Azərbaycanla İran arasında ortaq layihələr müzakirə olundu - FOTO

Aprelin 8-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeqlə görüşüb.

Bizim.Media xəbər verir ki, görüş geniş tərkibdə nümayəndə heyətlərinin iştirakı ilə keçirilib.
 

Görüşdə Azərbaycan və İran prezidentləri arasında təmasların ikitərəfli gündəliyin müəyyən edilməsi, həmçinin dövlətlərarası münasibətlərin müxtəlif istiqamətlərdə inkişafı baxımından böyük önəm kəsb etdiyi vurğulanıb.


Qeyd edilib ki, prezidentlər arasında təmaslar və konstruktiv dialoq son dövrlərdə Azərbaycan ilə İran arasında müxtəlif səviyyələrdə ikitərəfli səfərlərin intensiv xarakter daşımasına təkan verib ki, bu da əlaqələrin dinamik inkişafının təzahürüdür.

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə baş tutacaq səfərinin əhəmiyyətinə toxunularaq bu səfərin tarixən dostluq və mehriban qonşuluqdan qaynaqlanan ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açacağına əminlik ifadə olunub.

Azərbaycan-İran əlaqələrinin bu gün müxtəlif sahələrdə müsbət dinamika nümayiş etdirdiyi diqqətə çatdırılıb.
 

Bununla yanaşı bir çox istiqamətlərdə, xüsusilə də ticarət, investisiya, nəqliyyat, neft-qaz, energetika, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlərin olduğu bildirilib. 


Ticarət-iqtisadi əməkdaşlığın inkişafından məmnunluq ifadə olunaraq qarşılıqlı ticarət dövriyyəsinin həcminin ötən il 32%-dən çox artdığı qeyd edilib. Prezidentlər tərəfindən verilən tapşırıqlara uyğun olaraq ticarət əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində mövcud potensialın maksimum dərəcədə reallaşdırılması üçün hökumətlər səviyyəsində birgə səylərin göstərildiyi vurğulanıb.

İnvestisiya sahəsində əməkdaşlığın inkişafı vurğulanmış, Azərbaycanda fəaliyyət göstərən İran investisiyalı kommersiya qurumlarının sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrini əhatə etdiyi qeyd olunub.

Nəqliyyat sahəsi ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri kimi dəyərləndirilib. 2024-cü ildə Azərbaycan ilə İran arasında ikitərəfli yükdaşımaların həcmi 20%, tranzit daşımaları isə 23%-dən çox artıb.
 

Nəqliyyat sahəsində prezidentlər səviyyəsində əldə olunmuş razılaşmaların hər iki hökumət üçün yol xəritəsi olduğu bildirilərək bu kontekstdə bir sıra qarşılıqlı faydalı layihələrin icra olunmasından, digər əhəmiyyətli layihələr üzrə isə səmərəli işbirliyinin davam etməsindən məmnunluq ifadə olunub.


Bu layihələr hər iki ölkənin nəqliyyat əlaqələrinin genişlənməsi ilə yanaşı, regionun xüsusilə nəqliyyat və logistika imkanlarının artmasına hesablanıb.

Bunların sırasında Şimal-Cənub nəqliyyat dəhlizinin təşviqi, o cümlədən Astara yük terminalının tikintisi üzrə davam edən işlər və Astaraçay çayı üzərində inşa edilmiş yeni avtomobil və piyada körpüsü xüsusi qeyd edildi, Şərq-Qərb dəhlizinin inkişaf etdirilməsinin, o cümlədən İran ərazisindən keçməklə Naxçıvanla ən qısa əlaqəni təmin edəcək Ağbənd-Kəlalə avtomobil və dəmir yolu bağlantısının yaradılmasını və Siyahrud-Ordubad avtomobil körpülərinin inşasını nəzərdə tutan Şərqi Zəngəzur – Naxçıvan nəqliyyat infrastrukturunun əhəmiyyəti vurğulandı, habelə müvafiq sərhəd-gömrük infrastrukturunun tikintisinin önəmi diqqətə çatdırılıb.

Eyni zamanda Ağbənd–Cəbrayıl–Ağdam–Yevlax–Gürcüstan avtomobil marşrutunun və bununla yanaşı Ağbənd–Laçın–Kəlbəcər–Gəncə–Gürcüstan marşrutunun da gələcəkdə istifadəyə verilməsinin regionda yük və sərnişin daşımaları baxımından yeni imkanlar açacağına əminlik ifadə olunub.

Bu marşrutların Fars körfəzini Qara dənizlə birləşdirən ən əlverişli marşrutlardan birinə çevriləcəyi vurğulanıb. 
 

Energetika sahəsində əməkdaşlığın da uğurlu layihələrlə müşayiət olunduğu və nümunəvi xarakter daşıdığı bildirilib. Araz çayı üzərindəki “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyaları, həmçinin Ordubad və Marazad su elektrik stansiyaları ilə bağlı Azərbaycan-İran əməkdaşlığının önəminə toxunulub.


Vurğulanıb ki, hər iki ölkə üçün böyük əhəmiyyət daşıyan bu infrastruktur layihələri bölgədə inkişafa və tərəqqiyə xidmət edir.

Elektrik enerjisi sahəsində əməkdaşlıq istiqamətində qarşılıqlı fəaliyyət davam etdirilib. Azərbaycan ilə İran arasında ümumi ötürmə gücü 860 MVt olan 5 nöqtədə elektrik ötürücü xətlərin qarşılıqlı bağlantısı mövcuddur, bu da enerji təhlükəsizliyinin və dayanıqlı əməkdaşlığın təmin olunmasında mühüm rol oynayır.

