Macarıstan Netanyahunu niyə HƏBS ETMƏDİ? – Macar politoloqdan ÖZƏL AÇIQLAMA

“İsrailin Baş naziri Benyamin Netanyahunun beynəlxalq siyasətdə önəmli bir fiqur olması səbəbilə, onun Budapeştdə səfəri beynəlxalq diqqəti cəlb edir. Macarıstan hökumətinin Beynəlxalq Cinayət Məhkəməsindən (ICC) çıxmaq qərarını Netanyahunun səfəri ilə eyni vaxta təsadüf etməsi də diqqət çəkir. Bunu İsrailin baş naziri birgə mətbuat konfransında minnətdarlıqla qarşılayıb”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında macarıstanlı politoloq Tibor Attila Nad bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

“HƏMAS-ı tamamilə məhv edəcəyik” - Netanyahu


Macarıstan Netanyahuya görə Beynəlxalq Cinayət Məhkəməsindən çıxdı?

İsrail Baş nazirinin dünya mediasındakı səs-küylü Macarıstan səfərini şərh edən analitik, Baş nazirin həbs edilməməsini ikitərəfli münasibətlərlə əlaqələndirib.

“Netanyahunun və Macarıstanın Baş naziri Viktor Orbanın arasında siyasi əlaqələr yaxşıdır və Macarıstan tərəfinin İsrail Baş nazirini həbs etməsi üçün heç bir səbəbi yox idi. Çünki bu, böyük bir qalmaqala səbəb ola bilərdi (almanlar da İsrail Baş nazirinin həbsinə istəkli deyillər).

Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq niyyəti həmçinin Macarıstanın Netanyahunun həbs qərarını gözardı etməyi əsaslandırmağa çalışan hüquqi bir cəhddir. Netanyahunun səfəri həmçinin İsrail Baş nazirinə (məsələn, Qəzza müharibəsi ilə bağlı) bəyanatlar vermək üçün bir fürsət yaradacaq və bu, əlavə diqqət çəkəcək”, - deyə T.Attila qeyd edib.

Tibor Attila Nad əlavə edib ki, Macarıstan-İsrail əlaqələri yüksək səviyyədədir.
 

“Elə bu səbəbdən də, Macarıstan beynəlxalq Cinayət Məhkəməsinin qərarı rəsmi Budapeşt tərəfindən qəbul edilmir. Digər tərəfdən, səfərin məqsədi ikitərəfli əlaqələri daha da inkişaf etdirmək, investisiyaları dəstəkləmək və müdafiə əməkdaşlığını gücləndirməkdir. Macarıstan, Avropa İttifaqı orqanlarında "İsrailin səsi" olmağa davam edəcəyinə vəd verir, yəni İsraili güclü şəkildə pisləyən Aİ-nin qərar layihələrini yumşaltmağa çalışacaq.


Macarıstan, İsraili digər beynəlxalq təşkilatlarda (məsələn, BMT-də) dəstəkləməyə davam edəcəyini bəyan edir. Ümumilikdə, hazırda Macarıstan ilə İsrail arasında strateji bir alyans mövcuddur və bu səfərlə bu alyansın daha da möhkəmləndirilməsi gözlənilir”, - deyə analitik bildirib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

End of content

No more pages to load

RADİO