Ötən gündən torpaq sürüşməsi ucbatından yenidən bağlanmış Quba-Xınalıq yolu hələ də açılmayıb.
Bizim.Media xəbər verir ki, güclü sürüşmənin qeydə alındığı 30-cu kilometrlik hissədən həm Quba, həm də əks istiqamətə nəqliyyat vasitələrinin hərəkəti tam dayanıb. Xınalıq daxil olmaqla, 9 kəndin yolu bağlıdır.
Məlumata görə, hazırda ərazinin təmizlənib açılması üçün ağır texnika cəlb olunacaq və hərəkətin bərpa olunması istiqamətində operativ işlərə başlanılacaq.
Hazırda Quba 5 saylı yol istismar idarəsinin əməkdaşları sürüşmə yerindədir və texnikanın əraziyə çatmasını gözləyirlər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu