Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib ki, Ermənistanın indiki rəhbərliyinin seçdiyi xarici siyasət kursu respublikanı müsbət nəticələrə gətirib çıxarmayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi yazıb.
Onun fikrincə, ölkə üçün ən təhlükəli ssenari onun «yeni Ukrayna»ya çevrilməsi ola bilər.
«İndiki erməni rəhbərliyi inkişaf vektorunu dəyişdi. Mən əminəm ki, bu, heç də bir yaxşı nəticəyə gətirib çıxarmayacaq. Ermənistanda baş verə biləcək ən dəhşətli şey, onun yeni Ukraynaya çevrilməsidir», — deyə Medvedev İran İslam Respublikasının Dövlət Radioteleviziyasına müsahibəsində bildirib.
Bizim.Media