Şərq yeni güc mərkəzi ROLUNDA – Asiya ilə əməkdaşlıq Azərbaycanın strateji prioritetinə ÇEVRİLİR – TƏHLİL

2020-ci ilin yazında COVİD19-un tüğyan etdiyi dönəmdə Amerikalı milyarder Bill Qeyts deyirdi ki, pandemiya dünyada yeni reallıqlar yaradacaq:

“Yeni güc mərkəzləri formalaşacaq”.

O zaman çoxları bu fikrə ciddi yanaşmadı. Çünki həmin dönəmdə dünyada vahid söz sahibi Qərb idi. Lakin ötən 5 il Bill Qeytsin nə qədər haqlı olduğunu təsdiqlədi.

Bu gün Qərb parçalanır, ABŞ təkbaşına fövqəlgüc olmaq istəyir. Amma Amerika üçün bu heç də asan deyil. Çünki bu gün Uzaq, Orta və Yaxın Şərqdə Qərb nüfuzunu itirib. Artıq Avrasiyada, bütövlükdə isə dünyada yeni güc mərkəzləri formalaşır.

Bu hansı güclərdir?

Dünyanın yeni güc mərkəzlərinin biri təbii ki, Çindir. Hazırda bu ölkə dünyanın ən böyük əmtəə istehsalçısıdır. Dünyanın 5 qitəsində bu ölkənin məhsulları dünya bazarında hökmranlıq edir. ABŞ da təbii ki, Çin məhsulları ilə ayaqlaşa bilmir. Buna görə də inzibati yolla Çini dayandırmaq istəyir.

Amma istənilən inzibati metod Çindən daha çox ABŞ-ın özünə zərər vurur. Bu da təsadüfi deyil. Çünki çinlilər populizmlə yox, istehsalla məşğuldurlar. Bu ölkənin istehsal etdiyi məhsullara dünyanın hər yerində olduğu kimi ABŞ-da da böyük ehtiyac var.

Ən əsası Çin bu gün dünyanın ən böyük investorudur. Elə bir ölkə yoxdur ki, orada Çin investisiyası olmasın. Hətta bir çox ölkələrin dövlət borclarını rəsmi Pekin satın alıb. Yəni şərqlilərin yanaşması daha cəlbedici və məntiqli olduğu üçün dünya ölkələri Qərbdən üz çevirib Şərqə üz tutur. Təbii ki, rəsmi Pekin indiki vəziyyətdə daha ehtiyatlı davranır və onunla ittifaq qurmaq istəyən ölkələrə xüsusi münasibət göstərir. Çin ittifaq qurmaq istədiyi ölkələr sırasında Azərbaycan da var.

Çin üçün Azərbaycan niyə bu qədər önəmlidir?

Azərbaycan -Çin münasibətlərinin tarixi kökləri var. Hələ yüz illər öncə Azərbaycan Çini Avropa ilə birləşdirən ən qısa və təhlükəsiz körpü olub. Hətta o dönəmlərdə bu yola maraqlı bir ad da qoyulmuşdu: İpək yolu.

Təsadüfi deyil ki, müstəqilliyimizi ikinci dəfə qazanandan sonra Çin yenidən bu dəhlizin bərpasına çalışıb. 1998-ci ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda Qədim İpək Yolunun bərpası üzrə keçirilən beynəlxalq forumu dəstəkləyən və iştirakçı olan ölkələrin birincisi Çin idi.

Ümumiyyətlə 90-cı illərdə həm Çin lideri Den Syaopinin, həm də Heydər Əliyevin həyata keçirdiyi siyasətin hədəfi komfortlu makroiqtisadi region yaratmaq idi. Təsadüfi deyil ki, Azərbaycanla Çin arasında iqtisadi əlaqələr 1993-cü ildən bu günə qədər yalnız yüksələn xətlə davam edib.

Münasibətlərin son 30 ilinə nəzər saldıqda aydın olur ki, rəsmi Bakı ilə Pekin arasında heç zaman gərginlik müşahidə edilməyib. Ötən il isə Azərbaycan və Çin arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi. Astanada imzalanan birgə bəyannamə ölkələr arasında əməkdaşlığı daha da genişləndirmək üçün yeni imkanlar açdı.

İki ölkə arasında siyasi sahədə əməkdaşlığın yüksək səviyyəsi iqtisadi göstəricilərdə də öz əksini tapır. Son rəqəmlərə əsasən, iki ölkə arasında ticarət dövriyyəsi ötən il 21% artaraq 3,7 milyard dollar təşkil edib. Çin üçün Azərbaycanı maraqlı edən faktorlardan biri də ölkəmizin artan nüfuzu və regional güc olmasıdır. Bu gün Azərbaycanın Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Pakistan, Qırğızıstan, Türkmənistan və digər ölkələr üzərində xüsusi təsir imkanları var. TDT-ninsə real güc olduğunu hər kəs, hətta Qərb də qəbul edir.

