Ermənistanın törətdiyi vəhşiliklər BMT tribunasında

BMT Təhlükəsizlik Şurasında gündəliyin “Silahlı münaqişədə mülki əhalinin müdafiəsi” bəndi üzrə “Mülki əhalinin salamat qalması üçün zəruri obyektlərin müdafiəsi” mövzusunda virtual açıq debatlar keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev debatlarda məruzə ilə çıxış edib.

Azərbaycanlı diplomat öz bəyanatında qeyd edib ki, mülki şəxslərin birbaşa hücumlardan və müəyyən hədəflər seçilməyən həmlələrdən qorunması beynəlxalq humanitar hüquq rejiminin əsas məqsədlərindən biridir və bu məqsədə xələl gətirən hərəkətlər barəsində çoxsaylı qadağalar mövcuddur.

Bu rejimin əsasını fərqləndirmə prinsipi təşkil edir. Y.Əliyev qeyd edib ki, mülki şəxslər barəsində görülən müdafiə tədbirləri mülki obyektlərə də tətbiq edilməlidir.

Onun sözlərinə görə, Azərbaycan münaqişənin dağıdıcı nəticələrindən ciddi zərər çəkmiş ölkələrdən biridir. Məlum olduğu kimi, Ermənistanın Azərbaycana qarşı 1990-cı illərin əvvəlində başladığı tammiqyaslı müharibə nəticəsində Azərbaycan ərazisinin xeyli hissəsi zəbt edilib və təxminən otuz il ərzində işğal altında qalıb.

Bu münaqişə müddətində mülki əhaliyə qarşı yönəlmiş, mülki şəxslərə və mülki obyektlərə qeyri-mütənasib dərəcədə zərər vurmuş hücumlar barəsində qadağalar Ermənistan tərəfindən dəfələrlə pozulub.

Diplomat qeyd edib ki, 2015-ci ildən bəri Azərbaycanın işğal edilmiş ərazilərində və ətraf bölgələrdə təkrar eskalasiya müşahidə olunurdu.

2016-cı ilin aprel və 2020-ci ilin iyul aylarında Ermənistan cəbhə xəttində və Ermənistan ilə Azərbaycanın sərhədində genişmiqyaslı döyüş əməliyyatlarına təhrikçilik edib. 2016-cı ilin may ayında BMT Ali Komissarının qaçqınlar üzrə idarəsi münaqişə zonasının yaxınlığında yerləşən Azərbaycan kəndlərində artilleriya atəşləri və partlamamış döyüş sursatlarının tətbiqi nəticəsində mülki əmlaka ziyan vurulmasını bildirib.

2020-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin sərhəd bölgəsindəki hücumları Azərbaycan ərazisində strateji əhəmiyyətli beynəlxalq neft və qaz kəmərləri, habelə Bakı-Tbilisi-Qars dəmiryolu üçün təhlükə yaradıb.

2020-ci il sentyabrın axırlarında Ermənistan tərəfindən törədilmiş növbəti təcavüz aktı və bunun ardınca başlanmış döyüş əməliyyatları Azərbaycanın dinc əhalisi arasında çoxsaylı tələfata səbəb olub. Münaqişə zonası hüdudlarından kənarda Azərbaycanın bir neçə iri şəhərlərində mülki infrastruktura ciddi ziyan vurulub.

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatı nəticəsində Azərbaycan ərazisinin təqribən 10.000 kvadrat kilometri, bu ərazidə yerləşən 300-dən çox şəhər, qəsəbə və kənd işğaldan azad edilib.

Həmin ərazilər işğaldan azad ediləndən sonra orada törədilmiş dağıntıların, vandalizmin, qarət və soyğunçuluğun görünməmiş miqyası şoka səbəb olur. 

