XİN Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanat yaydı

XİN Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanat yaydı
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Bizim.Media bəyanatı təqdim edirik:

“Fevralın 26-da Ermənistanın Azərbaycana hərbi təcavüzü və ərazilərimizin işğalı dövründə azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş Xocalı soyqırımından 32 il ötür.

Ermənistan tərəfindən azərbaycanlılara qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasəti Azərbaycan ərazilərinin işğalı zamanı Bağanis Ayrım, Cəmilli, Kərkicahan, Meşəli, Malıbəyli, Quşçular, Qaradağlı və digər yaşayış məntəqələrində törədilən insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub. Bu qəbildən ən dəhşətli qətliamlardan biri Xocalı şəhərinin sakinlərinə qarşı törədilib.
1991-ci ilin oktyabrından etibarən mühasirəyə alınan və avtomobil əlaqəsi kəsilmiş, 1992-ci ilin yanvarından isə enerji təchizatı dayandırılmış Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının yardımı ilə Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi artilleriyadan atəşə tutularaq işğal edildi.

İşğal nəticəsində 63-ü uşaq, 106-sı qadın və 70-i qoca olmaqla, 613 nəfər xüsusi amansızlıqla qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi. Əsir və girov götürülərək amansız işgəncələrə məruz qalan 1275 nəfərdən 68 qadın və 26 uşaq daxil olmaqla, 150 nəfərin taleyi bu günədək naməlum qalır.

Heç bir hərbi zərurət olmadan dinc azərbaycanlıların yaşadığı Xocalı şəhərinə ağır hərbi texnikanın tətbiqi, mülki əhaliyə qarşı törədilmiş vəhşiliklərə dair istintaq materialları, şahidlərin ifadələri, habelə Ermənistanın Xocalı soyqırımı zamanı müdafiə naziri olmuş sabiq prezidenti Serj Sarkisyanın “Xocalıdan öncə azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır.

Biz bu stereotipi sındırdıq” etirafı törədilmiş qətliamın təsadüfi deyil, məhz soyqırımıcinayəti kimi Ermənistan tərəfindən əvvəlcədən planlaşdırılaraq bu ölkənin tabeliyindəki qüvvələr tərəfindən icra edildiyinə dair heç bir şübhə doğurmur.

Ermənistanın azərbaycanlılara qarşı törətdikləri digər insanlıq əleyhinə cinayətlər kimi, Xocalı soyqırımı da beynəlxalq humanitar hüququn, insan hüquqları hüququnun, o cümlədən Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq konvensiyaların kobud şəkildə pozulmasıdır.

Ermənistanın törədilən insanlıq əleyhinə cinayətlərə görə cəzasızlığına son qoyulmaması, bu ölkənin mövcud təcrübəsini davam etdirərək 44 günlük Vətən müharibəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdən uzaqda, Gəncə, Bərdə, Tərtər kimi bölgələrdəki əhaliyə qarşı müharibə cinayətlərini törətməsinə gətirib çıxardı.

Bu, bir daha soyqırımı kimi universal yurisdiksiyanın tətbiq dairəsində olan insanlıq əleyhinə cinayətlərin təqsirkarlarının məsuliyyətə cəlb edilməməsinin ağır nəticələrini göstərir.
Bu baxımdan cinayətkarların cəzasızlığına son qoyulması istiqamətində milli, o cümlədən beynəlxalq səviyyədə görülən tədbirlərin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi, habelə bu sahədə əməkdaşlıq müstəsna əhəmiyyət kəsb edir.

Bu il ilk dəfə Xocalı soyqırımının 32-ci ildönümündə bütün Azərbaycan ərazilərində, o cümlədən hər bir azərbaycanlının mənəvi zərbə və sağalmaz yarası olan Xocalı şəhərində üçrəngli Bayrağımız dalğalanır.

Xocalının azad olunması gücümüzü və birliyimizi təcəssüm etdirdiyi kimi, Xocalı soyqırımı qurbanlarına vəfa borcudur.