Siyasi tərəfdaşlıq

Azərbaycan  son geosiyasi dəyişikliklər fonunda Şərqə və Asiyaya doğru xarici siyasət kursunu yalnız alternativ istiqamət kimi deyil, strateji prioritet olaraq formalaşdırır. Təbii ki, bu siyasət təkcə iqtisadi maraqlarla məhdudlaşmır, həm də siyasi təhlükəsizlik, beynəlxalq nüfuz və diplomatik balansın qorunması baxımından dərin məna daşıyır.

Hazırda Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində Azərbaycan və Çin arasında inam və güclü etimad var. 2024-2026-cı illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) Azərbaycanın sədrlik etməsi siyasi əlaqələri daha da gücləndirib.

Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın son illərdə nümayiş etdirdiyi uğurlu sədrliyi və təşəbbüsləri təbii ki, rəsmi Pekin üçün də maraq kəsb edir. Azərbaycanın yürütdüyü müstəqil və milli maraqlara söykənən siyasəti Çin hökuməti üçün xüsusi əhəmiyyət daşıyır. Ona görə də Pekin rəsmi Bakı ilə siyasi münasibətləri daha da dərinləşdirmək üçün Azərbaycan Prezidentini Çinə dəvət etdi.

Prezident İlham Əliyevin Pekində rəsmi qarşılanma mərasimi, aparılan ilkin danışıqlar və imzalanan çoxsaylı sənədlər bir daha göstərdi ki, Azərbaycan Çin üçün vacib tərəfdaş və etibarlı müttəfiqdir. Bu həm də Azərbaycanın qlobal miqyasda “orta güc” mərkəzlərindən birinə çevrildiyinin təsdiqidir.

Heç kimə sirr deyil ki, Azərbaycan təkcə Cənubi Qafqazda deyil, həm də regionda siyasi gücdür. Rəsmi Pekin də bunun görür və yüksək dəyərləndirir.

İqtisadi əməkdaşlıq

Azərbaycan ilk gündən “Bir kəmər, bir yol” layihəsini dəstəkləyir. Bu layihənin uğurlu icrası üçün davamlı layihələr həyata keçirilir. Təsadüfi deyil ki, Azərbaycanla Çin arasında tranzit daşımaların həcmi 2023-cü illə müqayisədə ötən il 86% artaraq 378 min tona çatıb. 2024-cü ildə Çindən Azərbaycana 287 konteyner qatarı yola salınıb. Çinində dəstək verdiyi Qazaxıstan, Özbəkistan və Qırğızıstanda icra edilən dəmir yolu layihələri də “Bir kəmər, bir yol” marşrutunun əhəmiyyətini daha da artırır.

Nəzərə alaq ki, Çinin Sian limanından yola düşən konteyner qatarı 11 günə Azərbaycana çatır. Ümumilikdə, blok qatarlar vasitəsilə 8-10 günə Bakıya, 12 günə Gürcüstan limanlarına yükləri çatdırmaq mümkündür. Müqayisə üçün qeyd edək ki, dəniz marşrutu ilə bu müddət daha uzun çəkir. İran ətrafında son insidentlər və Husilərin dəniz gəmilərinə hücumları dəmir yoluna keçidi daha da aktuallaşdırır.

Əlverişli investisiya mühiti

Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra beynəlxalq investorlar üçün unikal imkanlar açılıb. İşğaldan azad edilmiş ərazilərdə təşviq mexanizmləri, Avropa istiqamətində əlverişli logistika şəbəkəsi, stabil və nisbətən ucuz enerji resursları Çin investorları üçün kifayət qədər cəlbedicidir. 

Təbii ki, iki ölkə arasında süni intellekt, “yaşıl texnologiyalar” və İKT sahəsində əməkdaşlıq imkanları var. Bu sahələrdəki addımlar Azərbaycanın qeyri-neft sektorunu gücləndirməklə yanaşı, ölkəmizi regionun texnoloji mərkəzinə çevirə bilər.

