Ceyhun Bayramov QDİƏT XİN başçıları Şurasının iclasında çıxış edib – FOTO  

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov video-konfrans formatında baş tutmuş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci iclasında çıxış edib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. 

2023-cü il ərzində QDİƏT-ə sədrlik edən qardaş Türkiyə Respublikasını uğurlu və dinamik sədrlik münasibətilə təbrik edən nazir Ceyhun Bayramov, bu istiqamətdə QDİƏT-i praktiki əməkdaşlıq və konkret layihələrə fokuslanan Təşkilata çevirməklə bağlı Türkiyə tərəfindən göstərilən səylərin təqdirəlayiq olduğunu ifadə edib. 
Çıxış zamanı QDİƏT-in növbəti illər ərzində prioritetlərini müəyyən edəcək İqtisadi Gündəliyinin yekunlaşdırılmasının, xüsusilə nəqliyyat və bağlantıların genişləndirilməsi istiqamətində fəaliyyətin əhəmiyyəti vurğulanıb. 

Ölkəmizin bölgədə nəqliyyat və kommunikasiyaların inkişafı sahəsində əməli addımlar atdığını, bu istiqamətdə görülən işlərin öz növbəsində Orta Dəhlizin imkanlarının genişləndirilməsinə də töhfə verəcəyi vurğulanıb.

Bu sahədə, tranzit axınlarının rəqəmsallaşması, habelə “Rəqəmsal İpək Yolu” layihəsinin həyata keçirilməsi istiqamətində Mərkəzi Asiya və Qara dəniz regionlarından olan tərəfdaşlarla yaxından fəaliyyət göstərdiyimiz diqqətə çatdırılıb. 

Enerji təhlükəsizliyi sahəsində Cənub Qaz Dəhlizi layihəsinin genişlənməsinin əhəmiyyətindən bəhs edən nazir Ceyhun Bayramov, bu istiqamətdə "yaşıl enerji" sahəsinin inkişafının prioritetimiz olduğunu bildirib. 

Növbəti il ərzində ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası - COP29-a ev sahibliyi edəcəyini qeyd edən nazir Ceyhun Bayramov, sözügedən tədbirin qlobal iqlim dəyişikliyinin qarşısının alınmasına töhfə olması üçün ölkəmizin bütün səylərini səfərbər edəcəyini söyləyib. 
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə iştirakçıları məlumatlandıran nazir Ceyhun Bayramov, hazırda bölgədə sülh quruculuğu üçün münbit şəraitin, habelə Təşkilat çərçivəsində də qarşılıqlı faydalı əməkdaşlıq üçün imkanların yarandığını qeyd edib. Ölkəmizin Ermənistanla normallaşma və sülh prosesini irəlilətməkdə qərarlı olduğu bir daha vurğulanıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dövlət qurumunun əməkdaşı 32 yaşında VƏFAT ETDİ – FOTO

Dövlət qurumunun əməkdaşı 32 yaşında VƏFAT ETDİ – FOTO

Faciə cinsiyyət tanımır, amma statistika başqadır - Niyə suda boğulanların əksəriyyəti kişilərdir?

Faciə cinsiyyət tanımır, amma statistika başqadır - Niyə suda boğulanların əksəriyyəti kişilərdir?

Ağacların kəsilməsi ilə bağlı qanuna dəyişiklik TƏSDİQLƏNDİ

Ağacların kəsilməsi ilə bağlı qanuna dəyişiklik TƏSDİQLƏNDİ

16 yaşlı qız yanacaqdoldurma məntəqəsini yandırdı – ANBAAN VİDEO

16 yaşlı qız yanacaqdoldurma məntəqəsini yandırdı – ANBAAN VİDEO

Tanınmış idmançılara HÖKM OXUNDU - FOTO

Tanınmış idmançılara HÖKM OXUNDU - FOTO

Şirvanda 34 minlik naqil oğurlandı: Saxlanılanlar var – FOTO

Şirvanda 34 minlik naqil oğurlandı: Saxlanılanlar var – FOTO

5 il işləyəni 3 aylıq müqaviləyə keçirdilər - Ali Məhkəmə qərarı ləğv etdi

5 il işləyəni 3 aylıq müqaviləyə keçirdilər - Ali Məhkəmə qərarı ləğv etdi

Ermənistanın Pakistanda ilk səfiri TƏYİN EDİLDİ

Ermənistanın Pakistanda ilk səfiri TƏYİN EDİLDİ

Altı yaşlı autizmli uşağı su kanalına atdılar – ANBAAN VİDEO

Altı yaşlı autizmli uşağı su kanalına atdılar – ANBAAN VİDEO

Müəllimlərin işə qəbulu müsabiqəsi üçün ödəniş prosesi BAŞLADI

Müəllimlərin işə qəbulu müsabiqəsi üçün ödəniş prosesi BAŞLADI

XƏBƏRDARLIQ! Rayonlarda dolu düşəcək, sel keçəcək – BU TARİXƏDƏK

XƏBƏRDARLIQ! Rayonlarda dolu düşəcək, sel keçəcək – BU TARİXƏDƏK

Trampdan Meloni ilə bağlı qalmaqallı paylaşım: "Yaxınlaşmasına qadağa qoyulmalıdır"

Trampdan Meloni ilə bağlı qalmaqallı paylaşım: "Yaxınlaşmasına qadağa qoyulmalıdır"

Kondisioner siyasi alətə necə ÇEVRİLDİ?

Kondisioner siyasi alətə necə ÇEVRİLDİ?

Özündən 38 yaş kiçik gənclə eşq yaşadı – FOTO

Özündən 38 yaş kiçik gənclə eşq yaşadı – FOTO

Şıx çimərliyində dənizə nə tökülür? – Video

Şıx çimərliyində dənizə nə tökülür? – Video

“Qarabağ” onu 6,8 milyona satır

“Qarabağ” onu 6,8 milyona satır

Bu gün Bakı Təşəbbüs Qrupunun yaranmasının 3 ili tamam olur

Bu gün Bakı Təşəbbüs Qrupunun yaranmasının 3 ili tamam olur

Azad olunan ərazilərdə daha 44 mina AŞKARLANDI

Azad olunan ərazilərdə daha 44 mina AŞKARLANDI

Məşhur bloger qızı ilə qəzaya düşdü - FOTO

Məşhur bloger qızı ilə qəzaya düşdü - FOTO

Bəy vəfat etmiş gəlinlə toy keçirtdi

Bəy vəfat etmiş gəlinlə toy keçirtdi

Nazarbayevin qardaşı oğlu 35 milyonluq malikanəni cəmi 10 dollara aldı – FOTO

Nazarbayevin qardaşı oğlu 35 milyonluq malikanəni cəmi 10 dollara aldı – FOTO

Müəllimi şantaj üçün açıq-saçıq fotolarını direktora göstərib...

Müəllimi şantaj üçün açıq-saçıq fotolarını direktora göstərib...

Su sayğacları YENİLƏNİR – Abonentlərdən ödəniş tələb olunacaq?

Su sayğacları YENİLƏNİR – Abonentlərdən ödəniş tələb olunacaq?

Bakıda əhali ərzaq və içkiyə nə qədər pul xərcləyib? – RƏSMİ

Bakıda əhali ərzaq və içkiyə nə qədər pul xərcləyib? – RƏSMİ

End of content

No more pages to load

RADİO