Polad Bülbüloğludan Zatulinlə bağlı Dumaya MƏKTUB

Azərbaycanın Rusiyadakı səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin tərəfindən "Telegram" kanalında hazırda mövcud olmayan qondarma "DQR”-nın “müstəqillik günü" münasibətilə təbrik edən videomüraciətin yayımlanması ilə bağlı məktub göndərib. 

Bizim.Media bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən xəbər verir. 
 

MÖVZU İLƏ BAĞLI:

Zatulindən növbəti SƏRSƏMLƏMƏ – Rus deputatın erməni sevdası yenidən ALOVLANIB...


"Moskva şəhərindəki diplomatik missiyamı başa çatdırarkən, Sizə həm səfir, həm də Azərbaycanın Qarabağ bölgəsinin Şuşa, Ağdam və Xocavənd şəhərləri üzrə Milli Məclisə seçilmiş deputat olaraq müraciət edirəm. 

Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin tərəfindən sentyabrın 2-də “Сияющая звезда” "Telegram" kanalında hazırda mövcud olmayan qondarma "DQR”-nın “müstəqillik günü" münasibətilə təbrik edən videomüraciətə diqqətinizi çəkmək istəyirəm", - məktubda qeyd edilir. 

Bülbüloğlu vurğulayıb ki, təxribatçı müraciətində K.Zatulin guya "Rusiyada biganə qalmayan insanların" adından çıxış edərək, erməni cəmiyyətində revanşist qüvvələrə, separatçılara dəstək verərək, artıq başa çatmış münaqişəni canlandırmağa təhrik edir. 

“Daha da ağırlaşdıran fakt odur ki o, müraciətində separatçı rejimin keçmiş rəhbərləri və digər terrorçulara istinad edir, onların əllərinin günahsız azərbaycanlıların qanına bulaşdığını unutmaq olmaz. Açıq şəkildə, Zatulin Ermənistan tərəfindən "persona non grata" elan edilmiş bir şəxs kimi, Rusiyada geniş yayılmış ekspansionist baxışları və narrativləri təbliğ edir, erməni milliyyətli himayədarlarının siyasi sifarişlərini yerinə yetirir və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təxribatçı fəaliyyət göstərir.

Bu kimi davranışların əvvəllərdə də dəfələrlə həyata keçirildiyini vurğulamaq lazımdır", - məktubda bildirilir. 

Səfir bildirib ki, Azərbaycanın və Rusiyanın arasında möhkəmlənən müttəfiqlik münasibətləri fonunda, xüsusilə Prezident Vladimir Putinin keçən ay Azərbaycana dövlət səfəri zamanı tərəflər yüksək əməkdaşlıq səviyyəsini təsdiqləyiblər, həmçinin, Rusiya dövlət başçısı Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülh, təhlükəsizlik və sabitliyin təmin edilməsinə töhfə vermək istəyini ifadə edib. 

“Bu müsbət fon üzərində ‘Yedinaya Rossiya’ partiyasının üzvü olan bir şəxsin ölkəsinin rəsmi mövqeyinə qarşı çıxması, onun təkcə dövlət başçısının fikrini qəbul etmədiyini deyil, həm də hörmət etmədiyini göstərir.

Bu, heç də təəccüblü deyil, çünki həmin şəxs 2023-cü ilin iyununda verdiyi müsahibədə “Rusiya öz məqsədlərinə nail ola bilməyib” demişdi.

Təəssüf ki, Azərbaycan tərəfinin dəfələrlə Rusiya Federasiyasının rəsmi orqanlarına müraciətinə baxmayaraq, Zatulinin müttəfiqlik münasibətlərini pozan və təxribatçı fəaliyyət göstərən hərəkətlərinə qarşı heç bir təsirli tədbir görülməyib.
 

Bu, Milli Məclisin deputatları və Azərbaycan cəmiyyətində ciddi narahatlıq yaradır, Azərbaycanın Rusiyadakı diaspor təşkilatlarını narahat edir və iki ölkə arasında parlamentlərarası əməkdaşlığa mənfi təsir göstərir. 


