Fransız zülmü üçün SONUN BAŞLANĞICI – Azadlıq uğrunda savaşan əlcəzairlilərə necə DİVAN TUTULDU?

70 il bundan əvvəl, 1954-cü ilin 1 noyabr tarixində Əlcəzair xalqı 150 ilə yaxın davam edən Fransa müstəmləkəçiliyinə qarşı mübarizəyə qalxdı. 8 il davam edən azadlıq mübarizəsinin sonunda, 1962-ci ilin martında Fransa Evian sazişini imzalaladı və Əlcəzairin müstəqilliyini tanımalı oldu. 1962-ci ilin sentyabrında isə Əlcəzair Xalq Demokratik Respublikası elan edildi.

Müstəqilliyə gedən 132 illik çətin yol

Əlcəzair xalqı azadlığa qovuşmaq üçün uzun illər mübarizə aparıb. Bu mübarizədə milyonlarla şəhid verib. Təkcə son mərhələdə - 1954-1962-ci illərdə azadlıq uğurunda mübarizədə 1,5 milyon əlcəzairli həyatını itirib.
 

MÖVZU İLƏ BAĞLI:

Fransa kəşfiyyatçılarının sərhədimizdə NƏ İŞİ VAR? – Təxribat planının PƏRDƏARXASI


Fransa Əlcəzairi işğal etdiyi ilk gündən əlcəzairlilərə divan tutmağa başladı. Yerli xalqın ən adi hüquqları belə yox idi. Onlara qul kimi münasibət bəslənilirdi. Ona görə də əlcəzairlilər tez-tez üsyana qalxırdı. Tək bir faktı deyək ki, 1830-cu ildən 1916-cı ilədək Əlcəzairdə 73 dəfə üsyan baş verib. Silahlı mübarizə dövründən sonra 1916-cı ildən 1954-cü ilə qədər siyasi-mədəni mübarizə başladı. Bu mübarizə isə 1954-cü il “Noyabr İnqilabı” ilə nəticələnib.

Təbii ki, Əlcəzair xalqının 132 illik azadlıq mübarizəsində xatırlanacaq onlarla, yüzlərlə lider var. Onlardan bəziləri tarixdə silinməz iz qoymağı bacarıblar.

Əmir Əbdülqadir

Əmir Əbdülqədir XIX əsrin əvvəllərində Fransanın Əlcəzairə müstəmləkə işğalına qarşı mübarizə aparan Əlcəzairli dini və hərbi lider idi. O, İslam alimi və sufi kimi uzun illər Avropanın ən qabaqcıl ordularından birinə qarşı uğurla mübarizə aparan Əlcəzair qəbilələrindən ibarət dəstə yaratdı. Əbdülqadir insan hüquqlarına, xüsusən də xristianlara münasibətdə humanistliyi ilə hər kəsi heyran etmişdi.

Dəməşqin xristian icmasının 1860-cı ildə qırğından xilas edilməsində onun mühüm müdaxiləsi dünyanın hər yerindən təqdir edildi. Hətta bu hadisədən sonra onun adına beynəlxalq mükafatlar təsis edildi. Əlcəzair daxilində isə o, fransız müstəmləkəçiliyinin yayılmasına müqavimət göstərmək üçün bir çox ərəb və bərbər qəbilələrini birləşdirə bildi.

Əmir Əbdülqadir dövlət xadimi olmaqla yanaşı, böyük hərbi lider, görkəmli şair, filosof və böyük humanist idi.

Əhməd bəy ben Məhəmməd Şerif

Əhməd bəy və ya Hacı Əhməd bəy 1826-1848-ci illərdə Əlcəzair regentliyində Konstantinin sonuncu bəyi idi. O, dövlət başçısı kimi yerli əhalinin fransız işğalçı qüvvələrinə qarşı şiddətli müqavimətinə rəhbərlik edib. 1833-cü ildə Əlcəzairin lideri titulunu qəbul edib və sürgün olunub. Əhməd bəy 1848-ci ilə qədər ona sadiq olan qəbilələrlə birgə fransızlara qarşı döyüşüb.

Əmir Xalid

Birinci Dünya müharibəsi dövründə, daha dəqiq 1916-cı ildə Əmir Əbdülqadirin nəvəsi Əmir Xalid Əlcəzairdə siyasi mübarizəyə başladı. Əmr Xalid əhali arasında maarifləndirmə işi aparan və Əlcəzairin müstəqilliyini bərpa etmək üçün təşəbbüs irəli sürən şəxslərdən biridir.

Fransız hökuməti 1922-ci ildən ona Əlcəzairdə yaşamağa qadağan etdi. O, siyasi mübarizəsini Fransada davam etdirdi. Əmir Xalid, Fransada müqavimət quruluşunu yaratmağa hazırlaşırdı. Təəssüf ki, o, çox gənc yaşda həyatını itirdi. Lakin onun davamçıları Messali El Hadjın rəhbərliyi altında 1924-cü ildə "Şimali Afrika Ulduzları"nı yaradaraq siyasi mübarizəni davam etdirdilər.

İşğalçılar Əlcəzairdə seqreqasiya siyasəti yürüdürdülər.

Əlcəzairlər ikinci sinif təbəqə hesab edilirdi. Ərəb dilində təhsil qadağan edilmişdi, fransızlaşdırma siyasəti həyata keçirildi. 1924-1954-cü illər müqavimət hərəkatının siyasi mübarizə dövrü hesab edilir. 1936-cı ildə Əlcəzairin müstəqilliyi uğrunda mübarizə aparan Messali El Hadj tərəfindən "Əlcəzair Xalq Partiyası" quruldu.

İkinci Dünya müharibəsi başlayanda, Fransız hökuməti Əlcəzairin millətçi hərəkatının rəhbərlərinə söz vermişdi ki, əgər əlcəzairli gənclər müttəfiqlərin sıralarına qoşulmağa, nasist qoşunlarına və faşistlərə qarşı mübarizə aparmağa razı olsalar və müharibədə qalib gəlsələr, Əlcəzair müstəqilliyinə qovuşa bilər. Beləliklə Fransanın müqavimət ordusuna yarım milyondan çox əlcəzairli qatılır.  

Fransa vədinə əməl etmədi

Ancaq müharibədən sonra Fransa əlcəzairliləri tarixdə unudulmaz iz buraxan qırğınlara layiq gördü. Dünya müharibəsi başa çatdıqdan bir neçə gün sonra Setif, Guelma və Xrata şəhərlərində 45 mindən çox insan qətlə yetirildi.

Qeyd edək ki, 132 illik işğal dönəmində Fransa Əlcəzairdə "yandırılmış torpaq" siyasəti həyata keçirib. Bu siyasət nəticəsində Əlcəzair əhalisi qətlə yetirilib, torpaqları yandırılıb və hətta ev heyvanları da öldürülüb.

Fransa 130 il ərzində Əlcəzairi yalnız istismar etməyib, həm də bu ölkəni hərbi poliqona çevirib. Təkcə, 1960-1966-cı illərdə Əlcəzairin Böyük Səhrada payına düşən Reqqan və İn Ekker adlı ərazilərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilib. Onlardan da 11-i yeraltı sınaqlar olub. Fransa aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri bu günədək Əlcəzair tərəfinə təqdim etmir.
 

Eyni zamanda Fransa həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və müvafiq kompensasiyanın verilməsi məsələsindən də boyun qaçırır.


Bundan başqa işğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən bu günədək imtina edir. Nəticədə, Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin siyahısında ön sıralardan birini tutur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

End of content

No more pages to load

RADİO