIŞ – VİDEO

Bu məhsulların ölkəyə girişinə qadağa qoyulur

Bu məhsulların ölkəyə girişinə qadağa qoyulur

SON DƏQİQƏ! Buraxılış imtahanının nəticələri AÇIQLANDI

SON DƏQİQƏ! Buraxılış imtahanının nəticələri AÇIQLANDI

Krımın "keçmiş naziri" Kiyevdə saxlanıldı - FOTO

Krımın "keçmiş naziri" Kiyevdə saxlanıldı - FOTO

Baş Ələt stansiyasının yolları yenidən QURULUR – VİDEO

Baş Ələt stansiyasının yolları yenidən QURULUR – VİDEO

Ukrayna ordusunun silahlanmasına yeni "Talion" dronu daxil oldu

Ukrayna ordusunun silahlanmasına yeni "Talion" dronu daxil oldu

Masazırda sürücülər faciənin bir addımlığında: "Avtomobillər quyuya düşür" - VİDEO

Masazırda sürücülər faciənin bir addımlığında: "Avtomobillər quyuya düşür" - VİDEO

Prezidentdən DTX ilə bağlı FƏRMAN

Prezidentdən DTX ilə bağlı FƏRMAN

Korrupsiya ilə bağlı qanun dəyişiklikləri TƏSDİQLƏNDİ

Korrupsiya ilə bağlı qanun dəyişiklikləri TƏSDİQLƏNDİ

Almaniya klubu: “Mahir Emrelini asanlıqla buraxmayacağıq”

Almaniya klubu: “Mahir Emrelini asanlıqla buraxmayacağıq”

Sevgilisini öldürdü, meyitini apararkən infarkt oldu

Sevgilisini öldürdü, meyitini apararkən infarkt oldu

Samvel Karapetyan: "Robert Köçəryanla bölüşəcək heç bir şeyimiz yoxdur"

Samvel Karapetyan: "Robert Köçəryanla bölüşəcək heç bir şeyimiz yoxdur"

End of content

No more pages to load

RADİO