XİN: Erməni sakinlərin Azərbaycana reinteqrasiyasına mane olmuş İrəvanın beynəlxalq hüquqdan danışması absurddur

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 8 yanvar 2025-ci il tarixli mətbuat konfransında “Qərbi Azərbaycan İcması” və ümumilikdə indiki Ermənistan ərazisindən azərbaycanlıların deportasiyası ilə bağlı səsləndirdiyi iddialar Ermənistan tərəfindən tarixin saxtalaşdırılmasıdır.

Bizim.Media xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə səfirlər konfransında Azərbaycan əleyhinə səsləndirilən iddialar barədə medianın sualına cavabında deyib.

O bildirib ki, ermənilərin son iki yüz il ərzində kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması tarixi faktdır.

Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib, 2000-dən çox toponimin adları dəyişdirilib.

Yalnız 1948-1953-cü illər ərzində 150 minə yaxın azərbaycanlı indiki Ermənistan ərazisində öz tarixi torpaqlarından kütləvi surətdə və zorakılıqla deportasiya olunub. Bununla yanaşı, 1987-1991-ci illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından növbəti deportasiyası baş verib, nəticədə 250 mindən artıq azərbaycanlı Ermənistandan qovulub. Bütün bunları sübut edən tarixi və hüquqi sənədlər mövcuddur.

“Sonuncu deportasiya zamanı, guya azərbaycanlılara kompensasiya ödənildiyi, onların könüllü şəkildə əraziləri tərk etdikləri barədə Ermənistan xarici işlər nazirinin iddiaları da tamamilə əsassızdır. Yalnız 1987-1991-ci illərdə etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi 216 nəfər azərbaycanlının qətlə yetirilməsi faktları bir daha sübut edir ki, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nə dərəcədə əzabla və qanla həyata keçirilib.

Qeyd edilənlər xüsusunda, Ermənistanın Azərbaycanın “Qərbi Azərbaycan İcması” ifadəsindən istifadə olunmasını “beynəlxalq hüquq pozuntusu”, “ərazi iddiası” kimi təqdim etməsi riyakarlıqdır.

Ermənistan rəsmilərinin azərbaycanlıların öz torpaqlarına qayıdış hüququnu müxtəlif bəhanələrlə təkzib etməsi, Azərbaycan ərazilərini “erməniləşdirmək” və Azərbaycanlıların geri qayıdışına hər vəchlə mane olmaq məqsədinin açıq-aşkar nümunəsidir.

Azərbaycanlıların bölgədə mövcudluğunu problem kimi təqdim etmiş, azərbaycanlılara qarşı etnik təmizləməni və Azərbaycan ərazilərinin işğalını “600 illik problemin həlli” olduğunu bildirmiş keçmiş Ermənistan prezidenti Levon Ter-Petrosyanın və sonrakı digər erməni liderlərinin səsləndirdikləri fikirlər və yürütdükləri siyasət göstərib ki, irqçi-şovinist milli məfkurəsi hər zaman Ermənistanın ideoloji təmayülünü təşkil edib.

Qeyd edilənlərlə yanaşı, 2020-ci il müharibəsindən sonra Azərbaycanda silahlı qüvvələrini çıxarmaqdan imtina etmiş, erməni sakinlərin yerləşdiyi ərazilərdə hərbiləşmə siyasətini və qeyri-qanuni fəaliyyətini davam etdirmiş, erməni sakinlərin Azərbaycana reinteqrasiyası prosesinə mane olmuş Ermənistanın indi beynəlxalq hüquqdan danışması absurddur.
 

Ermənistan tərəfi indiki Ermənistan ərazisində öz doğma torpaqlarından zorla qovulmuş “Qərbi Azərbaycan İcmasının” nümayəndələrinin hüquqlarını tapdalamaq və onlarla dialoqun hər vəchlə qarşısını almaq əvəzinə, bu icmanın sülh yolu ilə, ləyaqətli və təhlükəsizlik şəraitində geri qayıdış məqsədli Ermənistanla dialoq çağırışlarına cavab verməlidir.


