Artıq Fransanın müstəmləkə siyasətinə “dur” deyən var — Bu, Azərbaycandır!

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində xarici siyasət prioritetlərindən birini də elan etdi. Azərbaycan neokolonizmə qarşı mübarizəni davam etdirəcək. Bunun səbəbləri maraqlıdır, xüsusilə Prezident İlham Əliyevin dedikləri fonunda.

Bizim.Media “demokrat.az”a istinadən xəbər verir ki, dövlət başçısı bildirib ki, Azərbaycan cəmiyyəti artıq öz mövqeyini ortaya qoyub və Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir, böyüyür:
 

“Yenə də deyirəm, əgər bu proses müəyyən səbəblər üzündən başlamışdırsa, bu gün bu, artıq həyatımızın bir parçasıdır və xüsusilə bu ərazilərin nümayəndələri ilə görüşmək, onların dilindən problemlərini eşitmək, onların gözündə bu həsrəti, bu tükənmiş ümidləri görmək həm ağırdır, həm də ki, çox tanışdır. Çünki biz də uzun illər təxminən eyni vəziyyətdə idik. Biz müstəqil olmayan dövrdə müstəqillik eşqi ilə yaşamışıq, hər halda cəmiyyətimizin böyük qismi. Biz müstəqillik əldə etdik və dərhal işğala məruz qaldıq, hətta ondan qabaq. Bu ədalətsizlik elə həyatımızın bir parçası idi və biz bu ədalətsizlikdən canımızı xalqımızın iradəsi ilə qurtardıq. Amma bu xalqlar faktiki olaraq heç bir kütləvi informasiya vasitələrinə çıxış əldə edə bilmirlər. Onlar hədələnir, onlara qarşı ədalətsizlik bir qayda olaraq artıq özünü təsdiqləyib. Onların müdafiəsinə qalxmaq istəyən tərəflərin, təşkilatların sayı da çox azdır. Çünki yenə də deyirəm, mən bunu demişəm, heç kim başağrısı istəmir, heç kim istəmir ki, böyük dövlətlərlə - hər halda özlərini belə sayan, üz-üzə gəlsin. Amma biz bunu edirik və edəcəyik. Bu müstəmləkəçilik praktikası davam edənə qədər biz o xalqların yanında olacağıq. Artıq bunu Azərbaycan cəmiyyəti öz mənəvi borcu kimi qiymətləndirir”.


Azərbaycan faktiki olaraq dünyada yüzillərdir müstəmləkədən əziyyət çəkən bu xalqların yanında olan nadir ölkələrdəndir. Bu, Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan xalqının mənəvi borcuna çevrilib.

Bu gün Afrika xalqları – qitənin qərbində yaşayan, eləcə də Korsikadakı, Yeni Kaledoniyadakı insanlar Fransanın neokolonal siyasətinin hədəfindədir. Afrikada baş verənlər Fransanın gerçək simasını ortaya çıxardı. Bu ölkə demokratiya və insan haqlarından danışsa da, reallıqda vəhşi kolonizm siyasətini aparır. Dənizaşırı ölkələrdə baş verənlər – insan haqlarının kobud şəkildə pozulması, zorakılıq, siyasi qətllər rəsmi Parisin bəşəri dəyərlərə təhlükə yaratdığının real nümunələridir.



Təkcə Yeni Kaledoniyada Fransanın törətdiyi zorakılıq nəticəsində onlarla insan həlak oldu, minlərlə insan yaralandı. Yeni Kaledoniyanın yerli xalqı olan kanakların yeganı istəyi müstəqillik əldə etməkdir, lakin Fransa bu ölkənin təbii sərvətlərini talamaq üçün XXI əsrdə amansızlığı və qəddarlığı ilə seçilən siyasət yürüdür.

