Cənubi Qafqaz müstəqilliyi, Ermənistan yalnızlığı SEÇDİ – Bu da SON...

Xəbər verdiyimiz kimi oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri baş tutub. Mərkəzi Seçki Komissiyası artıq parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. Məlumata görə, “Gürcü arzusu – Demokratik Gürcüstan” Partiyası 53,93 faiz səs (1 milyon 118 min 796 səs) toplayıb.

İkinci yerdə 11,03 faiz səslə (228 821 səs) “Dəyişiklik Koalisiyası - Qvaramiya, Melia, Girçi, Droa” qərarlaşıb. “Birlik – Milli hərəkat” 10,16 faizlə (210 787 səs) üçüncü, "Güclü Gürcüstan - Lelo, Xalq üçün, Azadlıq naminə” 8,81 faizlə (182 839 səs) dördüncü, “Gürcüstan naminə Qaxariya” Partiyası isə 7,77 faizlə (161,215 səs) beşinci yerdə qərarlaşıb.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstan Prezidenti seçkilərdən sonra əhalini etirazlara çağırdı


İqtidarla müxalifət qarşı-qarşıya

Gürcüstanın Baş nazir İrakli Kobaxidze bildirib ki, Gürcüstan hökuməti müxalifətin etirazlarına baxmayaraq təsdiqlənəcək. O vurğulayıb ki, müxalifət partiyaları yeni çağırış parlamentinin ilk iclasının işinə mane ola bilməyəcəklər.

Lakin prezident Salome Zurabişvili seçkilərin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” Partiyasının qələbəsi ilə nəticələnməsinin total saxtakarlıq olduğunu açıqlayıb:

“Ölkədə qalan yeganə müstəqil qurumun rəhbəri kimi demək istəyirəm ki, mən bu seçkiləri tanımıram. Biz çox qeyri-adi bir şeyin şahidi olduq. Bu, total saxtakarlıq, sizin səslərinizin total oğurlanması, seçkiləri saxtalaşdırmaq üçün bu və ya digər ölkələrdə gördüyümüz bütün vasitələrdən istifadə edilməsi idi".

Gürcüstan Prezidenti ölkə sakinlərini bazar ertəsi Tbilisidə parlament binası qarşısında parlament seçkilərinin nəticələrinə etiraz etməyə çağırıb:

“Sabah axşam saat 7-də (Bakı vaxtı ilə saat 19:00-red) hamınızı Rustaveli prospektinə dəvət etmək istəyirəm ki, biz birlikdə dünyaya və özümüzə bu seçkiləri tanımadığımızı bəyan edək”.

Bu da onu göstərir ki, Gürcüstanı qarışdırmaq istəyən qüvvələr artıq hərəkətə keçib. Məğlubiyyətlə barışmaq istəməyən bəzi qüvvələr xarici havadarların dəstəyi ilə ölkədə qarışıqlıq yaratmaq istəyir.

Gürcüstan nə qazandı?

Bu tip təxribatçı çağırışlara rəğmən Gürcüstan hakimiyyəti etibarlı əllərdədir. Hansı ki, həmin sağlam qüvvələr bu seçkilərdə seçicilərin 54 faizinin etimadını qazanıb. Bu isə o deməkdir ki, nəhayət, 30 ildən sonra gürcü arzusu reallığa çevriləcək. Yaxın zamanlarda Gürcüstanın suverenliyi və ərazi bütövlüyü də bərpa oluna bilər.

Nəzərə alaq ki, Gürcüstan son zamanlar Qərbə inteqrasiyadan daha çox mehriban qonşuluğa və regional əlaqələrin dirçəldilməsinə xüsusi önəm verir. Təbii ki, rəsmi Tbilisinin bu mövqeyi Rusiyanın da maraqlarına uyğun gəldiyi üçün rəsmi Moskva Abxaziya və Cənubi Osetiya məsələsinə yenidən baxmaq imkanlarından danışır.

Bu isə Gürcüstan üçün ən optimal və ideal variantdır. Ona görə də Gürcüstan hakimiyyəti nəzərlərini Qərbdən çəkib regiona yönəldir. Bunun da müsbət nəticələrini zamanla görəcəyik.

