Paşinyandan GÖZLƏNİLMƏZ ETİRAF – Ermənistanın “yaşamaq” üçün son bir ŞANSI QALDI...

Ermənistanın baş naziri Nikol Paşinyan yenə Zəngəzur dəhlizindən danışıb. Şənbə günü o etiraf edib ki, bizə sağ qalmaq yox, yaşamaq lazımdır:

"Bu dəmir yolu bizə zərər verməyəcək, əksinə, bizə milyardlarla mənfəət, təhlükəsizlik, suverenlik, ərazi bütövlüyü, yurisdiksiya və qarşılıqlılıq gətirəcək".
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Ermənistan bu əraziləri Azərbaycana verir - VİDEO


Paşinyan niyə yenidən Mehri üzərindən keçməli olan dəhlizdən danışdı?

Xatırladaq ki, aprelin 11-də Baş nazirin müavini Şahin Mustafayev və ölkəmizdə səfərdə olan İranın yol və şəhərsalma naziri Fərzanə Sadeqi İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvanı birləşdirəcək Zəngilan rayonunun yaxınlığında Araz çayı üzərində tikintisi davam edən Ağbənd-Kəlalə avtomobil yolu körpüsündə olublar.

Onlar Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolu tikintisinə birgə baxış keçiriblər. Səfər zamanı Ağbənd körpüsünün 2026-cı ilin əvvəllərində istifadəyə verilməsi və onun istismarının asanlaşdırılması istiqamətində planlar nəzərdən keçirilib.

Qərara alınıb ki, sərhəd körpüsünün tikintisi bu ilin noyabr ayınadək başa çatdırılsın və açılışa hazır olsun.

Eyni zamanda, İran ərazisində yerləşən sərhəd terminalının müvəqqəti istismarı üçün zəruri tədbirlərin görülməsi və terminalın 2026-cı ilə qədər tam istifadəyə verilməsi razılaşdırılıb.

Bundan əlavə, bu ilin sonuna kimi həm yük, həm də minik avtomobillərin hərəkətinin bərpa olunması planlaşdırılır.

Səfər zamanı Baş nazirin müavini Şahin Mustafayev bildirib ki, bu körpü Azərbaycanın əsas ərazisi Şərqi Zəngəzur iqtisadirRayonu ilə Naxçıvanı birləşdirən ən qısa yol olacaq. Körpü Şərq-Qərb nəqliyyat dəhlizinin əsas komponentlərindən biri olacaq, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin funksional imkanlarını genişləndirəcək. Fars körfəzi ilə Qara dənizi birləşdirən ən əlverişli marşrut olacaq.

İrəvan təşvişdə

Bu açıqlama və Azərbaycanla İran arasındakı faydalı əməkdaşlıq rəsmi İrəvanı ciddi şəkildə təşvişə salıb. Paşinyan və onun komandası anlayıblar ki, Ermənistan öz bəsit ambisiyaları və xarici oyunçuların təhriki ilə növbəti dəfə qlobal beynəlxalq layihədən kənarda qalır. Bu isə Ermənistan üçün iqtisadi fəlakətdir. Ona görə Paşinyan deyib ki, “bizə sağ qalmaq yox, yaşamaq lazımdır”. Ermənistanın yaşaması isə qonşularla dinc və səmərəli əməkdaşlıqdan keçir.

Çox təəssüf ki, Ermənistandakı ultramillətçi dəstələrin şovinist çağırışları və Qərbin basqıları bu ölkəni fəlakətə sürükləyir.

Nəzərə alaq ki, 10 noyabr Anlaşmasında icrası vacib olan məsələlərdən biri də iki ölkə arasında kommunikasiyanın bərpası idi. Lakin Ermənsitanın məsuliyyətsizliyi üzündən anlaşmanın bir sıra bəndləri kimi bu öhdəlik də icra edilmədi. Ona görə də Azərbaycan İranla razılığıa gələrək Şərqi Zəngəzur iqtisadi rayonunun Naxçıvanla birləşdirəcək yeni dəmir və avtomobil yolunun inşasına başladı. Artıq tikinti işləri son mərhələdədir.

Ağbənd-Naxçıvan dəhlizi hansı imkanlar vəd edir?

Bəri başdan deyək ki, bu marşrut həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliiyyat dəhlizləri üçün unikal imkanlar açacaq. Ona görə də Azərbaycan və İran dövlətləri buna təkcə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvanı  birləşdiriləcək layihə kim baxmır. Bu layihə regionda yeni reallıqlar və çox böyük iqtisadi dividendlər vəd edir.

Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvanla birləşdirəcək bu marşrut Şərq-Qərb nəqliyyat dəhlizinin vacib seqmenti olacaq. Bu həm də Şimal-Cənub nəqliyyat dəhlizinin vacib tərkib hissəsidir. Kəlalə-Ağbənd körpüsü yaxın gələcəkdə Fars körfəzini Qara dənizə birləşdirən ən əlverişli bir marşruta çevriləcək. Yeni salınmış avtomobil yolları vasitəsi ilə Ağbənd-Cəbrayıl- Ağdam-Yevlax-Qazax marşrutu ilə Qara dənizə yeni çıxış imkanı yaradılacaq.

Bir ildən sonra isə Ağbənd-Qubadlı-Laçın- Kəlbəcər- Göygöl-Gəncə-Qazax istiqamətində yeni marşrut işə salınacaq. Beləcə, Fars körfəzindən çıxan yüklər 40-45 saat ərzində asanlıqla Avropanın qapısına çatdırılacaq. Bu isə Avrasiyada ən səmərəli və qısa yol olacaq.

Yaxın aylarda...

Unutmayaq ki, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvanı birləşdirəcək yol daha perspektivli və əlamətdardır. Çünki bu marşurut üzrə avtomobillə yanaşı dəmir yolu daşımaları da mümkün olacaq. Bu da Şərqlə Qərb arasındakı daşımalarda güclü rəqabət yaradacaq.
 

Ən başlıcası, bu layihələrdən Azərbaycan və İran böyük iqtisadi və siyasi dividendlər əldə edəcək. Ermənistansa bir daha proseslərdən və dividendlərdən kənarda qalacaq. Ona görə də Azərbaycan-İran hökumətlərarası komissiyasının görüşündən cəmi bir gün sonra Paşinyan narahatlığını dilə gətirib.


Paşinyan son fikirləri ilə Azərbaycana mesaj verib ki, Zəngəzur dəhlizinin açılmasına Ermənistan hazırdır. Amma Paşinyan bir məsələni unudur ki, artıq gecdir və Azərbaycan öz istədiyinə nail olub. Avrasiyanın unikal nəqliyyat dəhlizini Azərbaycan yaxın aylarda dünyaya təqdim edəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

End of content

No more pages to load

RADİO