ABŞ-da gərginlik PİK HƏDDƏ – Xalq və milyarderlər Trampa BAŞ QALDIRDI

Keçən həftə sonu ABŞ-ın bütün böyük şəhərlərini etiraz dalğası bürüdü. Ölkənin 50-ə yaxın ştatında Prezident Trampın yürütdüyü siyasətə etiraz olaraq mitinqlər təşkil olundu. Hansı ki, bu aksiyalarda təxminən 1 milyona yaxın insan iştirak edib. Etirazçıların Trampın yürütdüyü miqrasiya və gömrük rüsumu siyasətinə qarşı çıxaraq, onun bu addımının Amerikanın beynəlxalq nüfuzunun sarsılmasına yönəldiyini bəyan ediblər.

Bu azmış kimi, Trampın addımları bəzi milyarderləri də çətin duruma salıb. Onlar yürüdülən siyasətin qurbanı olaraq böyük ziyana məruz qalıblar.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-da Trampa qarşı etiraz dalğası başladı - FOTO/VİDEO


Belə bir vəziyyətdə Amerikada Trampdan narazılıq artmağa başlayır. Onun nəticəsidir ki, son rəy sorğularına görə Trampın reytinqi 43 faizə qədər aşağı düşüb.

Belə durumda görəsən, Tramp etirazçıların təzyiqilə geri addım atacaq, yoxsa daha sərt tədbirlər görəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirir ki, Tramp mövcud siyasətini davam etdirəcək və heç bir halda geri dönüş etməyəcək:

“ABŞ Prezidenti Donald Trampı yeni tarif və rüsumlar tətbiq etməyə vadar edən səbəblər var. Başlıcası odur ki, Vaşinqtonun Avropa Birliyi ölkələri, Çin, Yaponiya, Cənubi Koreya ilə ticarət dövriyyəsində ABŞ-ın ziyanına mənfi saldo mövcuddur. Amerikanın ixrac və idxal etdiyi məhsulların ticarət dövriyyəsində böyük fərqlər var. Nəticədə mənfi saldo ABŞ-ın fantastik dərəcədə borclanmasına gətirib çıxarıb. Bu borc 36 trilyon dollara yaxındır”.

Deputat deyir ki, Tramp idxal məhsullarına rüsumlar tətbiq etməklə ölkə iqtisadiyyatını dirçəltməyi nəzərdə tutur:
 

“Belə bir vəziyyətdə ABŞ-da Trampın yürütdüyü siyasətə qarşı etiraz dalğası baş qaldırıb. Həmçinin, çoxsaylı milyarderlər yeni adminstrasiyadan narazıdır. Lakin buna baxmayaraq etirazçıların tələbləri qarşısında Trampın geri çəkiləcəyi gözlənilmir. Tramp bu addımları Amerika iqtisadiyyatını gücləndirmək üçün atdığını bəyan etməklə yanaşı, gələcəkdə narazı tərəflərin də bundan razı qalacağını bildirir.


İqtisadçıların proqnozlarına görə tətbiq olunmuş yeni tarif və rüsumlar ilin sonuna qədər ABŞ iqtisadiyyatına əlavə 1,5 trilyon dollar vəsait verəcək ki, bu da Amerikanın artan xarici borclarını həm önləyəcək, həm də tədricən onun azalmasına səbəb olacaq. Bu kontekstdə Trampın etirazçıların təzyiqilə geri addım atacağını düşünmürəm. Əksinə, onun verdiyi son açıqlamalar göstərir ki, mövcud siyasəti davam etdirəcək və heç bir halda geri dönüş olmayacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

End of content

No more pages to load

RADİO