Dünyanın ən bahalı yaxtalarının qiymətləri açıqlanıb.
Bizim.Media xəbər verir ki, siyahıda milyarderlər və tanınmış şəxslərlə əlaqələndirilən, dəyəri yüz milyonlarla dollarla ölçülən yaxtalar yer alıb.
Siyahıda Roman Abramoviçlə əlaqələndirilən “Eclipse” yaxtasının dəyəri 700 milyon dollar göstərilib. Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın “Serene” yaxtası 550 milyon dollar, Sergey Brinin “Dragonfly”nın isə 450 milyon dollar qiyməti var.
Ceff Bezosun üç dirəkli yelkənli yaxtası “Koru”nun təxmini dəyəri 500 milyon dollar təşkil edir. Usmanov ailəsinin trastı ilə əlaqələndirilən “Dilbar”ın isə 800 milyon dollar olduğu qeyd olunub.
Siyahıda həmçinin Stiven Spilberqin “Seven Seas” yaxtası 250 milyon dollar, “Azzam” 605 milyon dollar, Devid Cefenin “Rising Sun” yaxtası 590 milyon dollar və Qeyb Nyuellin “Leviathan”ı 500 milyon dollar qiymətləndirilib.
Sonuncu yaxta isə Rusiya Prezidenti Vladimir Putinə aid olduğu deyilən “Scheherazade”dir. Yaxtanın təxmini dəyərinin 700 milyon dollar olduğu bildirilib. (axsam.az)










Bizim.Media