Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə MÜRACİƏT EDİLDİ - FOTO

ABŞ Konqresində keçirilən "Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: İkili standartlar və selektiv yanaşmalar" mövzusunda beynəlxalq konfransın iştirakçıları Konqres üzvlərinə müraciət ünvanlayıblar.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə beynəlxalq hüququn norma və prinsiplərinin qərəzsiz, ardıcıl və ayrı-seçkiliyə yol verilmədən tətbiq edilməsinin vacibliyi vurğulanıb.

Sənəd müəllifləri xüsusilə Qərbi azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıtmaq hüququnun təmin edilməsinə çağırıblar.

Konfrans iştirakçıları beynəlxalq ictimaiyyətin Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışına dəstək verməsi, onların mülkiyyət hüquqlarının bərpası və mədəni irsinin qorunmasına yardım göstərməsi ilə bağlı gözləntilərini ifadə ediblər. Müraciətdə qeyd olunub ki, qayıdış hüququ beynəlxalq hüququn fundamental prinsiplərindən biridir və bu hüququn təmin olunması selektiv yanaşmalardan kənar həyata keçirilməlidir.
 

Sənəddə ABŞ Konqresi üzvləri Qərbi azərbaycanlıların üzləşdiyi problemlərə və onların qayıdış hüququ ilə bağlı səsləndirilən faktlara ciddi diqqət yetirməyə çağırılıb. Konqres üzvlərindən bu məsələ ilə bağlı dinləmələr, brifinqlər və məsləhətləşmələr təşkil etmələri, aidiyyəti icmalarla birbaşa dialoqu təşviq etmələri və insan hüquqları prinsiplərinin ardıcıl tətbiqinə dəstək vermələri xahiş olunub.


Müraciətdə, həmçinin siqh icmasının hüquqları, eləcə də Aruba, Kurasao, Sent-Martin, Sint Eustatius və Saba xalqlarının öz müqəddəratını təyinetmə hüququ ilə bağlı məsələlərə toxunulub. Konfrans iştirakçıları bu icmaların dini, mədəni və dil kimliklərini qorumaq, siyasi və konstitusion gələcəkləri barədə mövqelərini sərbəst ifadə etmək hüquqlarının təmin edilməsinin vacibliyini vurğulayıblar.

Bununla yanaşı, Hindistan hökuməti tərəfindən siqh icmasının nümayəndələrinə qarşı ayrı-seçkilik, təzyiq, fundamental azadlıqların məhdudlaşdırılması və transmilli repressiya iddialarının qərəzsiz və hərtərəfli araşdırılmasına çağırış edilib.
 

Konfrans iştirakçıları müraciətdə qaldırılan məsələlərin ABŞ Konqresində müzakirəyə çıxarılmasını xahiş edərək, xüsusilə Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunması istiqamətində beynəlxalq dəstəyin gücləndirilməsinə çağırıblar.


Onlar Konqres üzvlərinin bu məsələlərlə bağlı cavab və dəstəyini gözlədiklərini bildiriblər.

Xatırladaq ki, Vaşinqtonda Konqres binasında "Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar" mövzusunda beynəlxalq konfrans keçirilib. Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə baş tutan konfrans azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmasına dair ABŞ Konqresində keçirilən ilk belə tədbirdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail - Livan danışıqları nəticəsiz başa çatdı - "Axios"

İsrail - Livan danışıqları nəticəsiz başa çatdı - "Axios"

Real TV-də yeni layihə - Televiziya rəhbərləri açıq müzakirəyə çıxır

Real TV-də yeni layihə - Televiziya rəhbərləri açıq müzakirəyə çıxır

Qusarda fermerlərə dövlət dəstəyi gücləndirilir: İcra başçısından mühüm tapşırıqlar - FOTO

Qusarda fermerlərə dövlət dəstəyi gücləndirilir: İcra başçısından mühüm tapşırıqlar - FOTO

Tramp: “İran mənim istədiyim hər şeylə razılaşır”

Tramp: “İran mənim istədiyim hər şeylə razılaşır”

Vətən müharibəsi qazisi bıçaqlandı - FOTO

Vətən müharibəsi qazisi bıçaqlandı - FOTO

Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”

Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”

“Şəfa” klubunda ilk legioner

“Şəfa” klubunda ilk legioner

Bakının bir sıra küçələri işıqsız qalacaq - SİYAHI

Bakının bir sıra küçələri işıqsız qalacaq - SİYAHI

Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?

Evlənənlərin yarısı boşanır - Problemin həlli yolu nədir?

Dəniz sahilində xəndəklər qazıldı – Məqsəd obyektə müştəri cəlb etməkdir? - VİDEO

Dəniz sahilində xəndəklər qazıldı – Məqsəd obyektə müştəri cəlb etməkdir? - VİDEO

Günün səbəbkarlarını TANIYAQ! - FOTO

Günün səbəbkarlarını TANIYAQ! - FOTO

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə MÜRACİƏT EDİLDİ - FOTO

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə MÜRACİƏT EDİLDİ - FOTO

Çində zooparkda itləri boyayıb pandaya bənzətdilər - FOTO

Çində zooparkda itləri boyayıb pandaya bənzətdilər - FOTO

“Sabah” Rumıniya klubu ilə heç-heçə etdi

“Sabah” Rumıniya klubu ilə heç-heçə etdi

İmtahanda ən yüksək nəticə göstərənlərdən Aysu və Əlinin FOTOSU

İmtahanda ən yüksək nəticə göstərənlərdən Aysu və Əlinin FOTOSU

“Telegram”da YENİLİK: Tam ekranlı mətn redaktoru istifadəyə verildi - FOTO

“Telegram”da YENİLİK: Tam ekranlı mətn redaktoru istifadəyə verildi - FOTO

Qaxda avtomobil 20 metr hündürlükdən dərəyə düşdü - VİDEO

Qaxda avtomobil 20 metr hündürlükdən dərəyə düşdü - VİDEO

Berdıyev Vadjidən imtina etdi

Berdıyev Vadjidən imtina etdi

Məmurların kabinetdə çəkilən kadrlarını - Bütün İraq danışır - FOTO

Məmurların kabinetdə çəkilən kadrlarını - Bütün İraq danışır - FOTO

İran millət vəkilləri oturaq AKSİYAYA hazırlaşır

İran millət vəkilləri oturaq AKSİYAYA hazırlaşır

Belarusu hədələyən Zelenskidən bəyanat: “Təhlükə dayandı”

Belarusu hədələyən Zelenskidən bəyanat: “Təhlükə dayandı”

Kuyt yenidən “Fənərbağça”da

Kuyt yenidən “Fənərbağça”da

Çimərliyə gedənlər üçün PROQNOZ

Çimərliyə gedənlər üçün PROQNOZ

Əməkdar artist itini axtarır

Əməkdar artist itini axtarır

End of content

No more pages to load

RADİO