Tural Abbaslı partiya sədrliyindən istefa verəcək? – Özündən AÇIQLAMA

Məlum olduğu kimi, parlament seçkilərindən sonra REAL Partiyasının sədri İlqar Məmmədov tutuduğu postdan istefa verib. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə rəhbərlik etdiyi partiyanın fəaliyyətinin dayandırıla biləcəyini bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Tural Abbaslı barədə QƏRAR VERİLDİ


Son günlər isə seçkilərə 18 namizədlə qatılmasına baxmayaraq, mandat qazana bilməyən Ağ Partiyanın rəhbəri Tural Abbaslının başqanlıqdan gedəcəyi ilə bağlı iddialar səsləndirilir

“Seçkinin nəticələrini özümüz üçün uğursuzluq kimi qiymətləndirmirik”

Bizim.Media deyilənlərin nə dərəcədə doğru olduğu, seçkidə uğur qazana bilməmələrinin səbəbi və partiyadakı istefalarla bağlı sualları Ağ Partiyanın rəhbəri Tural Abbaslıya ünvanlayıb.

O, partiyasının parlament seçkilərində mandat qazana bilməməsini uğursuzluq saymadığını qeyd edib:

“Çünki biz həm seçkidən öncə, həm seçki müddətində, həm də  seçkidən sonra partiyanın rəhbərliyi olaraq müxtəlif dönəmləri analiz edirdik, dəyərləndirirdik. İstər təbliğat-təşviqat, istər imzatoplama kampaniyasını, seçki gününü, müşahidəni, nəticələri analiz eləmişik. Azərbaycan reallıqlarını bilən bir partiyayıq. Bu baxımdan biz bunu uğursuzluq kimi qiymətləndirmirik”.

Abbaslının fikrincə, Ağ Partiya bu seçkilərdən daha güclü çıxıb:

“Ağ Partiya seçkilərdə namizəd sayına görə Azərbaycanda ikinci ən çox namizəd irəli sürən partiya idi. Parlamentə düşməyən partiyalar arasında ən çox səs toplayan ikinci partiyadır. Eyni zamanda əgər namizəd sayına bölsək, görərik ki, bəlkə də parlament partiyası olmayan və ən çox səs yığan da məhz Ağ Partiyadır. Mən bu məsələni uğur kimi qiymətləndirirəm.

Ağ Partiyanın ilkin hədəfi seçki prosesindən gücümüzü artıraraq çıxmaq idi. Mənə belə gəlir ki, bu nəticə əldə olundu. Onu da nəzərə alaq ki, hazırda "Siyasi partiyalar haqqında" yeni qanuna görə, parlamentdən kənarda qalan partiyaların da maliyyələşməsi məsələsi var. Düzdür, simvolik rəqəmlər də olsa, yenə də ən çox maliyyələşən birinci və ya ikinci partiya biz olacağıq.

Bu da bir uğur kimi qiymətləndirilə bilər.

Başqa şərtlər olsaydı, mən əminəm ki, Ağ Partiyanın 18 namizədindən ən azı 9, ya 10 -u rahat şəkildə parlamentdə təmsil oluna bilərdi”.

“Digər partiyalar özləri bilər”.

İstefa məsələsinə gəlincə, Ağ Partiya rəhbəri deyib ki, bu haqda düşünmür:

“Partiyadan xüsusi istefa verənlər olmayıb. Nə İdarə Heyətindən, nə Mərkəzi Aparatdan, nə də Partiya Məclisindən. Sıravi üzvlərlə bağlı bir söz deyə bilmərəm, çünki 10 mindən artıq üzvümüz var. Rayonlarda kimsə partiyadan gedə, yaxud gələ bilər. O barədə məndə ətraflı məlumat yoxdur. Mən bilən, heç kim məhz seçkiyə görə istefa verməyib.

Düşünürəm ki, nəinki mən istefa verəcəm,  Ağ Partiya zəifləyəcək, əksinə, yaxın 25-30 ildə partiya əsas siyasi qüvvələrdən biri olacaq. Digər partiyalar isə özləri bilər, hansınınsa sədri istefa verir, kimsə partiyanın fəaliyyətini dayandırmaq haqqında düşünür, özləri bilərlər. Bu onların qoyduqları hədəf və o hədəfə çatıb-çatmamaqla bağlıdır.

Amma biz bu nəticəyə gəlmişik ki, Ağ Partiya prosesdən kifayət qədər güclənərək çıxıb. Ona görə qətiyyən nə istefa vermək, nə kiminsə getməsi, kiminsə gəlməsi barədə müzakirələr aparılmır”.

Nilay Nurəli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Medvedevdən Ermənistana XƏBƏRDARLIQ: “Yeni Ukrayna”ya çevriləcək

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Xırdalanda gecə saatlarında BƏDBƏXT HADİSƏ - Ölən var

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Millətlər Liqasında 4-cü tur start götürür: Günün oyun cədvəli

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Radarlardan itən təyyarənin qalıqları tapıldı: Sərnişinlərin axtarışı davam edir

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Şimali Koreyanın hipersəs raketi 1000 kilometr məsafədəki HƏDƏFİ VURDU

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bu ölkədə 5,9 bal gücündə ZƏLZƏLƏ oldu

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bakıda dünya çempionatına start verilir - 4 cüdoçumuz mübarizəyə başlayır

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

End of content

No more pages to load

RADİO