Bununla yanaşı, Azərbaycan tərəfi inanır ki, milli səviyyədə, eləcə də mövcud beynəlxalq hüquq çərçivəsində görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına xidmət edəcək. 
Faciənin 32-ci ildönümündə Ermənistanın etnik nifrət və soyqırımı cinayətlərinin, o cümlədən Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

Allah rəhmət eləsin!”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Rusiya Dövlət Dumasının varlı deputatları - ADLAR

Rusiya Dövlət Dumasının varlı deputatları - ADLAR

Siyəzəndəki qətllə bağlı BİRGƏ MƏLUMAT

Siyəzəndəki qətllə bağlı BİRGƏ MƏLUMAT

Əkizlər daha çox şəhərlərdə, üçəmlər isə kəndlərdə doğulub

Əkizlər daha çox şəhərlərdə, üçəmlər isə kəndlərdə doğulub

Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü – FOTO

Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü – FOTO

Azərbaycanda ən çox və ən az boşanmanın qeydə alındığı BÖLGƏLƏR – SİYAHI

Azərbaycanda ən çox və ən az boşanmanın qeydə alındığı BÖLGƏLƏR – SİYAHI

59 yaşlı Nikol Kidmandan cəsarətli FOTOSESSİYA

59 yaşlı Nikol Kidmandan cəsarətli FOTOSESSİYA

Azərbaycanda qadınlar kişilərdən çox yaşayır – STATİSTİKA

Azərbaycanda qadınlar kişilərdən çox yaşayır – STATİSTİKA

İnterpolun axtardığı azərbaycanlı Polşada saxlanıldı

İnterpolun axtardığı azərbaycanlı Polşada saxlanıldı

Körpə ölümlərinin sayı 2 dəfə artıb – DƏHŞƏTLİ STATİSTİKA

Körpə ölümlərinin sayı 2 dəfə artıb – DƏHŞƏTLİ STATİSTİKA

Ən böyük memorial kompleks Ağdamda İNŞA EDİLƏCƏK

Ən böyük memorial kompleks Ağdamda İNŞA EDİLƏCƏK

Emin Hüseynov: “Xocəvəndin 78,32 faizi hələ də minalardan təmizlənməyib”

Emin Hüseynov: “Xocəvəndin 78,32 faizi hələ də minalardan təmizlənməyib”

Salyanda dəhşətli qətl törədən ŞƏXS TUTULDU

Salyanda dəhşətli qətl törədən ŞƏXS TUTULDU

“Uşaqlara plagiat əsər təqdim edə bilmərəm” – Səhər Əhməddən Rafiq İsmayılova ciddi ittihamlar – FOTO

“Uşaqlara plagiat əsər təqdim edə bilmərəm” – Səhər Əhməddən Rafiq İsmayılova ciddi ittihamlar – FOTO

Rusiya sanksiya altındakı tankerlə ABŞ-a dizel yanacağı göndərir

Rusiya sanksiya altındakı tankerlə ABŞ-a dizel yanacağı göndərir

Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu

Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu

Hava kəskin dəyişir: Leysan, dolu, qar – XƏBƏRDARLIQ

Hava kəskin dəyişir: Leysan, dolu, qar – XƏBƏRDARLIQ

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib - FOTO

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib - FOTO

Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər

Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər

Lukaşenkodan TƏKLİF: “Rusiyanın bir sıra regionlarının təchizatı Belarusa verilsin”

Lukaşenkodan TƏKLİF: “Rusiyanın bir sıra regionlarının təchizatı Belarusa verilsin”

Bu şəxslər üç min manat CƏRİMƏLƏNƏCƏK

Bu şəxslər üç min manat CƏRİMƏLƏNƏCƏK

İcra başçısı onu özünə birinci müavin təyin etdi - FOTO

İcra başçısı onu özünə birinci müavin təyin etdi - FOTO

Bu il qarşısı alınan erkən evliliklərin SAYI AÇIQLANDI

Bu il qarşısı alınan erkən evliliklərin SAYI AÇIQLANDI

Kanadalı müğənni Trampı məhkəməyə verdi

Kanadalı müğənni Trampı məhkəməyə verdi

Azərbaycanda YENİ CƏRİMƏLƏR – 250 manatdan 1050 manata kimi...

Azərbaycanda YENİ CƏRİMƏLƏR – 250 manatdan 1050 manata kimi...

End of content

No more pages to load

RADİO