Oktyabrın 24-də Borçalı Cəmiyyəti idarə Heyətinin növbəti iclası keçirilib. İclasda Cəmiyyətin sədri Zəlimxan Məmmədli ötən iclasdan sonra görülən işlər haqda məlumat verdikdən sonra İH üzvləri Q. Məhərrəmli, T.Əliyev və R.Muradlı çıxış ediblər vəxa0 qərarların icra vəziyyəti qənaətbəxş hesab edilib. 3 noyabrda Borçalı Cəmiyyətinin təşəbbüsü ilə keçiriləcək "Saz və dünya musiqisi" adlı klipin təqdimatı üzrə hazırlıqlar müzakirə edildikdən sonra 21 oktyabrda Gürcüstanda yerli özünüidarə orqanlarına keçirilən seçkilər müzakirə edilib.xa0 Seçkilərin sonucu, eləcə də seçki öncəsixa0 durum, özəlliklə Qızılhacılıdakı silahli hucum və onun acı nəticələri haqda Z.Məmmədli məlumat verdikdən sonra iH üzvləri N.Musayev, S. Aşurov, Ə.Ovçiyev, H.Yadigarov çıxış edərək seçkilərlə bağlı fikirlərini paylaşıblar. İclasın sonunda Gürcüstandakı yerli seçkilərlə bağlı Borçalı Cəmiyyətinin açıqlaması qəbul edilib.xa0
"Borçalı Cəmiyyəti”x9dnin Gürcüstanda keçirilən yerli özünüidarə orqanlarına seçkinin nəticəsi ilə bağlı açıqlaması
xa0
xa0
2017-ci il oktyabr ayının 21-də Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilmişdir. Seçkinin gedişi, nəticələri ilə bağlı rəsmi mövqelər bildirilmiş, maraqlı tərəflər iddialarını bəyan etmişdir. Yekun olaraq bu qənaətə gəlmək mümkündür ki, seçkilərin bəzi istisnalar olmaqla dinc, demokratik qaydada keçirilməsi təmin olunmuşdur. Soydaşlarımız da bu seçkilərdə fəal iştirak etmişlər.
“Borçalı Cəmiyyəti”x9dnin İdarə Heyəti seçkilərin nəticələrini azad, ədalətli seçki prosesinin yekunu hesab etməklə bu nəticənin gürcü xalqına, soydaşlarımıza, əhalinin rifah halının yaxşılaşmasına fayda verməsini arzulayır. Eyni zamanda qalib gəlmişxa0 hakim komandanı təbrik edir, seçkidə məğlub olanlara isə gələcəkdə uğurlar arzulayır, seçkinin nəticələrinin Gürcüstanın inkişafına, demokrtaiyanın daha da oturuşmasına fayda verəcəyinə inamını ifadə edir.
“Borçalı Cəmiyyəti”x9d eyni zamanda soydaşlarımızın bu seçkidə siyasi və ictimai fəallığını təqdir etməklə, onları Gürcüstanın daha da qüdrətlənməsi, Azərbaycan - Gürcqstan dostluğunun daha da möhkəmlənməsi naminə gələcək siyasi proseslərdə daha aktiv iştirak etməyə dəvət edir. Unudulmamalıdır ki, vətəndaş fəallığı və təşəbbüskarlıq demokratik dövlət quruculuğunun əsas tələbləridir və soydaşlarımız demokratiyanın verdiyi bu imkandan maksimum bəhrələnərək öz vətəndaş hüquqlarının təmininə,xa0 Gürcüstan dövlətçiliyinin daha da möhkəmlənməsinə xidmət etmiş olarlar".