Binəli Yıldırım: “Azərbaycanın Qarabağ zəfəri türk dünyasında böyük stimul verdi”

“Azərbaycanın Qarabağ zəfəri türk dünyasında böyük stimul verdi”.

Bizim.Media xəbər verir ki, bunu “Report”a açıqlamasında Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri Binali Yıldırım təşkilatın fəaliyyətində Azərbaycanın rolunu dəyərləndirərkən deyib.

O, TDT-nin digər beynəlxalq təşkilatlarla müqayisədə gənc - 15 yaşının olmasına baxmayaraq, fəaliyyətlərinə görə 50 ildən çox məsafə qət etdiyini bildirib:

“Təşkilatda Türkiyə ilə Azərbaycanın çox önəmli xidmətləri var. Biz bu illər ərzində TDT çərçivəsində fəaliyyətlərimizdə heç bir fikir ayrılığı yaşamadıq”.

B.Yıldırım bunun səbəbini iki ölkə arasında həm də ünsiyyət baryerinin olmaması ilə əlaqələndirib:

“Türkiyə ilə Azərbaycanı bu qədər yaxın edən həm də ortaq dilimizdir. Üstəlik hər iki ölkə latın əlifbasından istifadə edir. Digər türk dövlətləri ilə anlaşmamız üçün təşkilatımıza ortaq əlifbanın tətbiq olunması ilə əlaqədar iki ildir, aktiv fəaliyyətlər həyata keçirir. Ümid edirik, ünsiyyətimiz artdıqca əlaqələrimiz daha da genişlənəcək. Bu, həm də ortaq qarşılıqlı, mədəni əlaqələrin, rifahın artması deməkdir”.

ATƏT-in Minsk Qrupu, BMT kimi beynəlxalq təşkilatların 30 il Azərbaycanı ləngitdiyini vurğulayan TDT ağsaqqalı qeyd edib ki, amma Türkiyənin verdiyi dəstək qələbəyə gedən yolda Azərbaycan türklərinə mənəvi güc verib:

“Öz növbəsində Azərbaycanın Qarabağ zəfəri ilə türk dünyası canlandı. Bu baxımdan mən “türkün türkdən başqa dostu yoxdur” deyiminə qatılıram. Dünyada türk birliyinin güclənməsi ilə biz həm də bir-birimizə sahib çıxa bilirik. Bundan sonrakı addımlarımız isə regional əməkdaşlığımızın güclənməsinə yönələcək”.

O, gələn il TDT-yə rəhbərliyin Azərbaycana keçəcəyini və may ayında da təşkiltın Budapeştdə qeyri-rəsmi zirvə görüşü olacağını da vurğulayıb:

“Durmaq yox, yola davam”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

End of content

No more pages to load

RADİO