Bununla yanaşı Şərqi Zəngəzur iqtisadi rayonunu İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək elektrik verilişi xəttinin tikintisinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət etməklə yanaşı, ölkələrimiz arasında elektroenergetika sahəsində əməkdaşlığın möhkəmlənməsinə də böyük töhfələr verəcəyinə əminlik ifadə olunub.

Neft-qaz sahəsində həyata keçirilən uğurlu layihələrin önəmi vurğulanaraq bu sahədə əməkdaşlıq üçün yeni imkanların mövcud olduğu məmnunluqla qeyd edilib.

Səfər zamanı həmsədrlər ikitərəfli layihələrin bir neçəsinin icra vəziyyəti ilə, həmçinin bir sıra infrastruktur obyektlərinin fəaliyyəti ilə tanış olacaqlar.
 

Tərəflər Azərbaycan-İran əlaqələrinin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayaraq mövcud potensialın reallaşdırılması istiqamətində birgə səylərin davam etdirilməsi ilə bağlı razılığa gəliblər.


Görüşün sonunda cari ilin yanvarın 22-də Tehran şəhərində keçirilən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 16-cı iclasının nəticələrinə dair imzalanmış Anlaşma Memorandumunun Azərbaycan və fars dillərində olan əsl nüsxələrinin mübadiləsi həyata keçirilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Röyadan sevənlərinə ŞAD XƏBƏR

Röyadan sevənlərinə ŞAD XƏBƏR

“Zirə” Türkiyə klubuna uduzdu

“Zirə” Türkiyə klubuna uduzdu

Zelenskinin təltif etdiyi ordeni muzeyə verdi – Polşa-Ukrayna arasında gərginlik

Zelenskinin təltif etdiyi ordeni muzeyə verdi – Polşa-Ukrayna arasında gərginlik

Qəbələdə qanunsuz iaşə obyektləri SÖKÜLDÜ - FOTO

Qəbələdə qanunsuz iaşə obyektləri SÖKÜLDÜ - FOTO

Elton oxudu, Kəmaləddin Heydərov onu dinlədi - VİDEO

Elton oxudu, Kəmaləddin Heydərov onu dinlədi - VİDEO

“Nərimanov” metrosunun çıxışı bağlanır? - Rəsmi açıqlama

“Nərimanov” metrosunun çıxışı bağlanır? - Rəsmi açıqlama

Kəmaləddin Heydərovdan YENİ TƏYİNAT

Kəmaləddin Heydərovdan YENİ TƏYİNAT

Azərbaycanda bu nazir vəzifələri BOŞDUR

Azərbaycanda bu nazir vəzifələri BOŞDUR

“Fənərbağça”nın sabiq futbolçusu “Qalatasaray”a keçə bilər

“Fənərbağça”nın sabiq futbolçusu “Qalatasaray”a keçə bilər

AQTA sədri ölkədə yetişdirilən toyuqlarla bağlı həqiqətləri AÇIQLADI

AQTA sədri ölkədə yetişdirilən toyuqlarla bağlı həqiqətləri AÇIQLADI

Türkmənistan Azərbaycanın hədiyyəsini təmtəraqla QARŞILADI - FOTO/VİDEO

Türkmənistan Azərbaycanın hədiyyəsini təmtəraqla QARŞILADI - FOTO/VİDEO

Xameneinin dəfninə hansı ölkələr gələcək? – Bəqai açıqladı

Xameneinin dəfninə hansı ölkələr gələcək? – Bəqai açıqladı

Xanımı İbrahim Borçalıdan ÜZR İSTƏDİ

Xanımı İbrahim Borçalıdan ÜZR İSTƏDİ

“Özəl bağçalarda qidalanma ürəkaçan deyil” - AQTA sədri

“Özəl bağçalarda qidalanma ürəkaçan deyil” - AQTA sədri

“Sabah” bu futbolçu ilə yollarını ayırdı

“Sabah” bu futbolçu ilə yollarını ayırdı

Rusiyanın "İskəndər" istehsal edən zavodunun VURULDUĞU AN - VİDEO

Rusiyanın "İskəndər" istehsal edən zavodunun VURULDUĞU AN - VİDEO

Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq

“Qəbələ”də konqolu müdafiəçi

“Qəbələ”də konqolu müdafiəçi

Sevda Əhmədovaya yüksək vəzifə verildi - FOTO

Sevda Əhmədovaya yüksək vəzifə verildi - FOTO

Lənkəranda balıqçıya aid konteyner yanıb kül oldu - VİDEO

Lənkəranda balıqçıya aid konteyner yanıb kül oldu - VİDEO

Çimərliklərdə suyun temperaturu AÇIQLANDI

Çimərliklərdə suyun temperaturu AÇIQLANDI

Hazırda dünyada neçə milyarder var?

Hazırda dünyada neçə milyarder var?

Litva ölkə tarixində ən gənc Baş nazirini SEÇDİ

Litva ölkə tarixində ən gənc Baş nazirini SEÇDİ

Bakıda Gülnar İncəsənət Studiyasının rəngarəng "Fərqli Baxışlar" sərgisi açıldı - FOTO

Bakıda Gülnar İncəsənət Studiyasının rəngarəng "Fərqli Baxışlar" sərgisi açıldı - FOTO

End of content

No more pages to load

RADİO