Bu səbəbdən, hörmətli Vyaçeslav Viktoroviç, sizdən rəsmi mövqeyə uyğun olaraq prinsipial yanaşma göstərməyinizi və Konstantin Zatulin tərəfindən gələcəkdə bu cür təxribatçı fəaliyyətlərin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyinizi xahiş edirəm", - məktubda qeyd edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu iki ölkə yer üzündən SİLİNƏ BİLƏR

Bu iki ölkə yer üzündən SİLİNƏ BİLƏR

500 nömrəli Bakı-Sumqayıt avtobuslarında kondisioner niyə işləmir? - VİDEO

500 nömrəli Bakı-Sumqayıt avtobuslarında kondisioner niyə işləmir? - VİDEO

“Uzak Şehir”ə vida edən Ferit Kaya yeni serialda - FOTO

“Uzak Şehir”ə vida edən Ferit Kaya yeni serialda - FOTO

İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - PROQNOZ

İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - PROQNOZ

Bağırsağın bir nömrəli düşməni olan ƏT NÖVÜ – Əksəriyyət yeyir

Bağırsağın bir nömrəli düşməni olan ƏT NÖVÜ – Əksəriyyət yeyir

Sakit görünən, amma qəfildən “partlayan” 5 BÜRC

Sakit görünən, amma qəfildən “partlayan” 5 BÜRC

Hakan Fidan: "İsrail bütün dünya üçün problemdir"

Hakan Fidan: "İsrail bütün dünya üçün problemdir"

Rusiyada YDM-lərdə uzun növbələr yarandı – VİDEO

Rusiyada YDM-lərdə uzun növbələr yarandı – VİDEO

Fransanın cənubu alovlar içində: Meşə yanğınları nəzarətdən çıxır

Fransanın cənubu alovlar içində: Meşə yanğınları nəzarətdən çıxır

Leyla Əliyevanın doğum günüdür

Leyla Əliyevanın doğum günüdür

Türkiyə avro ilə sürətli ödəniş sisteminə keçir

Türkiyə avro ilə sürətli ödəniş sisteminə keçir

“İmişli” yeni baş məşqçisini açıqladı

“İmişli” yeni baş məşqçisini açıqladı

İlham Namiq Kamalın oğlu məzun oldu - FOTO

İlham Namiq Kamalın oğlu məzun oldu - FOTO

“Xarici mənbələrdən səhv tərcümə edilib” - Sertifikasiya suallarına etiraz - VİDEO

“Xarici mənbələrdən səhv tərcümə edilib” - Sertifikasiya suallarına etiraz - VİDEO

"Arzum"un həbs olunmasına səbəb olan qəzanın yeni GÖRÜNTÜLƏRİ - VİDEO

"Arzum"un həbs olunmasına səbəb olan qəzanın yeni GÖRÜNTÜLƏRİ - VİDEO

Türkiyədən Dəməşqdəki partlayışla bağlı BƏYANAT

Türkiyədən Dəməşqdəki partlayışla bağlı BƏYANAT

Leandro Andrade “Sabah”a qol vurdu

Leandro Andrade “Sabah”a qol vurdu

Şəkidə Şin çayı hövzəsində 31 metrlik şəlalə qeydə alındı - FOTO

Şəkidə Şin çayı hövzəsində 31 metrlik şəlalə qeydə alındı - FOTO

Çayda batan Muradın FOTOSU

Çayda batan Muradın FOTOSU

Ukraynanın müdafiə naziri 40-a yaxın ölkəyə XAHİŞ MƏKTUBU göndərdi

Ukraynanın müdafiə naziri 40-a yaxın ölkəyə XAHİŞ MƏKTUBU göndərdi

“Neftçi” Rumıniya klubuna uduzdu

“Neftçi” Rumıniya klubuna uduzdu

Qusarın icra başçısı taxıl biçini sahələrinə baxış keçirdi - FOTO

Qusarın icra başçısı taxıl biçini sahələrinə baxış keçirdi - FOTO

Ermənistanda hiss olunan zəlzələ baş verdi

Ermənistanda hiss olunan zəlzələ baş verdi

Ləman Ələşrəfqızının oğurlanan pulları QAYTARILDI

Ləman Ələşrəfqızının oğurlanan pulları QAYTARILDI

End of content

No more pages to load

RADİO