Qaqauzun rəhbəri İrina Vlax Azərbaycana gələcək – SƏFİRLƏ GÖRÜŞDÜ - FOTOLAR

Moldova Respublikasının Komrat şəhərində Azərbaycan səfiri Qüdsi Osmanov bu ölkənin Qaqauz Muxtar Ərazisinin rəhbəri İrina Vlax ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə ölkəmizlə Qaqauz arasında bütün sahələr üzrə genişlənən əməkdaşlıq münasibətləri, Azərbaycanın Qəbələ rayonu ilə Qaqauz arasında qardaşlaşmaya dair sazişin imzalanması perspektivləri və bununla əlaqədar İ.Vlaxın ölkəmizə səfərinin planlaşdırılması ətrafında fikir mübadiləsi aparılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qaqauziya liderindən Azərbaycana "Xarıbülbül"lə dəstək - FOTO


Görüşdən sonra səfir Qaqauz rəhbəri və nümayəndə heyəti ilə birgə Çadır-Lunqa şəhərinə yola düşərək orada Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilmiş təhsil və mədəniyyət mərkəzində yekunlaşmaq üzrə olan işlərin gedişatına və keyfiyyətinə baxıb, mərkəzdə yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, mərkəzin inşasına 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında başlanılıb. Hazırda layihə üzrə son tamamlanma işləri həyata keçirilir.

Mədəniyyət və təhsil mərkəzinin binası bütün lazımi əşya və avadanlıqlarla təchiz edilib, kommunal şəbəkələrə qoşulub. Eyni zamanda, mərkəzin yerləşdiyi ərazinin abadlaşdırılması üzrə işlər davam etdirilir.

Ümumi sahəsi 1 500 kvadratmetr olan mərkəzdə 166 nəfərlik akt zalı olan uşaqlar üçün incəsənət, musiqi və yaradıcılıq mərkəzləri fəaliyyət göstərməsi nəzərdə tutulub.
 

Mərkəzdə aparılan işlərlə tanışlıq zamanı Qaqauz rəhbəri İ.Vlax təhsil və mədəniyyət mərkəzinin uşaqların inkişafı istiqamətində yeni imkanlar açacağını bildirərək xalqlarımız arasında dostluq rəmzinə çevriləcək mərkəzin inşa edilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının rəhbərliyinə təşəkkürünü ifadə edib, mərkəzə ulu öndər Heydər Əliyevin adının verilməsi təklifini bir daha dilə gətirib.


Görüşün sonunda Q.Osmanov yerli mətbuat nümayəndələrini maraqlandıran sualları cavablandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiyanın 3 aeroportu bağlandı

Rusiyanın 3 aeroportu bağlandı

Türkiyədə meşə yanğınları: Yüzlərlə sakin təxliyə edildi - VİDEO

Türkiyədə meşə yanğınları: Yüzlərlə sakin təxliyə edildi - VİDEO

Türkiyədə məktəblərdə namaz otaqları yaradılacaq - FOTO

Türkiyədə məktəblərdə namaz otaqları yaradılacaq - FOTO

Səudiyyə Ərəbistanı da ABŞ-a qoşuldu - İraqda İranın dəstəklədiyi qruplara zərbələr endirdi

Səudiyyə Ərəbistanı da ABŞ-a qoşuldu - İraqda İranın dəstəklədiyi qruplara zərbələr endirdi

Türkiyədə Etimesgut bələdiyyəsinə korrupsiya əməliyyatı: Bələdiyyə sədri də saxlanıldı

Türkiyədə Etimesgut bələdiyyəsinə korrupsiya əməliyyatı: Bələdiyyə sədri də saxlanıldı

Yenidən dünyaya gəlsəydiniz, qadın yoxsa kişi olmaq istəyərdiniz? - VİDEOSORĞU

Yenidən dünyaya gəlsəydiniz, qadın yoxsa kişi olmaq istəyərdiniz? - VİDEOSORĞU

Şəkidə kişini ilan sancdı - Vəziyyəti ağırdır

Şəkidə kişini ilan sancdı - Vəziyyəti ağırdır

Konfrans Liqası: "Zirə" Sumqayıtda, "Neftçi" Bolqarıstanda meydana çıxacaq

Konfrans Liqası: "Zirə" Sumqayıtda, "Neftçi" Bolqarıstanda meydana çıxacaq

Bakıda iki futbolçu qəzada FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - VİDEO

Bakıda iki futbolçu qəzada FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - VİDEO

Qızıl bahalaşdı

Qızıl bahalaşdı

Rusiya Ukraynanın bu ərazilərinə kütləvi zərbələr endirdi – VİDEO

Rusiya Ukraynanın bu ərazilərinə kütləvi zərbələr endirdi – VİDEO

Dünya çempionatı: Daha 5 idmançımız mübarizəyə qoşulur

Dünya çempionatı: Daha 5 idmançımız mübarizəyə qoşulur

Rusiyada xərçəng müalicəsində YENİ ÜSUL

Rusiyada xərçəng müalicəsində YENİ ÜSUL

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Ukraynanın sabiq müdafiə naziri mediada yayılan iddialarını təkzib etdi – VİDEO

Ukraynanın sabiq müdafiə naziri mediada yayılan iddialarını təkzib etdi – VİDEO

Amerikalı jurnalist: "İranı dünya gücünə çevirdik" - VİDEO

Amerikalı jurnalist: "İranı dünya gücünə çevirdik" - VİDEO

Ukrayna PUA-ları Penza vilayətində Wildberries anbarına zərbə endirdi – VİDEO

Ukrayna PUA-ları Penza vilayətində Wildberries anbarına zərbə endirdi – VİDEO

Kuryer və taksi sürücüləri üçün istirahət məntəqələri varmı?

Kuryer və taksi sürücüləri üçün istirahət məntəqələri varmı?

Həmədanda məhbus edam edildi

Həmədanda məhbus edam edildi

Lvovda dağıntılar: 2 nəfər sağ çıxarıldı – FOTO-VİDEO

Lvovda dağıntılar: 2 nəfər sağ çıxarıldı – FOTO-VİDEO

Ailə dramı: Sevgi yazışmaları faciə ilə nəticələndi

Ailə dramı: Sevgi yazışmaları faciə ilə nəticələndi

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Rusiya Kiyevi belə vurdu: Dağıntılar var – VİDEO

Rusiya Kiyevi belə vurdu: Dağıntılar var – VİDEO

End of content

No more pages to load

RADİO