Bu gün Bakı Təşəbbüs Qrupunun yaranmasının 3 ili tamam olur

2023-cü il 6 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində Bakıda keçirilmiş “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” beynəlxalq konfransda tədbir iştirakçılarının yekdil qərarı ilə Bakı Təşəbbüs Qrupu (BTQ) təsis edilib.

Bizim.Media xəbər verir ki, BTQ bu 3 il ərzində dünyanın siyasi gündəmində demək olar ki, unudulmuş kolonializm və neokolonializm problemlərini yenidən gündəmə gətirib, dekolonizasiya prosesinin əsas hərəkətverici platformasına çevrilib.

Bu xüsusda müstəqillik uğrunda legitim mübarizə aparan tərəflərə dəstək verilib, kolonizə edilmiş xalqların azadlığı istiqamətində ardıcıl və nəticə yönümlü fəaliyyət göstərilib.

Nəticədə müstəmləkəçilikdən əziyyət çəkən xalqların səsi qlobal gündəmə daşınmış, nüfuzlu beynəlxalq platformalarda müzakirə edilib. BTQ-nin ardıcıl və məqsədyönlü fəaliyyəti bu məsələlərin müvafiq mərkəzi hökumətlər səviyyəsində də diqqət mərkəzinə gətirilməsinə töhfə verib.
 

Bu baxımdan, Fransada Korsikanın muxtariyyət statusu ətrafında müzakirələrin aktivləşməsi, Yeni Kaledoniyanın gələcək statusu ilə bağlı proseslərin yeni fazaya daxil olması, kolonial idarəçilikdən miras qalmış və “köləlik qanunu” kimi xarakterizə edilən hüquqi mexanizmlərin ləğv edilməsi, keçmiş müstəmləkələrdən oğurlanmış mədəni irsin geri qaytarılması hallarının çoxalması, habelə digər dənizaşırı ərazilərin hüquqi-siyasi vəziyyətinə dair müzakirələrin yenidən gündəmə gəlməsi mühüm irəliləyişlər kimi qeyd oluna bilər.


Təsadüfü deyildir ki, Azərbaycan dünyada kolonializmə qarşı mübarizənin mərkəzi, baş qərargahı kimi tanınır və müstəmləkəçilikdən əziyyət çəkən ərazilər ölkəmizə ümid yeri kimi baxır.

Fəaliyyət göstərdiyi üç il ərzində BTQ tərəfindən 40-dan çox beynəlxalq konfrans təşkil edilib, bunlardan 10-u BMT-nin müxtəlif qərargahlarında keçirilmişdir. Eyni zamanda, 50-dən çox nəşr hazırlanmış, 10 əməkdaşlıq memorandumu imzalanıb. Bu dövr ərzində BTQ 25-dən çox ölkə və Dənizaşırı ərazi ilə sıx əməkdaşlıq əlaqələri qurub.

Ən böyük uğurlar sırasında paytaxtımızda Beynəlxalq Dekolonizasiya Cəbhəsinin - FID (fransızca: Front international de décolonisation) təsis edilməsini göstərmək olar.

Beynəlxalq Dekolonizasiya Cəbhəsinin təsis qurultayında Fransa və Niderland müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib regionu, Antil adaları qrupu, Boneyra və Sen-Martindən olan 17-dən çox siyasi partiya və müstəqillik hərəkatının nümayəndələri iştirak edib. Vahid cəbhənin yaradılması kolonizə edilmiş xalqların səylərinin birləşdirilməsi, həmrəyliyin gücləndirilməsi və birgə mübarizə aparması istiqamətində mühüm addımlardan biri kimi yadda qalıb.
 

2024-cü il 22 oktyabr tarixində BMT-nin Cenevrə Ofisində İnsan Hüquqları Komitəsinin 142-ci sessiyası çərçivəsində BTQ tərəfindən “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və Fransız müstəmləkəçiliyinin nəticələri” adlı hesabat Komitəyə təqdim edilib.


Sözügedən hesabatda təqdim edilmiş faktlara (insan hüquqların pozulması halları) əsasən BMT-nin İnsan Hüquqları Komitəsi Fransadan 2024-cü ilin may ayında Kanakidə - Yeni Kaledoniyada baş vermiş hadisələrə dair hesabat tələb edib. 2025-ci ilin may ayında Bakı Təşəbbüs Qrupu BMT-nin Afrika Mənşəli İnsanların Daimi Forumuna və İnsan Hüquqları üzrə Ali Komissarlığına “Afrika mənşəli insanların beynəlxalq ikinci onilliyi” çərçivəsində həyata keçirilmiş fəaliyyətlər barədə öz hesabatını təqdim edib.

Daha sonra BTQ-nin hesabatı BMT Baş katibinin 2025-ci il üzrə təqdim etdiyi “Afrika mənşəli insanların beynəlxalq ikinci onilliyinin həyata keçirilməsi üzrə fəaliyyət proqramı”na dair məruzəsində qeyd olunub.

Bu fakt təşkilatın fəaliyyətinin beynəlxalq səviyyədə diqqətlə izlənildiyini və BMT sistemində tanındığını göstərən mühüm göstəricidir.

Baş katibin hesabatında BTQ-nin məhz dekolonizasiya və kiçik adalarda yaşayan xalqların müstəqilliyi istiqamətində fəaliyyət aparan qlobal vətəndaş cəmiyyətləri sırasında yeganə QHT kimi qeyd olunması xüsusi əhəmiyyət kəsb edir.