Eyni zamanda, törədilmiş hüquq pozuntularının labüd nəticəsi kimi beynəlxalq hüququn ciddi pozulmasına görə məsuliyyət məsələsi qaldırılmalıdır. Cəzasızlığa qarşı mübarizə də möhkəm sülh və həqiqi barışıq yolunda mühüm preventiv vasitə və zəruri ilkin şərtdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyanın 3 aeroportu bağlandı

Rusiyanın 3 aeroportu bağlandı

Türkiyədə meşə yanğınları: Yüzlərlə sakin təxliyə edildi - VİDEO

Türkiyədə meşə yanğınları: Yüzlərlə sakin təxliyə edildi - VİDEO

Türkiyədə məktəblərdə namaz otaqları yaradılacaq - FOTO

Türkiyədə məktəblərdə namaz otaqları yaradılacaq - FOTO

Səudiyyə Ərəbistanı da ABŞ-a qoşuldu - İraqda İranın dəstəklədiyi qruplara zərbələr endirdi

Səudiyyə Ərəbistanı da ABŞ-a qoşuldu - İraqda İranın dəstəklədiyi qruplara zərbələr endirdi

Türkiyədə Etimesgut bələdiyyəsinə korrupsiya əməliyyatı: Bələdiyyə sədri də saxlanıldı

Türkiyədə Etimesgut bələdiyyəsinə korrupsiya əməliyyatı: Bələdiyyə sədri də saxlanıldı

Yenidən dünyaya gəlsəydiniz, qadın yoxsa kişi olmaq istəyərdiniz? - VİDEOSORĞU

Yenidən dünyaya gəlsəydiniz, qadın yoxsa kişi olmaq istəyərdiniz? - VİDEOSORĞU

Şəkidə kişini ilan sancdı - Vəziyyəti ağırdır

Şəkidə kişini ilan sancdı - Vəziyyəti ağırdır

Konfrans Liqası: "Zirə" Sumqayıtda, "Neftçi" Bolqarıstanda meydana çıxacaq

Konfrans Liqası: "Zirə" Sumqayıtda, "Neftçi" Bolqarıstanda meydana çıxacaq

Bakıda iki futbolçu qəzada FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - VİDEO

Bakıda iki futbolçu qəzada FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - VİDEO

Qızıl bahalaşdı

Qızıl bahalaşdı

Rusiya Ukraynanın bu ərazilərinə kütləvi zərbələr endirdi – VİDEO

Rusiya Ukraynanın bu ərazilərinə kütləvi zərbələr endirdi – VİDEO

Dünya çempionatı: Daha 5 idmançımız mübarizəyə qoşulur

Dünya çempionatı: Daha 5 idmançımız mübarizəyə qoşulur

Rusiyada xərçəng müalicəsində YENİ ÜSUL

Rusiyada xərçəng müalicəsində YENİ ÜSUL

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Ukraynanın sabiq müdafiə naziri mediada yayılan iddialarını təkzib etdi – VİDEO

Ukraynanın sabiq müdafiə naziri mediada yayılan iddialarını təkzib etdi – VİDEO

Amerikalı jurnalist: "İranı dünya gücünə çevirdik" - VİDEO

Amerikalı jurnalist: "İranı dünya gücünə çevirdik" - VİDEO

Ukrayna PUA-ları Penza vilayətində Wildberries anbarına zərbə endirdi – VİDEO

Ukrayna PUA-ları Penza vilayətində Wildberries anbarına zərbə endirdi – VİDEO

Kuryer və taksi sürücüləri üçün istirahət məntəqələri varmı?

Kuryer və taksi sürücüləri üçün istirahət məntəqələri varmı?

Həmədanda məhbus edam edildi

Həmədanda məhbus edam edildi

Lvovda dağıntılar: 2 nəfər sağ çıxarıldı – FOTO-VİDEO

Lvovda dağıntılar: 2 nəfər sağ çıxarıldı – FOTO-VİDEO

Ailə dramı: Sevgi yazışmaları faciə ilə nəticələndi

Ailə dramı: Sevgi yazışmaları faciə ilə nəticələndi

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Rusiya Kiyevi belə vurdu: Dağıntılar var – VİDEO

Rusiya Kiyevi belə vurdu: Dağıntılar var – VİDEO

End of content

No more pages to load

RADİO