Prezident müşavirə KEÇİRDİ - FOTO/VİDEO

Prezident müşavirə KEÇİRDİ - FOTO/VİDEO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. 

Bizim.Media xəbər verir ki, dövlət başçısı müşavirədə çıxış edib. 

Prezident İlham Əliyevin çıxışı 

- Bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır, COP29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda keçiriləcək. Bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı. 

Bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olunmuşdur və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etmişdir.

Onu da bildirməliyəm ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi. 

Düzdür, antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir.

Bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir.

Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar. 

Bir də bəzi hallarda beynəlxalq aləm, beynəlxalq birlik anlayışı Qərbdə təhrif edilir. Beynəlxalq birlik 30-40 ölkə deyil. Beynəlxalq birlik dünyanın bütün ölkələridir və bu ölkələr yekdilliklə Azərbaycana öz böyük dəstəyini göstərmişdir. Bu, birinci dəfə deyil. Biz Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edirik və burada da bizim sədrliyimiz 120 ölkənin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır. Bu, artıq böyük bir göstərici idi. Dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmişdir. 

İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib.

50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir.

Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq. 

Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik. Bizim vaxtımız o qədər də çox deyil, 11 aydan az vaxtımız var. Ona görə mən hesab etdim ki, birinci müşavirəni öz sədrliyimlə keçirim, bütün lazımi tapşırıqları verim. Bu tapşırıqların yerinə yetirilməsi barədə müntəzəm olaraq mənə məlumat veriləcək. 

Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq.

Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək. 
 



Prezident müşavirə KEÇİRDİ - FOTO/VİDEO - foto 1
Prezident müşavirə KEÇİRDİ - FOTO/VİDEO - foto 2
Prezident müşavirə KEÇİRDİ - FOTO/VİDEO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs TUTULDU

Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs TUTULDU

Fransada iğtişaş törədənlər 10 min avro cərimələnəcək

Fransada iğtişaş törədənlər 10 min avro cərimələnəcək

Ermənistanda parlamentin keçmiş spikerinin əmlakına həbs qoyuldu

Ermənistanda parlamentin keçmiş spikerinin əmlakına həbs qoyuldu

İsrailli nazirdən TƏKLİF: Qəzza sakinləri Fransa və Britaniyaya köçürülsün

İsrailli nazirdən TƏKLİF: Qəzza sakinləri Fransa və Britaniyaya köçürülsün

Ukraynada hərbçilərə dron satan şəbəkə ifşa olundu: 13 milyon qrivna, 400 min dollar... - FOTO

Ukraynada hərbçilərə dron satan şəbəkə ifşa olundu: 13 milyon qrivna, 400 min dollar... - FOTO

“"Eşref Tek" və "Kuruluş Osman"a çəkiləcəyimizi vəd edib pulumuzu aldılar” – “Devin Medya”dan ŞİKAYƏT – FOTO/VİDEO

“"Eşref Tek" və "Kuruluş Osman"a çəkiləcəyimizi vəd edib pulumuzu aldılar” – “Devin Medya”dan ŞİKAYƏT – FOTO/VİDEO

Səslərin 72 faizi hesablandı - Netanyahunun partiyası liderlik edir

Səslərin 72 faizi hesablandı - Netanyahunun partiyası liderlik edir

Azərbaycanda 2 min manatlıq cərimə 50 manata endirilir

Azərbaycanda 2 min manatlıq cərimə 50 manata endirilir

Kredit borcu və zaminin əmlakı: Məhkəmə mühüm qərar verdi

Kredit borcu və zaminin əmlakı: Məhkəmə mühüm qərar verdi

Vəzifəli şəxslərə bununla əlaqədar qadağalar qoyulacaq

Vəzifəli şəxslərə bununla əlaqədar qadağalar qoyulacaq

Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu

Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu

Şeyma Subaşı və Acun Ilıcalı bir araya gəldi - FOTO

Şeyma Subaşı və Acun Ilıcalı bir araya gəldi - FOTO

AKP iqtidarında Türkiyə mənzərəsi rəqəmlərin DİLİ İLƏ

AKP iqtidarında Türkiyə mənzərəsi rəqəmlərin DİLİ İLƏ

Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı

Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı

SON DƏQİQƏ: Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı

SON DƏQİQƏ: Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı

Ukraynadan Rusiyaya qaçan sabiq deputat İsveç sərhədində saxlanıldı

Ukraynadan Rusiyaya qaçan sabiq deputat İsveç sərhədində saxlanıldı

İranda şəhər başçısı güllələndi

İranda şəhər başçısı güllələndi

Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu

Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu

171 qurğudan 110-da işlər yekunlaşır – Şirvan suvarma kanalından YENİ XƏBƏR

171 qurğudan 110-da işlər yekunlaşır – Şirvan suvarma kanalından YENİ XƏBƏR

Məşhur kurort mərkəzi turistləri məyus etdi – DETALLAR

Məşhur kurort mərkəzi turistləri məyus etdi – DETALLAR

Adi qaşıntıdan həyati təhlükəyə... - Balıq allergiyası niyə sonradan yaranır?

Adi qaşıntıdan həyati təhlükəyə... - Balıq allergiyası niyə sonradan yaranır?

Rusiya-Belarus filmində çəkilən almaniyalı aktyor 600 min dollar aldı - FOTO

Rusiya-Belarus filmində çəkilən almaniyalı aktyor 600 min dollar aldı - FOTO

Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Beynəlxalq axtarışda olan narkobaron İstanbulda yaxalandı – VİDEO

Beynəlxalq axtarışda olan narkobaron İstanbulda yaxalandı – VİDEO

End of content

No more pages to load

RADİO