Prezidentin mükafat verdiyi gənclər- FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bu şəxslərə Prezident mükafatı verildi – SƏRƏNCAM


Bizim.Media "unikal.az"a istinadən həmin gənclər haqqında məlumatları təqdim edir: 


2025-ci il Gənclər üçün Prezident mükafatını qazanan yeganə tələbə ADA Universitetinin tələbəsi Nihat Abdullayevdir. Nihat Abdullayev Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey kompleksinin məzunudur. O, ADA universitetinin tələbəsidir. Nihat süni intellekt əsaslı “SamSam” startapı ilə dünyanın ən böyük startap müsabiqələrindən olan “Startap World Cup”da yarışmaq haqqı qazanıb. “Samsam” ABŞ-dəki final mərhələdə seçiləcək qalibinə 1.000.000 dollarlıq mükafat təqdim edən bu nüfuzlu müsabiqədə ölkəni təmsil edən ən yaxşı 5 startapdan biri kimi yarışıb. “SamSam” uşaqların yaradıcı və intellektual inkişafı üçün nəzərdə tutulan və süni intellektlə işləyən ağıllı oyuncaqdır. Bu oyuncaq uşaqları əyləndirərək öyrədir.


Ləman Əliyeva Prezident İlham Əliyevin sərəncamı ilə innovasiya və sahibkarlıq üzrə uğurlarına görə “2025-ci il Gənclər üçün Prezident mükafatı” ilə təltif edilib. O, Nicat Abdullayevlə birgə ADA Universitetinin tələbəsidir. Onlar bu xoş xəbəri Türkiyədə startap layihələrini təqdim edərkən alıblar.


Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunan gənclər sırasında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yetirməsi olan kamança ifaçısı, görmə məhdudiyyətli ikinci dərəcə əlilliyi olan şəxs İsrafilova Fatimə Seymur qızı da var. Hazırda Mərkəzin Musiqi yaradıcılığı departamentində təlimçi vəzifəsində çalışan F.İsrafilova Əlilliyi olan Şəxslərin IX Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin qaliblərindəndir. O, Almaniya, Türkiyə, İsrail və digər ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə də birincilik qazanıb.


2019-cu ildən “Regional İnkişaf” İctimai Birliyində çalışan Aytac Əjdərli də təltif olunan gənclər sırasındadır. O, Azərbaycan Dövlət İqtisad Universitetin məzunudur. Magistr təhsilini Bakı Mühəndislik Universitetdə alıb.


Jalə Muradova da Azərbaycan Dövlət İqtisad Universitetin məzunudur. O da Aytac Əjdərli ilə birlikdə RİİB-də fəaliyyət göstərir. Jalənin çoxsaylı COP29 könüllülərinin idarə olunmasında xüsusi rolu olmuşdur.

Mükafatçılar arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) məzunu, ADMİU Sabah qruplarının müəllimi Şövkət Məhərrəmova da var. Gənc xanım rejissor Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafındakı uğurlu fəaliyyətinə görə bu mükafata layiq görülüb.


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirən Vüqar Məmmədzadə bəstəkardır. 1996-cı ildə Bakıda anadan olub. Vətən müharibəsində könüllü iştirak edib və bir sıra medallarla təltif olunub.


Bakı Dövlət Universitetin tarix fakültəsinin məzunu olan Mircavid Ağalarov AMEA Milli Azərbaycan Tarixi Muzeyində çalışır, Arxeologiya elmi fond şöbəsinin əməkdaşıdır. Orta məktəbi Salyanda bitirən Mircavid Azərbaycan Universitetində müəllim kimi də fəaliyyət göstərib.


İdarəetmə Sistemləri İnstitutunun gənc alimi - Rüstəm Əzimov da Prezident mükafatına layiq görülüb. Əzimov Rüstəm Bakir oğlu 1999-cu il mayın 26-da İmişli şəhərində anadan olub. 2016-cı ildə Bakı şəhəri E.Cəlilov adına 272 saylı tam orta məktəbi müvəffəqiyyətlə bitirib. O, 2020-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ABŞ-ın Corciya Dövlət Universiteti ilə birgə həyata keçirdiyi “Biznesin idarə olunması sahəsində bakalavrların hazırlanması, professor-müəllim heyətinin və inzibati işçilərin təkmilləşdirilməsi” üzrə tədris proqramının “Sistem mühəndisliyi” ixtisası üzrə bakalvr ali peşə-ixtisas dərəcəsini bitirib. 2020-ci ildə İdarəetmə Sistemləri İnstitutunda “Kompüter elmləri” ixtisasında “İntellektual sistemlər” ixtisaslaşması üzrə magistratura pilləsinə qəbul olmuş, 2022-ci ildə Fərqlənmə diplomu ilə bitirmişdir. R.Əzimov 2020-ci ildən etibarən institutun Tanıma, identifikasiya və optimal qərar qəbuletmə üsulları laboratoriyasında böyük laborant və kiçik elmi işçi vəzifələrində çalışıb. Hazırda həmin laboratoriyada elmi işçi vəzifəsində işləyir. O, İdarəetmə Sistemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavinidir.

Rafael Siyavuş oğlu Hacıbəyli Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədridir. Bakı Avropa Liseyini bitirən R.Hacıbəyli ADA Universitetinin məzunudur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Niyə payızda daha çox kökəlirik?

Niyə payızda daha çox kökəlirik?

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Bu idman növü ömrü 10 ilədək uzada bilər – ARAŞDIRMA

Onlar əsla süni davrana bilmirlər: Hər şeyi birbaşa üzə deyən 4 BÜRC

Onlar əsla süni davrana bilmirlər: Hər şeyi birbaşa üzə deyən 4 BÜRC

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Qəbiristanlıqda gördükləri onu heyrətləndirdi – Video

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI – Nələr müzakirə olundu?

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Bakıda marşrut avtobusu aşdı – VİDEO

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Rusiya XİN-dən Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK

End of content

No more pages to load

RADİO