Dünya
Bu gün 17:16

Fevralın 24-də İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İnformasiya Nazirləri Konfransının növbədənkənar sessiyası keçirilib.
Bu barədə Bizim.Media-ya Medianın İnkişafı Agentliyindən məlumat verilib.
Bildirilib ki, sessiyada Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov iştirak edib.
Tədbirdə münaqişə zonalarında jurnalistlərin fəaliyyəti, dezinformasiyaya qarşı kollektiv reaksiyanın əhəmiyyəti istiqamətində müzakirələr aparılıb.