Korsikada baş verən qasırğa isə Fransanın bu ölkədəki insanların başına açdığı oyunları ortaya çıxardı. Prezident İlham Əliyev də bu məsələyə toxunub və bildirib ki, sən demə, Fransa sayılan bir ərazidə əhalinin 70-75 faizi yoxsulluq şəraitində yaşayır:

“Axı nə üçün bu, onda Fransada olmalıdır? Fransanın prezidenti oraya gəlib deyir ki, Fransa olmasa, siz 10 min dəfə daha pis yaşayarsınız. Hara daha pis yaşamaq olar? Yetmiş beş faiz yoxsulluq şəraitində, mənzil fondunun 30-40 faizi köhnəlmiş, qəzalı vəziyyətdə. Əgər bu Fransadırsa, onda sən demə Fransa yoxsul ölkə imiş. Yəni, sadəcə olaraq, oranı strateji bir məntəqə kimi saxlamaq, oranın təbii sərvətlərini talamaq və xalqları əzmək, assimilyasiyaya məruz qoymaq, onları öz mənliyindən, dilindən, mədəniyyətindən məhrum etmək vəhşilikdir. Bu, heç bir ölkəyə şərəf gətirmir”.

Lakin artıq Fransanın müstəmləkə siyasətinə “dur” deyən var. Bu, Azərbaycandır. Bakı Təşəbbüs Qrupunun (BTQ) fəaliyyəti bu prosesdə müstəsnə əhəmiyyət kəsb edir.

Təsadüfi deyil ki, BTQ-nin fəaliyyəti nəticəsində Fransanın Yeni Kaledoniya və dənizaşırı ərazilərdəki neokolonal siyasəti BMT İnsan Hüquqları Komitəsinin Hesabatına daxil edildi. BMT rəsmi Parisdən apardığı qəddar siyasəti dayandırmağı tələb edir.



Bu nəticə BTQ-ninəldə etdiyi mühüm uğurlardan biridir. Ötən ilin iyun ayında BTQ təşkilatçılığı ilə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında “Müstəqillik və fundamental azadlıqlara doğru: müstəmləkiçiliyə son qoyulmasında C-24 komitəsinin rolu” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransdaa kolonial ölkə olan Fransanın Yeni Kaledoniya, Korsika və Martinikdə zorakılıqlarını pislənildi. Avqust ayında BTQ BMT-nin İnsan Hüquqları Komitəsinə “Fransız müstəmləkəçiliyinin davamlı irsi öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə əhəmiyyətli dərəcədə mane olmaqda davam edir: Yeni Kaledoniya (Kanaki) və Fransız Polineziyası (Ma`ohi Nui) timsalında” adlı alternativ hesabat təqdim etdi. Oktyabr ayında isə BTQ-nin təşkilatçılığı ilə BMT-nin Cenevrə ofisində “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və Fransız Müstəmləkəçiliyinin Nəticələri” adlı beynəlxalq konfrans keçirildi.

BMT İnsan Hüquqları Komitəsinin (İHK) 142-ci sessiyası çərçivəsində keçirilən konfransda da Fransanın neo-müstəmləkə siyasəti və dənizaşırı ərazilərdə insan haqlarına qarşı törətdiyi əməllər beynəlxalq ictimaiyyətə təqdim olundu.

Nəticədə noyabr ayında yayımlanan BMT İnsan Hüquqları Komitəsinin Hesabatında Fransanın bəşəri dəyərlərə qarşı törətdiyi vəhşiliklər, insan haqlarının kobud şəkildə pozulması halları, Yeni Kaledoniya başda olmaqla dənizaşırı ərazilərdə həyata keçirdiyi zorakılıq aktları öz əksini tapdı. Beləliklə, Fransanın neokolonizm siyasəti ifşa edildi.


Azərbaycan faktiki olaraq kolonizm siyasətindən əziyyət çəkən xalqların səsinə çevrilib və törədilən vəhşilikləri, insan haqlarının pozulması faktlarını təkcə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmır, həm də beynəlxalq təşkilatların gündəliyinə daxil edir. Azərbaycanın bu cəsarətli fəaliyyəti müstəmləkədən əziyyət çəkən xalqlara dünyanın ən ali neməti olan müstəqil olmaq ümidi verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda 45 nəfərə PULSUZ MƏNZİL veriləcək

