Paşinyanın xəyalındakı “SÜLH” – Danışıqları uzatmaq cəhdi, yoxsa yeni savaşa HAZIRLIQ?

Ermənistan höküməti çirkin manipulyasiyalarından əl çəkmək fikrində deyil. Bu metodla rəsmi İrəvan sülh sazişinin imzalanmasını hər vasitə ilə uzatmağa çalışır. Publika qarşısında isə sülh sazişinin imzalanmasına hazır olduqlarını bildirirlər. 

Amma bu siyasi avantüristlərdən soruşan yoxdur ki, sülh sazişi layihəsinin bütün bəndləri razılaşdırılmayıbsa, o necə imzalana bilər?
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Azərbaycanla diplomatik münasibətlər qurmaq istəyir


Bundan başqa Paşinyan və onun komandası hər dəfə yeni bir iddia irəli sürür və yaxud sülh sazişi layihəsindən hansısa bəndin çıxarılmasını istəyir. Təbii ki, rəsmi İrəvanın belə qeyri-ciddi addımları son nəticədə prosesə zərbə vurur, onun yekunlaşmasını ləngidir.

Təsadüfi deyil ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın xarici işlər nazirinin “sülh sazişi” və kommunikasiyalar ilə bağlı fikirləri ilə əlaqədar yerli medianın suallarına cavabında deyib ki, Ermənistan tərəfi, Azərbaycanın təqdim etdiyi şərhlərə adekvat reaksiya vermək əvəzinə layihədə əks olunması zəruri olan müddəaları çıxarmaqla problemlərə göz yummağa cəhd göstərib:

“Layihə üzrə indiyə qədər bir çox müddəalar, yəni təqribən 80% razılaşdırılsa da, bəzi müddəaların razılaşdırılması hələlik mümkün olmayıb. Ancaq bu o demək deyil ki, Ermənistan tərəfi təklif etdiyi kimi, razılaşdırılmamış müddəaları layihədən çıxarmaqla saziş imzalanmalıdır. Bu məqbul hesab edilə bilməz. Çünki, sülh sazişinin davamlı və uğurlu olması üçün bir sıra istiqamətlərdə iki ölkə arasında problemli məsələlərə layihədə aydınlıq gətirilməlidir”.

Saziş xatirinə saziş?!

Ermənistan höküməti özünü elə göstərir ki, guya sülh sazişinin ən qısa zamanda bağlanması üçün  lazım olan hər şeyi edirlər. Hətta prosesin uzanmaması üçün bəzi sualları sülh sazişi layihəsindən çıxarılmasını da mümkün hesab edirlər.

Görünür, rəsmi İrəvan sülh sazişi layihəsini ciddiyə almır. Ona görə də onu gərəksiz kağız kimi tezliklə imzalamağa çalışırlar. Bəlkə də düşünürlər ki, elə sülh sazişi imzalamaq lazımdır ki, sonradan onu pozmaq üçün müəyyən əsaslar olsun. 

Azərbaycansa layihədəki bütün bəndlərə hörmət və həssaslıqla yanaşır. Çünki bu sənəd iki ölkə arasında yeni səhifə açmalı, iki xalq arasında on illər boyu davam edən düşmənçiliyi sonlandırmalıdır. Ona görə də Azərbaycan iki ölkə arasında hər hansı bir məsələnin açıq qalmasını istəmir. Təsadüfi deyil ki, layihə hazırlanarkən sazişə daxil edilmiş 16 bəndin icrasına hər iki tərəf ilkin razılıq verib. Lakin Paşinyan hökuməti layihədəki bəzi bəndlərinin icrasından boyun qaçırır. 

Sülh sazişi, yoxsa niyyət protokulu?

Məsələn Nikol Paşinyan İrəvan Dialoq Forumunda bu günkü çıxışı zamanı deyib ki, Bakı ilə artıq razılaşdırılmış sülh müqaviləsinin müddəaları imzalanmalıdır.

Paşinyan qeyd edib ki, sənəddə Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasına dair müddəa da var:

"16 müddəadan qalan 3-ü isə qismən razılaşdırılıb. Onların hər biri iki cümlədən ibarətdir. Nəticədə bizim əlimizdə təsdiq edilmiş sənəd olacaq. Bu, imkan yaradacaq ki, ona uyğun işimizi davam etdirək”.

