Bakıda tarixi qərar: Türk dünyasının ortaq əlifbası olacaq

Biz türk dövlətlərini vahid əlifbaya keçirmək üçün buraya toplaşmışıq. Artıq bu məsələyə dair ilk mühüm qərarlar qəbul olunub.

Bizim.Media xəbər verir ki, bu sözləri sentyabrın 10-da Bakıda keçirilən Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclasının ikinci günündə Türk Dilçilik Cəmiyyətinin prezidenti Osman Mert deyib.

“İlk növbədə, əlifbada yalnız semantik, fonemik dəyər daşıyan səslərin təyin edilməsi qərara alındı. Bu, o deməkdir ki, əlifbada yalnız fonemik məna daşıyan səslər öz əksini tapacaq.

İlkin mərhələdə verdiyimiz başqa bir qərar bütün türk dillərində hər bir səsi, hər fonemi mümkün qədər bərabər təyin etmək idi. Bu da bizim prioritet həllərimizdən biridir. Ancaq burada xüsusilə vurğulamaq istəyirəm ki, niyyət ən əsas amildir. Biz özümüzü Bilge Kağan, Bilge Tonyukuk, Oğuz Kağan və Dədə Qorqudun nəslindən hesab ediriksə, deməli, bizim əcdadlarımız, xalqlarımız qarşısında borcumuz var. Hazırda bu məqsədə doğru irəliləyirik və ona mütləq nail olacağıq”, - deyə Osman Mert bildirib.

Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclasının ikinci günündə də fəal müzakirələr aparıldığını qeyd edən Osman Mert əlavə edib: 

“İclasımız davam edir. Hazırda 23-24 hərf üzərində işi başa çatdırmışıq. Bu məsələni uğurlu nəticəyə çatdırmaq üçün eyni səbirlə və öz prinsiplərimiz çərçivəsində müzakirələri davam etdirəcəyik. Ürəkdən inanıram ki, bu görüşdə bir nəticə əldə edə biləcəyik. Bu, xüsusilə Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. 

1926-cı ildə keçirilən birinci Türkoloji Qurultayda əsas vəzifələrdən biri ortaq əlifbanın yaradılması idi və bu, Bakıda baş verdi. Bu gün isə həmin prosesə yekun vuracaq iclas da Azərbaycan paytaxtında keçirilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Braziliyada seçkilər: Hazırkı prezidentlə senator arasında fərq minimuma endi

Lamin Yamal unikal nəticəyə imza atdı

Lamin Yamal unikal nəticəyə imza atdı

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

Cəbrayılda Şəhər Günü hansı tədbirlərlə yadda qaldı? - VİDEO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

315 min il əvvəl insanlar belə görünürdü: Üzləri bərpa edildi - FOTO

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Sabah Ər-Riyadda Məkkə sazişi üzrə strateji komitənin toplantısı keçiriləcək

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Biləsuvarda avtomobil yolun kənarına aşdı: Qadın sərnişin xəsarət aldı

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Əhməd Yusifov: “Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm” - VİDEO

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

Rusiya klubunun qapıçısı İslam İmamov Azərbaycan millisində oynayacaq?

Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçdü

Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçdü

Ayxan Abbasov: "Rəqib baş məşqçinin narazılığını başa düşürəm, o da nəsə deməlidir”

Ayxan Abbasov: "Rəqib baş məşqçinin narazılığını başa düşürəm, o da nəsə deməlidir”

Norveç sahillərində üç gəmi toqquşdu

Norveç sahillərində üç gəmi toqquşdu

Litva yığmasının baş məşqçisi: "Azərbaycan millisi yaxşı oyun göstərdi"

Litva yığmasının baş məşqçisi: "Azərbaycan millisi yaxşı oyun göstərdi"

Dostlarından Samirəyə ad günü sürprizi - VİDEO

Dostlarından Samirəyə ad günü sürprizi - VİDEO

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı 20-yə yüksəldi

“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

“Səssiz tələ” sənədli filmi təqdim olundu - FOTO

Millimiz Litvanı məğlub etdi - VİDEO

Millimiz Litvanı məğlub etdi - VİDEO

Əhməd Yusifov dünya çempionu oldu! - VİDEO

Əhməd Yusifov dünya çempionu oldu! - VİDEO

Türkiyəli jurnalist: “Qazaxıstan və Özbəkistanda da məktəblilər baş örtüyü geyinmir” - VİDEO

Türkiyəli jurnalist: “Qazaxıstan və Özbəkistanda da məktəblilər baş örtüyü geyinmir” - VİDEO

Gəncədə dönərdən iki nəfər ZƏHƏRLƏNDİ

Gəncədə dönərdən iki nəfər ZƏHƏRLƏNDİ

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı - VİDEO

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı - VİDEO

Ardan Zentürk: “Azərbaycanda hicab qadağası yox, millilik tətbiq edilib” - VİDEO

Ardan Zentürk: “Azərbaycanda hicab qadağası yox, millilik tətbiq edilib” - VİDEO

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Lionel Messi Argentina millisində vida oyununa çıxacaq

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Yəməndə husilərə qarşı hərbi əməliyyat başladı

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

Husilər "Saudi Aramco"nun obyektlərinə zərbələr endirdi

End of content

No more pages to load

RADİO