Qərb və müttəfiqi Ermənistanın məyusluğu

Gürcüstanda Qərbyönümlü qüvvələrin məğlubiyyəti ABŞ və Avropanın bir çox dövlətlərində məyusluqla qarşılanıb. Qərbin məğlubiyyəti regiondakı müttəfiqlərinin davranışlarından da aydın hiss olunur. Məsələn, Nikol Paşinyanın Gürcüstan Baş nazirinə ünvanladığı təbrik məktubu çox mətləblərdən xəbər verir. Belə ki, Nikol sadəcə siyasi etiket xatirinə təbrik məktubu yazmaqla kifayətlənib.

Ancaq diplomatik etiket normalarına da sonuna qədər əməl etməyib. Çünki adətən dövlət başçıları həmkarlarına seçkilərdə qələbə münasibətilə təbrik məktubu ünvanlayanda onları ölkələrinə də dəvət edirlər. Ancaq Paşinyan nədənsə bu qaydanı “unudub”. Bu unutqanlığın əsas səbəbi isə nəticələrdən doğan məyusluqdur. Heç kimə sirr deyil ki, Qərbin adamı olan Paşinyan özü ilə eyni məzhəbə qulluq edən gürcü müxalifətinin qələbəsini arzulayırdı. Ancaq onun bu arzuları puç oldu.

Qərb məğlubiyyətlə barışmaq istəməyəcək

Onlar hər vəchlə Gürcüstanda növbəti dəfə rəngli inqilab törətməyə çalışacaq. Qeyd edək ki, Qərb 2004-cü ildə Gürcüstanda anoloji layihəni həyata keçirə bilmişdi. O zaman Qərbə bağlı olan Mixael Saakaşvili hakimiyyətə gətirilmişdi. Onun qarşısına qoyulan ilk vəzifə isə Rusiyaya hərbi cəbhə açmaq idi. Bir qədər gec olsa da, Saakaşvili bunu etdi. 2008-ci ildə Qərbə inanan rəsmi Tbilisi Moskvaya qarşı müharibə elan elədi. Amma bu müharibə cəmi 2 həftə çəkdi və Gürcüstan torpaqlarının 20 faizinin işğalı ilə nəticələndi.

Amma o zaman nə ABŞ, nə Aİ, nə də NATO Gürcüstanın harayına yetişmədi. Sadəcə hadisələri kənardan müşahidə etdi. Onların yeganə cəhd elədiyi məsələ Gürcüstanla Rusiya arasında başlanan müharibəni uzatmaq oldu. Lakin köməksiz, zəif Gürcüstan Rusiya qarşısında heç bir ay tab gətirə bilmədi.

Ümumiyyətlə, tarix göstərir ki, ABŞ və bəzi ölkələr postsovet ölkələrindən hər zaman siyasi alət kimi istifadə edib və bu siyasət bu gün də davam edir. Qərb bu gün hansısa postsovet ölkəsində sosial-iqtisadi problemləri belə birbaşa Rusiya ilə bağlamaq istəyir.

Nələr proqnozlaşdırılır?

Ehtimal ki, Qərbin pul kisəsindən asılı olan bəzi qüvvələr səsvermə məntəqələrində olduğu kimi meydan hərəkatında da “Gürcü arzusu”na məğlub olacaq. Bu isə təkcə Gürcüstandakı bəzi qüvvələrin yox, bütövlükdə Qərbin regiondakı məğlubiyyəti olacaq.

Azərbaycandan sonra Gürcüstan da öz milli və dövlət maraqlarına uyğun addımlar atacaq. Nəticədə, Qərb Cənubi Qafqazdakı əsas dayağını itirmiş olacaq. Nəzərə alaq ki, Qərbin bütün fondlarının, missioner təşkilatlarının Gürcüstanda dayaq məntəqələri var. Bu məntəqələr həm də regional əhəmiyyət daşıyır. Qərb Gürcüstandakı qrupların dəstəyi ilə Cənubi Qafqazda və ətraf bölgələrdə təxribatçı planlar həyata keçirir.