Göründüyü kimi Paşinyan sülh sazişini hansısa niyyət protokolu ilə eyniləşdirir. 

Bəs, elə idisə sülh sazişinin ilkin layihəsinə zamanında niyə razılıq verirdilər?

Təbii ki,  bu məsələdə xarici faktor da var. Məlumdur ki, ABŞ, Fransa və bəzi Avropa ölkələri Ermənistanla Azərbaycan arasında davamlı və əbədi sülhün olmasını istəmir. Ona görə də Qərb rəsmi İrəvana təzyiq edir ki, sülh sazişi gündəmdən çıxarılsın. Ən yaxşı halda isə formal bir saziş imzalansın ki, onu da istənilən zaman pozmaq fürsəti qalsın. Ermənistanın hazırda təklif etdiyi saziş də bu ehtimalları özündə ehtiva edir. Məsələn, Ermənistan öz Konstitusiyasına düzəliş etmədən sülh sazişi imzalamaq istəyir. Belə olacağı təqdirdə Ermənistan sonrakı illərdə də Azərbaycana qarşı torpaq iddiasını yenidən irəli sürəcək. 

Yarımçıq saziş Azərbaycana lazım deyil

Paşinyanın təklif etdiyi saziş xatirinə saziş prinsipi təbii ki, Azərbaycan tərəfindən heç zaman qəbul edilməyəcək. Üstəlik, hazırkı status-kvo Azərbaycanı qane edir. Çünki öz ərazi bütövlüyünü və suveren hüquqlarını təmin edən Azərbaycanın daha böyük hədəfləri var. 

Bu gün Ermənistanın “marionetka” liderlərinin sərsəmləmələri Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Belə vəziyyətdə isə Paşinyan iqtidarının qarşısında yeganə yol qalır. O da sülh sazişi layihəsinin bütün 16 bəndinin hər birinə əməl etmək. Əks təqdirdə Ermənistan növbəti dəfə “Dəmir yumruq”la üz-üzə qalacaq.

Surxay Atakişiyev, Bizim.Media

    
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Lamin Yamal unikal nəticəyə imza atdı

Lamin Yamal unikal nəticəyə imza atdı

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçdü

Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçdü

Ayxan Abbasov: "Rəqib baş məşqçinin narazılığını başa düşürəm, o da nəsə deməlidir”

Ayxan Abbasov: "Rəqib baş məşqçinin narazılığını başa düşürəm, o da nəsə deməlidir”

Norveç sahillərində üç gəmi toqquşdu

Norveç sahillərində üç gəmi toqquşdu

Litva yığmasının baş məşqçisi: "Azərbaycan millisi yaxşı oyun göstərdi"

Litva yığmasının baş məşqçisi: "Azərbaycan millisi yaxşı oyun göstərdi"

Dostlarından Samirəyə ad günü sürprizi - VİDEO

Dostlarından Samirəyə ad günü sürprizi - VİDEO

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

Millimiz Litvanı məğlub etdi - VİDEO

Millimiz Litvanı məğlub etdi - VİDEO

Əhməd Yusifov dünya çempionu oldu! - VİDEO

Əhməd Yusifov dünya çempionu oldu! - VİDEO

Türkiyəli jurnalist: “Qazaxıstan və Özbəkistanda da məktəblilər baş örtüyü geyinmir” - VİDEO

Türkiyəli jurnalist: “Qazaxıstan və Özbəkistanda da məktəblilər baş örtüyü geyinmir” - VİDEO

Gəncədə dönərdən iki nəfər ZƏHƏRLƏNDİ

Gəncədə dönərdən iki nəfər ZƏHƏRLƏNDİ

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı - VİDEO

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı - VİDEO

Ardan Zentürk: “Azərbaycanda hicab qadağası yox, millilik tətbiq edilib” - VİDEO

Ardan Zentürk: “Azərbaycanda hicab qadağası yox, millilik tətbiq edilib” - VİDEO

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

End of content

No more pages to load

RADİO