Ermənistanın “etnik uyğunsuzluq” konsepsiyasından və “etnik təmizləmə əsasında monoetnik dövlət titulu”ndan əl çəkib, dinc birgəyaşayışı seçdiyinin praktiki göstəricisi məhz “Qərbi Azərbaycan İcmasının” üzvlərinin öz tarixi torpaqlarına qayıtmasına şərait yaratmaqdan keçə bilər” - deyə Azərbaycan XİN rəsmisi vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalada 4 gün əvvəl qəzaya düşən 17 yaşlı gənc vəfat etdi

Zaqatalada 4 gün əvvəl qəzaya düşən 17 yaşlı gənc vəfat etdi

Vüsal Nəsirli özünə müşavir təyin etdi - FOTO

Vüsal Nəsirli özünə müşavir təyin etdi - FOTO

Üç güləşçimiz dünya çempionatında yarımfinala yüksəldi

Üç güləşçimiz dünya çempionatında yarımfinala yüksəldi

Azərbaycan-Gürcüstan sərhədində böyük tıxac: Minədək avtomobil növbədədir

Azərbaycan-Gürcüstan sərhədində böyük tıxac: Minədək avtomobil növbədədir

Seutadakı İspaniya hərbçiləri arasında qotur xəstəliyi yayıldı

Seutadakı İspaniya hərbçiləri arasında qotur xəstəliyi yayıldı

Azərbaycanda da hamı bundan alır – Amma gərəksiz imiş

Azərbaycanda da hamı bundan alır Amma gərəksiz imiş

Qril toyuq həqiqətən zərərlidirmi?— Diyetoloqlar cavab verdi

Qril toyuq həqiqətən zərərlidirmi?— Diyetoloqlar cavab verdi

Səudiyyə Ərəbistanı tarixində ilk: Qadın baş konsul təyin edildi

Səudiyyə Ərəbistanı tarixində ilk: Qadın baş konsul təyin edildi

Ermənistanda küçəyə İran şəhərinin adı verildi

Ermənistanda küçəyə İran şəhərinin adı verildi

Azərbaycan CNN-ni MƏHKƏMƏYƏ VERDİ

Azərbaycan CNN-ni MƏHKƏMƏYƏ VERDİ

Bakıda bu məşhur məkanlar bağlandı – SİYAHI

Bakıda bu məşhur məkanlar bağlandı – SİYAHI

Baş nazirdən bu nazirliyin işçilərinin maaşları ilə bağlı qərar

Baş nazirdən bu nazirliyin işçilərinin maaşları ilə bağlı qərar

Ödənişli ixtisas seçiminə artan MARAQ - Abituriyentlər pulsuz DİM məsləhətindən niyə imtina edir?

Ödənişli ixtisas seçiminə artan MARAQ - Abituriyentlər pulsuz DİM məsləhətindən niyə imtina edir?

Prezident təqaüdçüləri ailə qurur– FOTO

Prezident təqaüdçüləri ailə qurur– FOTO

Kliçkodan keçmiş həyat yoldaşının ölümü ilə bağlı AÇIQLAMA – FOTO

Kliçkodan keçmiş həyat yoldaşının ölümü ilə bağlı AÇIQLAMA – FOTO

Axirət günü nə vaxt olacaq? -Tarix AÇIQLANDI

Axirət günü nə vaxt olacaq? -Tarix AÇIQLANDI

“Metropark”da yanğın- FOTO+VİDEO

“Metropark”da yanğın- FOTO+VİDEO

Böyük çay xəritədən SİLİNİR - Quraqlıq başlayıb, sular çəkilib

Böyük çay xəritədən SİLİNİR - Quraqlıq başlayıb, sular çəkilib

Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar...- Kino İttifaqında nə baş verir?

Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar...- Kino İttifaqında nə baş verir?

Xankəndidə restoranda DAVA- 2 gənc həbs edildi

Xankəndidə restoranda DAVA- 2 gənc həbs edildi

AFFA-da bu vəzifəli şəxslər işdən çıxarıldı

AFFA-da bu vəzifəli şəxslər işdən çıxarıldı

Ev almaq istəyənlər üçün VACİB AÇIQLAMA – Bu tarixləri gözləyin!

Ev almaq istəyənlər üçün VACİB AÇIQLAMA – Bu tarixləri gözləyin!

İmran Xan həbsxanadan xəstəxanaya köçürülür

İmran Xan həbsxanadan xəstəxanaya köçürülür

Hotellərin itirdiyi müştərini kənd evləri necə qazandı? – Turistləri qaçıran SƏBƏBLƏR

Hotellərin itirdiyi müştərini kənd evləri necə qazandı? – Turistləri qaçıran SƏBƏBLƏR

End of content

No more pages to load

RADİO