Beləcə, Azərbaycan–Çin münasibətləri tədricən ikitərəfli əməkdaşlıq çərçivəsindən çıxaraq bütün Avrasiya məkanının gələcəyinə təsir edən faktora çevrilir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran ABŞ ilə danışıqlar barədə: “Qərarı biz verəcəyik”

İran ABŞ ilə danışıqlar barədə: “Qərarı biz verəcəyik”

Qazaxıstan rəsmisi: "Dindən şəxsi və eqoist məqsədlər üçün istifadə edənlər var"

Qazaxıstan rəsmisi: "Dindən şəxsi və eqoist məqsədlər üçün istifadə edənlər var"

Azərbaycan gələn il “Uşaq Avroviziyası”nda iştirak etməyəcək – Rəsmi açıqlama

Azərbaycan gələn il “Uşaq Avroviziyası”nda iştirak etməyəcək – Rəsmi açıqlama

Leyla Əliyevanın təşəbbüsü ilə daha bir çimərlik istifadəyə verildi - FOTOLAR

Leyla Əliyevanın təşəbbüsü ilə daha bir çimərlik istifadəyə verildi - FOTOLAR

Bakıda mühüm GÖRÜŞ: İtkin düşmüş şəxslərin taleyi müzakirə olundu - FOTO

Bakıda mühüm GÖRÜŞ: İtkin düşmüş şəxslərin taleyi müzakirə olundu - FOTO

Dövlət yerli buğda tədarükünə başlayır – Şərtlər

Dövlət yerli buğda tədarükünə başlayır – Şərtlər

Azərbaycan şahmatçılarının dünya reytinqində MÖVQEYİ AÇIQLANDI

Azərbaycan şahmatçılarının dünya reytinqində MÖVQEYİ AÇIQLANDI

750 milyardlıq saziş sabahdan QÜVVƏYƏ MİNİR

750 milyardlıq saziş sabahdan QÜVVƏYƏ MİNİR

Bibisinin qızını bıçaqladı, əmisinin nəvəsini isə öldürdü - MƏHKƏMƏ – VİDEO

Bibisinin qızını bıçaqladı, əmisinin nəvəsini isə öldürdü - MƏHKƏMƏ – VİDEO

TDT-yə üzv ölkələrin dini qurumlarının rəhbərləri Şuşa Kommünikesini İMZALADILAR – FOTO

TDT-yə üzv ölkələrin dini qurumlarının rəhbərləri Şuşa Kommünikesini İMZALADILAR – FOTO

Bakıda 77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar DƏYİŞDİRİLİR

Bakıda 77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar DƏYİŞDİRİLİR

Samvel Karapetyan Kipr və Rusiya vətəndaşlığından niyə imtina etmir? – VİDEO

Samvel Karapetyan Kipr və Rusiya vətəndaşlığından niyə imtina etmir? – VİDEO

Trampın arzusu 500 milyona BAŞA GƏLƏCƏK - FOTO

Trampın arzusu 500 milyona BAŞA GƏLƏCƏK - FOTO

Şuşa bu gün – “Danışan şəhər”in dəyişən siması – FOTO

Şuşa bu gün – “Danışan şəhər”in dəyişən siması – FOTO

400 min və 2 mənzil... - “QANPULU” DAVASI

400 min və 2 mənzil... - “QANPULU” DAVASI

Rusiyada yanacaq qiymətlərini belə GİZLƏTDİLƏR

Rusiyada yanacaq qiymətlərini belə GİZLƏTDİLƏR

Sərnişin təyyarəsi eniş edərkən dronla toqquşdu – FOTO

Sərnişin təyyarəsi eniş edərkən dronla toqquşdu – FOTO

İlham Əliyev: “Venesuelada zəlzələdə çoxsaylı insan tələfatı bizi son dərəcə sarsıtdı”

İlham Əliyev: “Venesuelada zəlzələdə çoxsaylı insan tələfatı bizi son dərəcə sarsıtdı”

“1xBet” platformasında qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - VİDEO

“1xBet” platformasında qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - VİDEO

Elvinin “Qarabağ”dan gedişi YENİDƏN GÜNDƏMDƏ

Elvinin “Qarabağ”dan gedişi YENİDƏN GÜNDƏMDƏ

"Ağlıma gəlməzdi ki, bu günləri görərəm" - VİDEO

"Ağlıma gəlməzdi ki, bu günləri görərəm" - VİDEO

XƏBƏRDARLIQ: Avropadakı anomal istilərdən relslər deformasiyaya uğrayır, asfalt əriyir

XƏBƏRDARLIQ: Avropadakı anomal istilərdən relslər deformasiyaya uğrayır, asfalt əriyir

Rojerio Santos yenidən “Kəpəz”ə QAYIDA BİLƏR

Rojerio Santos yenidən “Kəpəz”ə QAYIDA BİLƏR

Krımda yanacaq və işıq böhranı dərinləşir - Əhaliyə TƏCİLİ ÇAĞIRIŞ – VİDEO

Krımda yanacaq və işıq böhranı dərinləşir - Əhaliyə TƏCİLİ ÇAĞIRIŞ – VİDEO

End of content

No more pages to load

RADİO