"Ərdoğan-Baxçalı cütlüyü həmin günü gözləmədən erkən seçkiyə razı ola bilərlər..."

MHP lideri Dövlət Baxçalı bu gün partiyasının qrup toplantısında “növbədənkənar (avqustun 26-da) prezident və parlament seçkisi keçirilməlidir” deməklə Türkiyəni şoka salıb. İki variant mümkündür. Baxçalı ya bu açıqlamanı müttəfiqi olduğu Ədalət və İnkişaf Partiyasının razılığı əsasında səsləndirib, ya da müttəfiqlərini fakt qarşısında qoyub. Baxçalı bu açıqlamanı Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanla razılaşdırıbsa, demək bu ortaq siyasi gedişdir. Ankaradan yeni qayıtmışam. İqtisadi vəziyyət o qədər də ürəkaçan deyil. Hökumətin iqtisadiyyatda ciddi problemləri var, bunu Ərdoğan da etiraf edir. Ona görə də vaxt keçdikcə AKP-MHP ittifaqının reytinqi aşağı düşə bilər. Ona görə də Ərdoğan-Baxçalı cütlüyü həmin günü gözləmədən erkən seçki keçirib səslərini qorumaq istəyə bilərlər. Yox əgər Baxçalı Ərdoğanla razılaşdırmadan Cumhurbaşqanını fakt qarşısında qoyubsa, bu MHP-AKP ittifaqında ciddi inamsızlıq yarada bilər. Yeni yaranan İyi Parti və onun lideri Meral Akşener seçkiyə ciddi hazırlaşır. MHP-nin elə AKP ilə ittifaq yaratmaqda məqsədlərindən ən əsası da səslərini Akşenerə uduzmamasıdır.

Buna baxmayaraq, Dövlət Baxçalının hesabları yanlış çıxa bilər. Bir dəfə Baxçalı eyni səhvi edib. 1999-cu ildə hökumətdə DSP-MHP-ANAP koalisyonu var idi. Baş nazir Bülənt Ecevit, Dövlət Baxçalı isə onun birinci yardımçısı isi. İqtisadiyyat ağır günləriini yaşayırdı, ancaq Əcəvit hökuməti böhrandan çıxmaq üçün ciddi addımlar atmışdı. Baxçalı qəfil elan etdi ki, erkən seçkilər keçirilməlidir və bununla ortağı Eceviti şoka saldı. Rəhmətlik Bülent Ecevit xatirələrində yazırdı ki, Dövlət Baxçalının işlər iyiyə doğru gedərkən niyə hökuməti dağıtdığını anlamadı. O zaman hökumət dağıldı, erkən seçkilər keçirildi, nə DSP, nə ANAP, nə də MHP parlamentə düşə bildi, hakimiyyətə yeni qurulan AKP gəldi və odu-budur iqtidardadır. İndi Baxçalı yenə eyni yolla gedib partiyasını və müttəfiqini mürəkkəb vəziyyətə sürükləyə bilər.

Elxan Şahinoğlu, politoloq
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

3 BÜRC üçün şans qapıları açıldı

3 BÜRC üçün şans qapıları açıldı

"Şamaxinka"da minib-düşmə yeri niyə yoxdur? - VİDEO

"Şamaxinka"da minib-düşmə yeri niyə yoxdur? - VİDEO

Bəzi yaşlarda qızların təhsildən uzaqlaşma riski artır - Nazir

Bəzi yaşlarda qızların təhsildən uzaqlaşma riski artır - Nazir

Oyuncaqlarda gizlənən təhlükə - Xəbərdarlıq

Oyuncaqlarda gizlənən təhlükə - Xəbərdarlıq

Messi futboldan gedəcəyi vaxtı açıqladı

Messi futboldan gedəcəyi vaxtı açıqladı

Fitso yardımdan İMTİNA ETDİ: "Ukraynaya silah üçün pul verilməyəcək"

Fitso yardımdan İMTİNA ETDİ: "Ukraynaya silah üçün pul verilməyəcək"

Günün qoroskopu: BÜRCLƏRİ nə gözləyir?

Günün qoroskopu: BÜRCLƏRİ nə gözləyir?

İrina Şeyk makiyajsız FOTOSUNU paylaşdı

İrina Şeyk makiyajsız FOTOSUNU paylaşdı

Mertsə istefa çağırışı edildi: “Starmer kimi et”

Mertsə istefa çağırışı edildi: “Starmer kimi et”

İki şəhidimizin övladı qəbulda yüksək bal topladı

İki şəhidimizin övladı qəbulda yüksək bal topladı

Bu gün Aşuradır

Bu gün Aşuradır

700 bal toplayan ÖLKƏ BİRİNCİSİ: "Həm sosial həyatım olub, həm də telefonum"

700 bal toplayan ÖLKƏ BİRİNCİSİ: "Həm sosial həyatım olub, həm də telefonum"

İsrail - Livan danışıqları nəticəsiz başa çatdı - "Axios"

İsrail - Livan danışıqları nəticəsiz başa çatdı - "Axios"

Real TV-də yeni layihə - Televiziya rəhbərləri açıq müzakirəyə çıxır

Real TV-də yeni layihə - Televiziya rəhbərləri açıq müzakirəyə çıxır

Qusarda fermerlərə dövlət dəstəyi gücləndirilir: İcra başçısından mühüm tapşırıqlar - FOTO

Qusarda fermerlərə dövlət dəstəyi gücləndirilir: İcra başçısından mühüm tapşırıqlar - FOTO

Tramp: “İran mənim istədiyim hər şeylə razılaşır”

Tramp: “İran mənim istədiyim hər şeylə razılaşır”

Vətən müharibəsi qazisi bıçaqlandı - FOTO

Vətən müharibəsi qazisi bıçaqlandı - FOTO

Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”

Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”

“Şəfa” klubunda ilk legioner

“Şəfa” klubunda ilk legioner

Bakının bir sıra küçələri işıqsız qalacaq - SİYAHI

Bakının bir sıra küçələri işıqsız qalacaq - SİYAHI

Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?

Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?

Dəniz sahilində xəndəklər qazıldı – Məqsəd obyektə müştəri cəlb etməkdir? - VİDEO

Dəniz sahilində xəndəklər qazıldı – Məqsəd obyektə müştəri cəlb etməkdir? - VİDEO

Günün səbəbkarlarını TANIYAQ! - FOTO

Günün səbəbkarlarını TANIYAQ! - FOTO

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə MÜRACİƏT EDİLDİ - FOTO

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə MÜRACİƏT EDİLDİ - FOTO

End of content

No more pages to load

RADİO