Bu, həm də BTQ-nin beynəlxalq miqyasda etimad olunan tərəfdaş olduğunu və kolonializmə məruz qalan xalqların haqq səsinin dünyaya çatdırılmasında mühüm platforma rolunu oynadığını bir daha təsdiqləyir. Eyni zamanda, bu istinad BTQ-nin fəaliyyətinin yalnız regional deyil, qlobal dekolonizasiya gündəliyi baxımından da əhəmiyyət daşıdığını nümayiş etdirir.
 

Fəaliyyətində dekolonizasiya ilə yanaşı insan hüquqlarının müxtəlif aspektlərinə xüsusi önəm verən BTQ, 2026-cı il 24 iyun tarixində ABŞ-ın paytaxtı Vaşinqton şəhərində, Konqres binasında Qayıdış Hüququ mövzusunu müzakirəyə çıxartmış, Azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin beynəlxalq gündəmə daşınmasına start verib.  


Təşkilat beynəlxalq qurumlar, akademik dairələr və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığını davamlı şəkildə genişləndirməkdədir. BTQ-nin təşəbbüsü ilə müxtəlif regionlardan olan yerli xalqların nümayəndələri, milli azadlıq hərəkatları, parlament üzvləri, elm xadimləri, beynəlxalq ekspertlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti institutları bir araya gəlirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama

Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama

Türkiyədə korrupsiya qalmaqalı: Bələdiyyə sədri özünə 63 otaqlı malikanə tikdirib? - FOTO

Türkiyədə korrupsiya qalmaqalı: Bələdiyyə sədri özünə 63 otaqlı malikanə tikdirib? - FOTO

Məzahir Pənahov Serbiyada seçkiləri müşahidə edəcək

Məzahir Pənahov Serbiyada seçkiləri müşahidə edəcək

Səfirimiz etimadnaməsini Malayziya Kralına təqdim etdi – FOTO

Səfirimiz etimadnaməsini Malayziya Kralına təqdim etdi – FOTO

Psixotrop maddə qəbul edən şagird GÜNDƏMDƏ - Məktəblərdə psixoloji risklərə nəzarət varmı? – ARAŞDIRMA

Psixotrop maddə qəbul edən şagird GÜNDƏMDƏ - Məktəblərdə psixoloji risklərə nəzarət varmı? – ARAŞDIRMA

“Borussiya Dortmund” Bakıya 24 futbolçu ilə gəlir - HEYƏT

“Borussiya Dortmund” Bakıya 24 futbolçu ilə gəlir - HEYƏT

Azərbaycan Rusiyadan buğda tədarükünü KƏSKİN ARTIRIB

Azərbaycan Rusiyadan buğda tədarükünü KƏSKİN ARTIRIB

Sabah rayonlara yağış yağacaq

Sabah rayonlara yağış yağacaq

"Sabah"ın "Barselona" ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarıldı

"Sabah"ın "Barselona" ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarıldı

Sabiq komitə sədrinin hoteli satışa çıxarıldı - Qiymət

Sabiq komitə sədrinin hoteli satışa çıxarıldı - Qiymət

DİQQƏT! Bakının bəzi ərazilərində qaz KƏSİLƏCƏK

DİQQƏT! Bakının bəzi ərazilərində qaz KƏSİLƏCƏK

SON DƏQİQƏ! Azərbaycanda daha bir zəlzələ baş verdi - FOTO

SON DƏQİQƏ! Azərbaycanda daha bir zəlzələ baş verdi - FOTO

Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu – VİDEO

Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu – VİDEO

Küləkli hava neçə gün davam edəcək?

Küləkli hava neçə gün davam edəcək?

Azərbaycandan Ukraynaya dəstək: Səfirliyə zəruri avadanlıqlar verildi – FOTO

Azərbaycandan Ukraynaya dəstək: Səfirliyə zəruri avadanlıqlar verildi – FOTO

"İşə getməsəm də, adıma əməkhaqqı yazılıb" - Nazirliyin həbsdə olan idarə rəisinin məhkəməsi

"İşə getməsəm də, adıma əməkhaqqı yazılıb" - Nazirliyin həbsdə olan idarə rəisinin məhkəməsi

Birbank-dan “Yığ və qazan” lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank-dan “Yığ və qazan” lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Alyona Əliyeva konsertdə - FOTO

Alyona Əliyeva konsertdə - FOTO

Motosiklet şousu faciə ilə bitəcəkdi: Son anda ölümdən döndü – FOTO/VİDEO

Motosiklet şousu faciə ilə bitəcəkdi: Son anda ölümdən döndü – FOTO/VİDEO

Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq

Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq

Məktəb direktorunun avtomobilini yandıran daha bir nəfər həbs edildi – VİDEO

Məktəb direktorunun avtomobilini yandıran daha bir nəfər həbs edildi – VİDEO

Səhiyyə naziri təyin olunan Anar Bayramov kimdir? – DOSYE

Səhiyyə naziri təyin olunan Anar Bayramov kimdir? – DOSYE

TƏCİLİ! Xəzər dənizində ZƏLZƏLƏ oldu

TƏCİLİ! Xəzər dənizində ZƏLZƏLƏ oldu

Bakı metrosuna yeni şöbə rəisi təyin edildi - FOTO

Bakı metrosuna yeni şöbə rəisi təyin edildi - FOTO

End of content

No more pages to load

RADİO