"Azərbaycan Prezidentinin açıqlamaları Antalya Forumunda söylənilən bir çox məsələlərin əsas istiqaməti oldu"

“Azərbaycanın dünyanın bir çox dövlətləri ilə qarşılıqlı maraqlar çərçivəsində münasibətlər qurması ölkəmizin nüfuzunu daha da artırır. Azərbaycan Cənubi Qafqazda aparıcı dövlət olaraq regionda, habelə bütün dünyada sülhün, əmin-amanlığın və təhlükəsizliyin təmin olunması istiqamətində addımlar atır, təşəbbüslər irəli sürür".

Bizim.Media xəbər verir ki, bu sözləri “demokrat.az”a açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov deyib. 

O bildirib ki, “Diplomatiyanın yenidən qurulması” mövzusunda keçirilən Antalya Diplomatiya Forumu gələcəkdə bu istiqamətdə beynəlxalq çərçivədə dünya ölkələri arasında strateji əməkdaşlığın qurulması və inkişaf etdirilməsi üçün bir təkandır:

"Forumda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda dünyada mövcud olan problemlərin müzakirəsinin vacibliyini vurğulayaraq, bu baxımdan Forumun böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. 
 

Qlobal fikir ayrılıqları şəraitində diplomatiyanın sabitləşdirici qüvvə kimi özünü yenidən təsdiq etməsi üçün Forumun keçirilməsinə böyük ehtiyac var idi. 


Forum çərçivəsində planetimizin demək olar ki, bütün regionlarında qlobal çağırış və təhdidlərlə yanaşı, hazırda dünya gündəmində olan iqlim dəyişikliyi, planetimizin mühafizəsi, ərzaq təhlükəsizliyi, rəqəmsallaşma, süni intellekt kimi mühüm məsələlər geniş müzakirə olunub".

Onun sözlərinə görə, artan geosiyasi ziddiyyətlər, qlobal bərabərsizliklərin dərinləşməsi, iqlim böhranının geniş miqyasda təsirləri get-gedə ümumi ədalət hissini sarsıdır və beynəlxalq institutlara inamı azaldır:

"Çoxsaylı böhranlarla səciyyələnən qeyri-sabitliyin artdığı bir dövrdə Antalya Diplomatiya Forumu çoxtərəfli nizamın sistem problemlərini müzakirə etmək, qiymətləndirmək və sürətlə dəyişən beynəlxalq mühitdə diplomatiyaya sahiblik mövzusunda dialoqu təşviq etmək məqsədi daşıyır.

Rusiya ilə Ukrayna arasındakı müharibənin dayandırılması, sülh danışıqlarının keçirilməsi istiqamətində həm Türkiyənin, həm də Azərbaycanın göstərdikləri təşəbbüslər dünya ictimaiyyətində yüksək qiymətləndirilir.  
 

Dünyanın müxtəlif yerlərində dövlətlərin bir-birinə qarşı düşmənçiliyi, etnik təmizləmələr, terror aktları, dini, milli, irqi ayrı-seçkilik müşahidə edildiyi halda, Azərbaycanda əhali təhlükəsizlik, tolerantlıq şəraitində yaşayır və bütün bu faktlar ölkəmizin nüfuzunu daha da artırır. 


Antalya Forumunun ən böyük əhəmiyyəti ondan ibarətdir ki, ondan əvvəl Bakıda Ada Unversitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda cənab prezident İlham Əliyevin açıqlamaları, xüsusən də Türk Dünyasının inteqrasiyası, Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı və Türkiyə-İsrail münasibətləri ilə əlaqəli fikirləri, mövqeyi əslində Antalya Forumunda söylənilən bir çox məsələlərin əsas istiqaməti oldu. 

Eyni zamanda bu Forumu fərqləndirən  əsas cəhət müzakirə olunan məsələlərin birqütblü olmaması idi.
 

Belə ki, cənab Ərdoğan, Türkiyənın Xarici İşlər naziri Hakan Fidan və digərləri tərəfindən dünyada və xüsusən bölgədə olan problemlərin həlli istiqamətində effektiv və mühüm addımların atılması müzakirə olundu".


Qeyd edək ki, 11-13 aprel tarixlərində Türkiyənin Antalya şəhərində Dördüncü Antalya Diplomarik Forumu keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

End of content

No more pages to load

RADİO