Azərbaycanda 45 nəfərə PULSUZ MƏNZİL veriləcək

Rusiya Odessa, Xerson və Xarkova zərbə endirdi – Ölənlər var

Rusiya Odessa, Xerson və Xarkova zərbə endirdi – Ölənlər var

Sükansız və əyləcsiz avtomobilin sınağından VİDEO paylaşdı

Sükansız və əyləcsiz avtomobilin sınağından VİDEO paylaşdı

Fərid Əhmədov türkiyəli həmkarı ilə GÖRÜŞDÜ - FOTO

Fərid Əhmədov türkiyəli həmkarı ilə GÖRÜŞDÜ - FOTO

Prezident İlham Əliyev Ursula Fon der Lyayen ilə təkbətək görüşdü - FOTO/VİDEO

Prezident İlham Əliyev Ursula Fon der Lyayen ilə təkbətək görüşdü - FOTO/VİDEO

Xalqın etimadı, dünyanın hörməti: Prezident İlham Əliyev

Xalqın etimadı, dünyanın hörməti: Prezident İlham Əliyev

Oğuzda sel həyəcanı: Bu kəndin sakinləri təhlükədədir - FOTO

Oğuzda sel həyəcanı: Bu kəndin sakinləri təhlükədədir - FOTO

Türkiyənin hərbi heyəti Azərbaycanda səfərdədir - FOTO

Türkiyənin hərbi heyəti Azərbaycanda səfərdədir - FOTO

Musiqi üzrə qabiliyyət imtahanı verənlərin NƏZƏRİNƏ

Musiqi üzrə qabiliyyət imtahanı verənlərin NƏZƏRİNƏ

"Qarabağ" Ukrayna klubuna böyük hesabla məğlub oldu

"Qarabağ" Ukrayna klubuna böyük hesabla məğlub oldu

Sevgilisi ilə Tbilisiyə getdi, xalası oğlu tərəfindən öldürüldü – Azərbaycanlı qızın qətlinin TƏFƏRRÜATI

Sevgilisi ilə Tbilisiyə getdi, xalası oğlu tərəfindən öldürüldü – Azərbaycanlı qızın qətlinin TƏFƏRRÜATI

Mərkəzi Bankın valyuta ehtiyatlarının məbləği AÇIQLANDI

Mərkəzi Bankın valyuta ehtiyatlarının məbləği AÇIQLANDI

Zeynəb Sönməz “Uimbldon”la VİDALAŞDI

Zeynəb Sönməz “Uimbldon”la VİDALAŞDI

Bakıda yeni minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu - ÜNVANLAR

Bakıda yeni minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu - ÜNVANLAR

Alyona Əliyeva sərgidən yeni fotolar paylaşdı

Alyona Əliyeva sərgidən yeni fotolar paylaşdı

Meksikada qələbə sevinci faciə ilə nəticələndi - VİDEO

Meksikada qələbə sevinci faciə ilə nəticələndi - VİDEO

Milli Məclisin deputatları Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşdü – FOTO

Milli Məclisin deputatları Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşdü – FOTO

Zamin Zəki ilə bağlı QƏRAR VERİLDİ

Zamin Zəki ilə bağlı QƏRAR VERİLDİ

Trampın jurnalistlə dialoqu: “Qazanıram, çünki çoxlu pulum var" – VİDEO

Trampın jurnalistlə dialoqu: “Qazanıram, çünki çoxlu pulum var" – VİDEO

Lyayen: “Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək üçün Bakıdayam” - FOTO

Lyayen: “Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək üçün Bakıdayam” - FOTO

Ötən ay PUA ilə dövlət sərhədindən keçirilən 47 kiloqram narkotik aşkarlanıb – RƏSMİ

Ötən ay PUA ilə dövlət sərhədindən keçirilən 47 kiloqram narkotik aşkarlanıb – RƏSMİ

Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşdü

Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşdü

Qırğızıstanda da yanacaq qıtlığı yaranıb - Azərbaycanla danışıqlar aparır

Qırğızıstanda da yanacaq qıtlığı yaranıb - Azərbaycanla danışıqlar aparır

Bacısı infarkt KEÇİRDİ, valideynləri xəbərini gözləyə-gözləyə dünyadan köçdü – VİDEO

Bacısı infarkt KEÇİRDİ, valideynləri xəbərini gözləyə-gözləyə dünyadan köçdü – VİDEO

End of content

No more pages to load

RADİO