Prezident Cəbrayılda yeni zavodun təməlqoyma MƏRASİMİNDƏ - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak ediblər.

Bizim.Media xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına və birinci xanıma sənaye parkında görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır.

Bu baxımdan yeni dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin - sənaye zonalarının (sənaye parkları və məhəllələri) yaradılması və fəaliyyətinin genişləndirilməsi xüsusi önəm kəsb edir.

İşğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, yeni əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin artan potensialı Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları və s. azad edilmiş ərazilərimizə investorların marağını artırır. Cəbrayıl rayonunun Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir.

Dövlətimizin başçısının 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sənaye Parkının əsas fəaliyyət istiqaməti kimi Parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır.

Ərazisi 200 hektar olan sənaye parkı logistik imkanlar baxımından çox əlverişli ərazidə təşkil olunub ki, bu da sahibkarların diqqətini cəlb edən əsas məqamlardan biridir. Belə ki, bu Sənaye Parkı yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir.

Sənaye parkının hazırda 13 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq Parka 133,8 milyon manat investisiyanın yatırılması, 2 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bu günədək rezidentlər tərəfindən Sənaye Parkına 20 milyon manatdan artıq investisiya yatırılıb, 40-dan çox daimi iş yeri yaradılıb.

Rezidentlər tərəfindən sənaye parkında fibrobeton və polistirolbeton blokların, quru inşaat qatqılarının, tamet daşların, müxtəlif çeşiddə yapışqan lentlərin, ayaqqabıların, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhlulların və digər məhsulların istehsalı, 40 otaqlı otelin və 100 nəfərlik restoranın tikintisi həyata keçiriləcək, logistik mərkəz inşa olunacaq.

Hazırda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında bir müəssisə fəaliyyət göstərir. Müəssisədə kənd təsərrüfatı texnikalarına, yük maşınlarına texniki servis xidməti göstərilir.

Sonra dövlətimizin başçısı və birinci xanım sənaye parkında “Karabakh Stone” MMC-nin zavodunun təməlqoyma mərasimində iştirak etdilər.

Məlumat verildi ki, “Karabakh Stone” MMC 2024-cü ilin iyulunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib. Şirkət Sənaye Parkının 3,5 hektar ərazisində yol və müxtəlif sahələrin abadlaşdırılması üçün dekorativ daşlar (tamet daşlar) və səki bordürlərinin istehsalı ilə məşğul olacaq.

İnvestisiya həcmi 7,8 milyon manat olan layihə çərçivəsində 95 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

İstehsal gücü 1 milyon 250 min kvadratmetr təşkil edəcək müəssisədə hazırlanacaq məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək. Türkiyə texnologiyasından istifadə ediləcək müəssisənin 2025-ci ildə fəaliyyətə başlaması planlaşdırılır.

Dövlətimizin başçısı zavodun təməlini qoydu.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

100 illik ev alıb bu hala hala saldılar – FOTO

100 illik ev alıb bu hala hala saldılar – FOTO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

İki cüdoçumuz 1/8 finala yüksəldi

İki cüdoçumuz 1/8 finala yüksəldi

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Prezident mükafatçısı olan gənc mühəndis evləndi - ÖZƏL -FOTO/VİDEO

Prezident mükafatçısı olan gənc mühəndis evləndi - ÖZƏL -FOTO/VİDEO

Atasına “Yaxşıyam, narahat olmayın” dedi, üç gün sonra şəhid oldu – Fərid Məmmədzadənin HƏYAT HEKAYƏSİ – FOTO

Atasına “Yaxşıyam, narahat olmayın” dedi, üç gün sonra şəhid oldu – Fərid Məmmədzadənin HƏYAT HEKAYƏSİ – FOTO

Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?

Əkizlər böyüyüb! İbrahim Tatlısəsin nəvələrinin son halı - FOTO/VİDEO

Əkizlər böyüyüb! İbrahim Tatlısəsin nəvələrinin son halı - FOTO/VİDEO

Moskvadan iki hərbi təyyarə Polşanın üzərindən uçub: Göyərtədə nə olub?

Moskvadan iki hərbi təyyarə Polşanın üzərindən uçub: Göyərtədə nə olub?

Faktiki hava: Bu ərazilərə qar yağıb

Faktiki hava: Bu ərazilərə qar yağıb

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Damı söküb anbardan hər şeyi apardı: Bakıda qeyri-adi OĞURLUQ

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Naxçıvanda Sahbuzun dağlarına qar yağıb - VİDEO

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

Məşhur ukraynalı aktyorlar Kiyevdən getdilər - Səbəbini özləri açıqladı

Robert Fitso Vuçiçin baş nazir vəzifəsinə namizədliyini dəstəklədi

Robert Fitso Vuçiçin baş nazir vəzifəsinə namizədliyini dəstəklədi

Bakıda fərdi ev uçdu: Ölən və yaralanan var - VİDEO

Bakıda fərdi ev uçdu: Ölən və yaralanan var - VİDEO

4 boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb - FOTO

4 boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb - FOTO

Rusiya ordusu Kiyevdə Şimal körpüsünə zərbə endirdi - VİDEO

Rusiya ordusu Kiyevdə Şimal körpüsünə zərbə endirdi - VİDEO

Cəbrayıla köçürülən sakinlərdən 1000-dən çoxu məşğulluq tədbirlərinə cəlb edilib

Cəbrayıla köçürülən sakinlərdən 1000-dən çoxu məşğulluq tədbirlərinə cəlb edilib

Avtomobilin vurduğu 13 yaşlı məktəbli xəstəxanada vəfat etdi

Avtomobilin vurduğu 13 yaşlı məktəbli xəstəxanada vəfat etdi

Erlinq Holand saç düzümünə görə aviaşirkəti məhkəməyə verdi - FOTO

Erlinq Holand saç düzümünə görə aviaşirkəti məhkəməyə verdi - FOTO

End of content

No more pages to load

RADİO