Cəmiyyət
Bu gün 15:03

Belçika hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən narkobaron İstanbulda keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) açıqlama yayıb.
Məlumata görə, Kolumbiyadan Avropaya daşınan 2 tonluq kokain şəbəkəsinə rəhbərlik etdiyi müəyyənləşdirilən qruplaşma lideri Türkiyədə ələ keçib.
Saxlanılan narkobaronun ekstradisiyası üçün məhkəmə prosesinə başlanılıb.
Bizim.Media