Amma görünən odur ki, “Gürcü arzusu”nun qələbəsindən sonra həmin qüvvələri yaxşı heç nə gözləmir. Bu da o deməkdir ki, Azərbaycandan sonra Qərb Gürcüstandakı dayaqlarını itirəcək. Bununla da Cənubi Qafqazda güc balansı Qərbin əleyhinə dəyişəcək.


Gürcüstandakı məğlubiyyət hətta Qərbin Ermənistandakı planlarını belə poza bilər. Çünki Qərbi Ermənistanla bağlayan yeganə quru yol Gürcüstan üzərindən keçir. Bu proses hətta Qərbin biabırçı şəkildə Ermənistandan qaçması ilə də nəticələnə bilər...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

NATO-dan İrana sərt xəbərdarlıq: Avropanı vursa...

NATO-dan İrana sərt xəbərdarlıq: Avropanı vursa...

Ukraynanın paytaxtı Lvova köçürülə bilər

Ukraynanın paytaxtı Lvova köçürülə bilər

Naxçıvanda avtomobil iki motosikletlə toqquşdu - FOTO

Naxçıvanda avtomobil iki motosikletlə toqquşdu - FOTO

Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü

Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü

Azərbaycan həndbolunu "Kür" təmsil edəcək

Azərbaycan həndbolunu "Kür" təmsil edəcək

RONALDO Corcina ilə tanışlığından danışdı

RONALDO Corcina ilə tanışlığından danışdı

Fərhad Ələkbərov müdir təyin olundu

Fərhad Ələkbərov müdir təyin olundu

Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO

Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO

Makron "yardımlı ölüm" qanununu təsdiqlədi

Makron "yardımlı ölüm" qanununu təsdiqlədi

Tovuzda qəza: Xəsarət alanlar var

Tovuzda qəza: Xəsarət alanlar var

Bakıda kabab evində at DNT-si aşkarlandı - FOTO

Bakıda kabab evində at DNT-si aşkarlandı - FOTO

68 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olundu - FOTO

68 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olundu - FOTO

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstəyini davam etdirir - FOTO

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstəyini davam etdirir - FOTO

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda GÖNDƏRİLDİ

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda GÖNDƏRİLDİ

Pakistan hökuməti İmran Xanla bağlı qərara etiraz etdi

Pakistan hökuməti İmran Xanla bağlı qərara etiraz etdi

Rusiya Gürcüstandan kartof idxalını dayandırdı

Rusiya Gürcüstandan kartof idxalını dayandırdı

İxtisas seçiminin nəticələri nə vaxt AÇIQLANACAQ?

İxtisas seçiminin nəticələri nə vaxt AÇIQLANACAQ?

Bu il məktəbli yarmarkaları təşkil ediləcək? - Rəsmi AÇIQLAMA

Bu il məktəbli yarmarkaları təşkil ediləcək? - Rəsmi AÇIQLAMA

Türkiyədə tanınmış din xadimi və həyat yoldaşı saxlanıldı- Fotolar

Türkiyədə tanınmış din xadimi və həyat yoldaşı saxlanıldı- Fotolar

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir - FOTO

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir - FOTO

Bu toyuq kəsim müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı – FOTO

Bu toyuq kəsim müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı – FOTO

Rusiya əhalisi pullarını kütləvi şəkildə banklardan çəkir – Likvidlik böhranı başlayıb

Rusiya əhalisi pullarını kütləvi şəkildə banklardan çəkir – Likvidlik böhranı başlayıb

Naxçıvan DOST Mərkəzindən 300 vətəndaş faydalandı

Naxçıvan DOST Mərkəzindən 300 vətəndaş faydalandı

Tarixin izindən gələcəyə – Yuşenkonun Bakı səfərinin SİMVOLİK MESAJI – VİDEO

Tarixin izindən gələcəyə – Yuşenkonun Bakı səfərinin SİMVOLİK MESAJI – VİDEO

End of content

No more pages to load

RADİO