Ceyhun Bayramov: Ermənistanla sülh sazişi danışıqlarında ciddi irəliləyiş var

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə telefon danışığında onu Ermənistanla sülh prosesi barədə məlumatlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq gündəliyi, habelə mövcud regional vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub.

Qeyd edilib ki, tərəflər Azərbaycanla Birləşmiş Krallıq arasında xüsusilə energetika, təhsil, qarşılıqlı investisiyalar və digər sahələrdə əməkdaşlıqdan məmnunluq ifadə edərək, iki ölkə arasında son vaxtlar siyasi dialoqun intensivləşməsinin, qarşılıqlı səfərlərin, eləcə də hökumətlərarası əməkdaşlıq komissiyalarının işinin bərpasının yeni sahələr üzrə əməkdaşlığın inkişafına təkan verəcəyi bildiriliblər.
 

Ceyhun Bayramov müqabil tərəfi Azərbaycanın bölgədə dayanıqlı sülhün təsis edilməsi üzrə baxışları, bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla sülh prosesi barədə ətraflı məlumatlandırıb. Azərbaycan tərəfinin təşəbbüskarı olduğu sülh sazişi üzrə danışıqlar prosesində ciddi proqresin olduğu, ümumilikdə layihənin razılaşdırılması üzrə iş aparıldığı, eyni zamanda Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının prosesdə əsas maneə təşkil etdiyi diqqətə çatdırılıb.

 

Söhbət zamanı, iki ölkə arasında alternativ enerji sahəsində əməkdaşlığın müxtəlif istiqamətləri, SOCAR və BP arasında günəş enerjisinin istehsalı üzrə aparılan işlər, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) hazırlıq məsələləri müzakirə olunub.

Telefon danışığı çərçivəsində həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

End of content

No more pages to load

RADİO