Azərbaycan üç gəmi və heyətinin girov götürülməsi ilə bağlı Eritreyaya NOTA VERDİ

7 noyabr 2024-cü il tarixində “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreya Dövlətinin ərazi sularına məcburi giriş edib.

XİN-dən Bizim.Media-ya verilən məlumata görə, keçid zamanı Eritreya Dövlətinin liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra Eritreya Dövlətinin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq, sözügedən gəmilər saxlanılıb. Adları qeyd olunan gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan Respublikasının vətəndaşlarıdır.

"Baş vermiş hadisə ilə bağlı ilkin məlumatlar 07.11.2024-cü il tarixində işçi qaydada Xarici İşlər Nazirliyinə daxil olduqdan sonra, tərəfimizdən hadisəyə dərhal reaksiya verilərək məsələ nəzarətə götürülüb.

Zəruri tədbirlərin görülməsi məqsədilə, Eritreya Dövlətinin ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Efiopiya Federativ Demokratik Respublikasında və Rusiya Federasiyasındakı səfirliklərimiz vasitəsilə Eritreya tərəfinə müvafiq nota vasitəsilə çatdırılıb. Eritreya XİN-də, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində müvafiq görüşlər keçirilib.

Məsələnin həlli, gəmilərin və heyətin sərbəst buraxılması, eləcə də zəruri konsulluq hüquqi yardımların göstərilməsi məqsədilə müvafiq iş davam etdirilir", - deyə XİN-dən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Zelenski Trampdan Rusiyaya qarşı sanksiya tətbiqi İSTƏDİ

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Ağdamda evdən qaçan 15 yaşlı qızın erkən evliliyinin QARŞISI ALINDI

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Tarixi matç BAŞLADI: “Fənərbağça” “Turan Tovuz”a qarşı - VİDEO

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

"Qarabağ" "Zirə"yə qalib gəldi

"Qarabağ" "Zirə"yə qalib gəldi

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

End of content

No more pages to load

RADİO