Rusiya 7 istiqamətdə üstünlüyü ələ KEÇİRDİ – Böyük hücum bu tarixdə BAŞLAYACAQ

Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telefon danışığından sonra özünün "Telegram" kanalında Ukraynanın qeyd-şərtsiz 30 günlük atəşkəsə hazır olduğunu yazıb.

Zelenski bildirib ki, atəşkəsin həyata keçirilməsi üçün Rusiya da şərtlər irəli sürməkdən əl çəkməlidir.

Beləliklə, Zelenski heç bir şərt irəli sürmədən atəşkəsin əldə olunmasına razılıq verir. Rusiya isə hələ də tələblərini dəyişməyib. Kreml Ukrayna ilə bağlı əvvəlki tələblərində qalmaqda davam edir. Həmçinin, Rusiya genişmiqyaslı hücuma hazırlaşır.

Belə vəziyyətdə görəsən Ukraynanı nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib ki, rus ordusu hazırda faktiki olaraq, Xarkov, Sumi, Donetsk, Luqansk, Zaporojye, Xerson və Nikolayev istiqamətlərində maksimum üstünlüyü təmin edib. Yay aylarında isə Rusiya daha böyük hücum kampaniyasına start verməyi düşünür:

“Ukrayna müharibəsində atəşkəs və sülhün əldə olunması ilə bağlı şərtlər kökündən dəyişib. İki il əvvəl Rusiya Zelenski ilə razılığa gəlmək fikrində idisə, artıq belə bir mövqe yoxdur. O baxımdan hesab edirəm ki, Rusiya tərəfindən əməliyyatların dayandırılması və sülhün əldə olunması üçün şərtlər daha da sərtləşdirilib.

Moskva qeyd-şərtsiz Ukraynanın təslim olması və əlavə şərtləri qəbul etməsini istəyir. Digər tərəfdən, müharibə qaydaları var. Adətən uduzmaq ərəfəsində olan tərəf sülh bağlamağa və əməliyyatları dayandırmağa daha çox canfəşanlıq edir. Qalib tərəfin isə bu məsələdə mövqeyi tamamilə fərqli olur. Bu baxımdan Rusiyanın mövqeyi başadüşüləndir”.

Ekspert qeyd edir ki, Kreml rəsmi Kiyevi maksimum şəkildə öz şərtlərinə tabe etdirməyə çalışır:
 

“Bu məsələnin hərbi-siyasi tərəfidir. Taktiki baxımdan isə Rusiya artıq şərq istiqamətindən Dnepr çayına yaxınlaşmaq üzrədir. Onlar həmçinin, Kursk vilayətində üstünlüyü təmin ediblər. Rus ordusu bu gün faktiki olaraq, Xarkov, Sum, Donetsk, Luqansk, Zaporojye, Xerson və Nikolayev istiqamətlərində maksimum üstünlüyü təmin edib. Ona görə də Rusiya növbəti yay kampaniyasına başlayaraq, daha böyük üstünlüklər əldə etmək niyyətindədir.


ABŞ-la aparılan danışıqlarda da Rusiyanın prosesi uzatmaq cəhdi də məhz bununla bağlıdır. Hesab edirəm ki, bu vəziyyət Ukrayna üçün daha acınacaqlı şərtlərin irəli sürülməsinə qədər gəlib çıxacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

End of content

No more pages to load

RADİO